Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!


30.08.2018  16:19 

Büdcə fondlarının daxilolmaları 15 dəfə artıb





A+  A-

Fiziki şəxslərin gəlir vergisinin kəsirlə icra edilməsi orta aylıq gəlirlərin və əmək haqqı səviyyəsinin artımı fonunda müşahidə edilib. Bu vergi növünün tərkibində yalnız büdcə təşkilatlarında işləyənlərin muzdlu işlə əlaqədar əldə etdikləri gəlirlərindən gəlir vergisi üzrə proqnoz göstəricilərinə nail olunmuş 112,0% səviyyəsində icra edilib.
Hesablama Palatasının mətbuat xidmətindən XəzərNews.az-a verilən məlumata görə, Əlavə Dəyər Vergisinin tərkibində hesabat dövrü üçün proqnozlaşdırılmış məbləğ yalnız Azərbaycan Respublikasının ərazisinə malların idxalına görə ƏDV üzrə artıqlaması ilə icra edilib. Digər istiqamətlər üzrə proqnoz göstəricilərinə nail olunmayıb.

2018-ci ilin birinci yarımilliyində 2017-ci ilin eyni dövrü ilə müqayisədə büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmalar 24357,4 min manat və ya 22,3%, məqsədli büdcə fondlarının daxilolmaları 43195,1 min manat və ya 15,0 dəfə artıb, sair daxilolmalar isə 21194,3 min manat və ya 59,0% azalıb.

Xarici dövlətlərə verilmiş kreditlər üzrə daxilolmalarla bağlı 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş proqnoz 0,3% səviyyəsində icra olunub.

2018-ci ilin birinci yarımillində 2017-ci ilin həmin dövrü ilə müqayisədə 1495 sayda və 33,3% çox satınalma keçirilmiş, icra edilmiş vəsaitin məbləği isə 638,4 mln. manat və ya 27,5% çox olub.

Hesablama Palatasına təqdim edilmiş hesabatlara əsasən 31.12.2017-ci il tarixi ilə müqayisədə cari ilin 6 ayı ərzində debitor borcların məbləğində artım olmuş, ötən ilin sonuna mövcud olan borc 32,9% artmışdır. Debitor borclarda hesabat dövründə müşahidə edilən artım məbləği müvafiq dövrdə icra edilmiş büdcə xərclərinin 7,3%-nə bərabərdir.

Hesablama Palatasına təqdim edilmiş hesabatlara əsasən 31.12.2017-ci il tarixi ilə müqayisədə cari ilin 6 ayı ərzində debitor borcların məbləğində artım olmuş, ötən ilin sonuna mövcud olan borc 32,9% artıb.

Özəlləşdirilmədən daxilolmalar üzrə vaxtı çatmış (hesablanmış), lakin dövlət büdcəsinə ödənilməmiş vəsaitlər üzrə qalıqlar 01.01.2018-ci il tarixə 16531,9 min manat olmuş, 01.07.2018-ci il tarixə isə ilin əvvəli ilə müqayisədə 10636,3 min manat artaraq 27168,2 min manat təşkil edib.

Xəbər 1210 dəfə oxunub.




13.05.2024  11:21 

Murad Muradov vəfat edib

13.05.2024  00:02 

DİN vətəndaşlara müraciət edib

12.05.2024  19:19 

Meksikada zəlzələ baş verib

12.05.2024  17:59 

Tovuza dolu düşüb

11.05.2024  17:01 

Sabahın havası açıqlandı

11.05.2024  08:44 

Murad Muradov həyata qayıdıb


BÜTÜN XƏBƏRLƏR +