Məmurlar diaspora nazirlik kimi baxır - Emil Mirzəyev
İnformasiya müharibəsində soydaşlarımızın rolu böyükdür- Baş katib
Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...


05.02.2018  16:12 

Tibb Universitetində ixtisarlar olacaq - AÇIQLAMA





A+  A-

Sosial şəbəkələrdə Azərbaycan Tibb Universitetinin artıq ikinci əsas kafedrasının bağlandığı barədə məlumatlar yayılıb. Ləğv olunan ikinci kafedranın isə “Latın dili” kafedrası olduğu barədə fikirlər səslənir.
XəzərNews.az xəbər verir ki, Azərbaycan Tibb Universitetinin mətbuat xidmətinin rəhbəri Günel Aslanova Modern.az-a açıqlamasında əsas kafedraların ləğv olunmasına dair yanlış məlumatların yayıldığını bildirib:

“Kafedraların bağlanmasına dair fikirlər yanlışdır. Sadəcə bəzi kafedralarda ixtisarlar nəzərdə tutulub ki, bu ixtisarlar da hələ aparılmayıb. Bu rəhbərlik tərəfindən düşünülmüş bir addımdır. Bütün lazımlı fənnlər düşünüləcək və ixtisar olunan fənnlər mütləq şəkildə digər kafedralarda daha müasir formatda tədris olunacaq”.

Qeyd edək ki, “Latın dili” kafedrasının əsası 1930-cu illərdə qoyulub. Müasir tibb və əczaçılıq terminlərinin izahında latın dili mühüm əhəmiyyət kəsb edir.

Xəbər 946 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

14.05.2024  21:58 

Sabah bu rayonda qaz olmiyacaq

13.05.2024  11:21 

Murad Muradov vəfat edib

13.05.2024  00:02 

DİN vətəndaşlara müraciət edib

12.05.2024  19:19 

Meksikada zəlzələ baş verib


BÜTÜN XƏBƏRLƏR +