İnformasiya müharibəsində soydaşlarımızın rolu böyükdür- Baş katib
Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti


23.10.2017  09:48 

Gömrük rüsumları tikinti bazarını çökdürdü





A+  A-

Son iki ildə manatın devalvasiyası ilə paralel qiymətlər qalxanda əhali düşünürdü ki, milli valyutamızın məzənnəsi sabitləşsə, qiymətlər də stabilləşər. Lakin son 9 ayın təcrübəsi göstərdi ki, vəziyyət heç də düşünüldüyü kimi deyil.
XəzərNews.az xəbər verir ki, “Yeni Müsavat”ın yazdığına görə, tikinti sektoru da bu prosesdən kənarda qalmadı. Lakin artıq paytaxt Bakıda yeni tikinti bumu gözlənilir. Bəs görəsən, hazırda qiymətlərlə bağlı vəziyyət necədir? Qəzein əməkdaşları paytaxtın tikinti materialları satışını həyata keçirən ən böyük bazarına - “Dərnəgül bazarı”na baş çəkib.

Məlum olub ki, bazarda alıcılıq ötən aylarla müqayisədə zəifləyib. Satıcıların sözlərinə görə, son iki ayda qiymətlər qalxdığından əhalinin acılıq qabiliyyəti azalıb: “2 aya yaxındır ki, bazarda qiymətlər artmağa başlayıb. Artım daha çox yağların bahalaşması ərəfəsinə təsadüf etdi. Məlumdur ki, bir sahədəki bahalaşma digər sahələrə də yansıyır. Demək olar ki, əksər tikinti materiallarının qiymətində artım var. Bu isə müştərilərin qıtlığına səbəb olur. Mağazanı səhər saat 8-dən açmışıq, cəmi 3 müştərimiz olub. Bazara gələnlər ancaq qiymətlərdən xəbər tutub gedirlər”.

Satıcılar bahalaşmanın səbəbini gömrük rüsumları ilə əlaqələndirdilər: “Ən xırda detalın belə üzərinə elə rüsum qoyurlar ki, bazarda üstünə əlavə qiymət qoya bilmirik. Müştəri qaçmasın deyə, qazanc üçün qəpik-quruş artırırıq. Yerpulunu, gündəlik xərcləri hesablayanda çox az məbləğdə qazancımız olur”.

Bazarda daha çox taxtanın, armaturun, kirəmitin qiymətində kəskin bahalaşma var. Taxta satışı ilə məşğul olan sahibkarlar yay aylarından bəri 50 manata yaxın qiymət artımı olduğunu bildirdilər: “Kubmetri 260-270 manata təklif edilən taxta, indi 315-320 manata təklif edilir. Yaydan bəri 2-3 dəfə bahalaşma oldu. Bu bahalaşmanın da əsas səbəbi ölkə ərazisinə gətirilən mallara qoyulan rüsumlardır. Bazarın durğunlaşmasının əsas səbəbi budur. Tikinti aparmaq istəyənlər qiymətlərin ucuzlaşmasına ümid edirlər. Zarafat deyil, taxtanın 1 kubunda 50 manat ciddi fərqdir. Ölkədə istehsal olunan 12-lik armaturun qiyməti 63 qəpik, Rusiyadan gələn 14-lük armaturun qiyməti isə 80 qəpiyə təklif olunur.

Satıcılar yerli istehsal olan armaturların qiymətində cüzi bahalaşma olduğunu bildiriblər. Rusiyadan gələn malların qiymətində isə 10-12 qəpik artım var.

Kirəmitlərin qiymətində də kəskin bahalaşma müşahidə olunur. Belə ki, Çin istehsalı olan və kvadratmetri əvvəllər 4 manata təklif olunan kirəmit, 6 manata - 6 manat 50 qəpiyədir. Əvvəllər 7 manata təklif olunan Rusiya istehsalı kirəmitlərin qiyməti isə indi 9 manat 80 qəpikdir. Həmçinin, ölkədə istehsal olunan tikinti materiallarının qiymətində də bahalaşma var. Plastik borular və kafelin qiymətində 50 qəpik artım müşahidə olunur. “Gilan” istehsalı olan və 1 kvadratmetri 9 manat 50 qəpiyə təklif olunan kafel indi 10 manata təklif olunur.

Rusiyadan idxal olunan mallar 1 manat civarında bahalaşıb. Aqlay və mərmərin qiymətində elə də artım müşahidə olunmur. Qiymətlər 45 manatdan 200 manatadək dəyişir. Satıcılar gömrük xərclərinin artdığını vurğulayaraq, müştəriləri itirməmək üçün malların üzərinə cüzi miqdarda qiymət qoyduqlarını bildirdilər: “Gömrük rüsumları artan zaman bizim büdcəmizə ciddi zərər vurur. Tutaq ki, kvadratmetri 40 manata aldığımız mərmərin üzərinə bu dəfə 10 manat qoymuruq, müştəri itirməyək deyə 5 manat əlavə edirik. Bu cür vəziyyətdən çıxmağa çalışırıq”.

Qeyd edək ki, artımın əsas səbəbi gömrük sisteminin şəffaflaşmasıdır. Əgər əvvəllər ölkəyə idxal olunan malların bir qismi qeydiyyata alınır, digəri hissəsi isə qeyri-rəsmi şəkildə ölkəyə buraxılırdısa, artıq bütün məhsullar rəsmi qeydiyyatdan keçir. Nəticədə idxalçı şirkətin gömrük xərcləri artır. Bundan əlavə, gömrük rüsumlarının da yüksək olduğu məlumdur. Xüsusən yerli istehsalı olmayan məhsullar üzrə Azərbaycan xarici bazarlardan asılıdır. Bu halda yüksək rüsumların tətbiqi həmin malların yerli bazarda baha satılmasına gətirib çıxarır.

Xəbər 1228 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

13.05.2024  11:21 

Murad Muradov vəfat edib

13.05.2024  00:02 

DİN vətəndaşlara müraciət edib

12.05.2024  19:19 

Meksikada zəlzələ baş verib

12.05.2024  17:59 

Tovuza dolu düşüb

11.05.2024  17:01 

Sabahın havası açıqlandı


BÜTÜN XƏBƏRLƏR +