Məmurlar diaspora nazirlik kimi baxır - Emil Mirzəyev
İnformasiya müharibəsində soydaşlarımızın rolu böyükdür- Baş katib
Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...


28.09.2017  15:16 

Nəqliyyat Agentliyindən polisə ittiham





A+  A-

Bakı Nəqliyyat Agentliyi “Qarabağ”ın dünən keçirilən oyunundan sonra haqqında yayılan ittihamlarla bağlı açıqlama yayıb.
XəzərNews.az xəbər verir ki, açıqlamada oyundan sonra ekspress xətt avtobuslarının xidmət göstərmədiyi haqqda yayılan xəbərlərin həqiqətəuyğun olmadığı bildirilir. “Saat 20:00-dək davam edən proses zamanı 21165 nəfər tamaşaçının daşınması təmin edilib. Sərnişinlərin stadiona daşınması prosesi günün pik saatlarına təsadüf etdiyindən yollarda olan tıxac səbəbindən avtobuslararası intervalda müəyyən gecikmələr yaranıb.

Oyun başa çatdıqdan sonra azarkeşlərin müəyyən edilən istiqamətlərdə (metronun “Qara Qarayev” və “Gənclik”stansiyaları) daşınması da nəzərdə tutulan plana uyğun icra edilib. Futbol qarşılaşmasının birinci hissəsi yekunlaşdıqdan sonra azarkeşlər stadiondan çıxmağa başladığından əks istiqamətdə daşınma vaxtından bir qədər tez başlanılıb. Ümumilikdə Bakı Olimpiya Stadionun İctimai Nəqliyyat Terminalından metronun “Qara Qarayev” və “Gənclik”stansiyaları istiqamətində 22640 nəfər azarkeşin daşınması təmin edilib.

Terminal ərazisində hərəkətin təhlükəsizliyi üçün polis əməkdaşları tərəfindən bütün zəruri tədbirlər görülüb. Məhz polisin dəstəyi sayəsində avtobusların terminal ərazisinə vaxtında çatması təmin edilib.

Bununla yanaşı, axşam saatlarında ictimai nəqliyyatın fəaliyyətinə nəzarət gücləndirilib, ehtiyac olan istiqamətlərdə nəqliyyat vasitələrinin sayı artırılıb”.

Bu bəyanatda polisin prosesə dəstək verdiyi bildirilsə də, qurumun mətbuat xidmətinin rəhbəri Mais Ağayev APA-ya açıqlamasında polis əməkdaşlarını ittiham edib. M. Ağayev deyib ki, problemin kökündə Bakı Olimpiya Stadionunun təhlükəsizlik xidmətinin əməkdaşları və ərazidə xidmət göstərən polis nəfərləri tərəfindən stadiondan çıxan azarkeşlərin yanlış istiqamətə yönləndirilməsi durub: "BNA-nın vəzifəsi azarkeşləri "A" nöqtəsindən "B" nöqtəsinə daşımaq idi. Oyundan öncə də xəbər vermişdik ki, həm "Gənclik", həm də "Qara Qarayev" stansiyasının çıxışından azarkeşlərin Bakı Olimpiya Stadionuna daşınması üçün 400 avtobusun ayrılıb. Ayrılan avtobuslar isə İctimai Nəqliyyat Terminalında 23:30-a qədər fəaliyyət göstərib. Sadəcə stadiondan çıxan azarkeşlər təhlükəsizlik xidməti və polis əməkdaşları tərəfindən yanlış yönləndirilib. Belə ki, azarkeşlər İctimai Nəqliyyat Terminalına deyil, metronun "Koroğlu" stansiyasına istiqamətləndirildiklərindən bu cür anlaşılmazlıq baş verib".

Xəbər 1368 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

13.05.2024  11:21 

Murad Muradov vəfat edib

13.05.2024  00:02 

DİN vətəndaşlara müraciət edib

12.05.2024  19:19 

Meksikada zəlzələ baş verib

12.05.2024  17:59 

Tovuza dolu düşüb


BÜTÜN XƏBƏRLƏR +