200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan
“RabitəBank” keşbək faizlərini aşağı salır
Ukraynanı dəstəkləyən rus həbs edildi


11.02.2024  07:59 

Serbiya Avropa Birliyinə mümkün qədər tez qoşulmalıdır -Viktor Orban





A+  A-

Serbiya Avropa Birliyinə mümkün qədər tez qoşulmalıdır, əks halda Belqrad digər tərəfdaşlarla əməkdaşlığa üstünlük verəcək və Brüssel bu ölkəni itirəcək.

Xəzərnews.az "Die Presse" qəzetinə istinadən xəbər verir ki, bu fikirləri Macarıstanın Baş naziri Viktor Orban deyib.

"Ukrayna ilə yeni ekspansiyaya başlamazdan əvvəl köhnə genişlənmə tapşırığını yerinə yetirməliyik. Serbiyanı mümkün qədər tez inteqrasiya etməsək, onu itirəcəyik. Serbiyanın başqa variantları da var. O, yenicə Çinlə azad ticarət sazişi bağladı", - qəzet Orbanın sözlərini sitat gətirib.

Macarıstanın Baş naziri həmçinin iyulun 1-də başlayacaq Avropa İttifaqı Şurasına sədrlik dövründə Qərbi Balkan ölkələrini də əhatə etmək üçün Aİ-nin genişlənməsini Budapeştin “əsas prioriteti” adlandırıb.

Serbiyanın daxili və xarici ticarət naziri Tomislav Momiroviç və Çin Xalq Respublikasının ticarət naziri Van Ventao 17 oktyabr 2023-cü il tarixində Pekində iki ölkə arasında azad ticarət sazişi imzalayıblar. Serbiya Prezidenti Aleksandar Vuçiçin sözlərinə görə, sənəd 2024-cü ilin may-iyun aylarında qüvvəyə minə bilər.


Xəbər 1239 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +