Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı


09.02.2024  23:38 

Ukraynada bu küçənin adı dəyişdirildi





A+  A-

Kiyev Şəhər Şurasının deputatları Kiyevdə anadan olmuş məşhur rus yazıçısı Mixail Bulqakovun adını daşıyan küçəyə yeni ad verərək, gürcü aktyoru və müğənnisi Vaxtanq Kikabidzenin şərəfinə adlandırıblar.

Xəzərnews.az xəbər verir ki, bu barədə paytaxt şurasının mətbuat xidməti məlumat yayıb.

Ukrayna paytaxtı merinin müavini, şəhər şurasının katibi Vladimir Bondarenkonun sözlərinə görə, Kiyev “ukraynalıların milli şüurunu təhrif etdiyi” iddia edilən yer adlarından qurtulmağa davam edir.

Kiyev merinin müavini bildirib ki, Ukraynanın paytaxtında Rusiya və onun “sovet və imperiya keçmişi” ilə bağlı heç bir ad qalmamalıdır.

Qeyd edək ki, Kikabidze ömrünün sonunda dəfələrlə anti-Rusiya şüarları ilə çıxış edib və 2014-cü ildə çevrilişdən sonra Ukraynanı dəstəkləyib.

Xəbər 368 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

24.04.2024  10:02 

ABŞ İrana sanksiya tətbiq edib


BÜTÜN XƏBƏRLƏR +