Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri


05.02.2024  13:52 

Zelenski devrilir - Ukrayna hakimiyyəti “hərbi elita”ya ötürülə bilər





A+  A-

Fevralın 24-də müharibənin ikinci ili tamam olur. Müharibə aparan ölkənin - Ukraynanın hərbi rəhbərliyi ilə (V.Zalujnı) siyasi rəhbərliyi (V.Zelenski) arasında gərgin və çox pis münasibətlər hökm sürür. Ordu ilə siyasi hakimiyyət arasında dərin çatların yaranması ölkənin vəziyyətini daha da ağırlaşdıra bilər.

Proqnoz vermək çətindir, amma böyük ehtimalla, Ukraynada hərbçilər president V.Zelenskini devirəcəklər. Hətta Zalujnı vəzifəsindən kənarlaşdırılsa da, V.Zelenski bu prosesin qarşısını ala bilməyəcək. Bu çevriliş ssenarisinin müəllifi də məhz ABŞ olacaq.

Müharibənin davam etməsində maraqlı olan ABŞ-ın Ukrayna siyasi hakimiyyətindən daha çox, ordunun komandanlığına etimadı böyükdür. Elə ictimai rəy də bu səpgidədir, V.Zalujnı ictimai rəydə V.Zelenskini üstələyir.

Hələ 2023-cü ilin noyabr ayında V.Zalujnı etiraf edirdi ki, “Ukrayna “dalana dirənib, Qərbin gözlədiyi nəticələr əldə olunmadı…”. Qərbin qoyduğu öhdəliklərin məsuliyyətini başa düşən V.Zalujnı real düşünməyi, fəal hərbi səfərbərlik modelini təklif edir, siyasi hakimiyyətin baş verən uğursuzluqları ört-basdır etməsini qəbul etmir. Amma V.Zelenski prezidentdir və onun hər hansı etirafı Qərbin, xalqın ona olan və çoxdan sarsılan etimadını daha da sıfırlaya bilər.

Məsələ bundadır ki, hazırda V.Zalujnı Ukrayna cəmiyyətində ciddi etimada sahibdir, Zelenskinin reputasiyasının aşağı düşməsi onun ictimaiyyət arasında nüfuzunun artmasına böyük təsir göstərib. V.Zalujnı ordudakı çatışmazlıqları, problemləri etiraf edir, V.Zelenskinin hərbi səfərbərlik və döyüş tapşırıqları ilə bağlı tələblərini doğru hesab etmir. V.Zalujnı Ukrayna Silahlı Qüvvələrinin Baş komandanıdır, o, ordunun uğursuzluqlarının səbəblərini daha əyani şəkildə görə bilir. Xüsusilə, 2023-cü ilin yay aylarında başlayan Ukraynanın əks-hüum əməliyyatlarının uğursuzluğunun səbəblərinin bir-birilərinin üzərinə atılması Zelenski-Zalujnı arasında bərpası mümkün olmayan xaotik münasibətlər formalaşdırıb. Ordu rəhbərliyi hesab edir ki, V.Zelenskinin başı Qərbdən, Aİ-dən daha çox pul yardımı almaq üçün çıxışlar etməyə qarışıb, çevik hərbi strategiya isə tamamilə unudulub. V.Zelenskinin “əsəbi qərarları” Rusiya ilə siyasi manevr imkanlarını da heçə endirib. Hərbi texnika, şəxsi heyət və onların təminatı sahəsində böyük problemlər öz həllini tapmır.

Dünən V.Zelenski İtaliyanın “Ra1” telekanalına müsahibəsində Ukrayna Silahlı Qüvvələrinin Baş komandanını dəyişdirmək niyyətində olduğunu bildirib. Rusiya isə hesab edir ki, hər hansı dəyişiklik Zelenskinin özünün dəyişdirilməsi ilə bağlı qərara təsir etməyəcək, hətta ABŞ tərəfindən onun yerinə gətiriləcək müxtəlif namizədlərin - Zalujnı, Budanov, Yermak və Aretoviçin adlarını da çəkir. Müharibə davam etsə və ABŞ-ın növbəti prezidenti seçilənə zamana qədər V.Zelenski yola salınacaq.

Samir Feyruzov

Xəbər 933 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

09.05.2024  12:34 

Sabahın hava proqnozu açıqlanıb

08.05.2024  11:49 

Paşinyan Moskvaya yola düşüb

05.05.2024  15:54 

Sabahın havası açıqlandı

04.05.2024  10:46 

Adil Əliyevə ağır itki üz verib

01.05.2024  11:21 

Rövşən Rzayev vəfat edib


BÜTÜN XƏBƏRLƏR +