AZAL-a məxsus təyyarənin qara qutusu tapılıb
Azərbaycan xalqına böyük faciə üz verib -Prezident
“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto


11.01.2024  14:41 

Turizm sənaye subyektlərinin forumu keçirilib





A+  A-

Yanvarın 11-də “İlin yekunları və COP-29 ərəfəsində çağırışlar” mövzusunda turizm sənaye subyektlərinin forumu təşkil olunub.

Xəzərnews.az 1000-ə yaxın iştirakçının qatıldığı tədbirdə çıxış edən Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanov 2023-cü ilin ümumilikdə ölkə turizminin inkişafı, turizm sənayesinin bərpası, postpandemiya dövründə Azərbaycanın qlobal turizm arenasında tanıdılması baxımından uğurlu il olduğunu deyib.

Göydəniz Qəhrəmanov Prezident İlham Əliyev tərəfindən son 20 ildə turizmin qeyri-neft sektorunun aparıcı qoluna çevrilməsi və ölkəmizin regional turizm destinasiyası kimi tanıdılması istiqamətində aparılan siyasətin turizmin inkişafında əhəmiyyətini vurğulayıb. O, ölkəmizin bu il BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına - COP29 kimi mötəbər tədbirə ev sahibliyi etməsinin turizm sənayesinin üzərinə yeni vəzifələr qoyduğunu, qonaqların ən yüksək səviyyədə qarşılanması və Azərbaycan haqqında müsbət təəssüratlarla geri dönmələri üçün səfərbər olmağın önəmini diqqətə çatdırıb.

Ölkəyə səfər edən əcnəbi vətəndaşların sayının artıdığını və prioritet bazarların coğrafiyasının ildən-ilə genişləndiyini, bu amilin Azərbaycanda hotel sənayesinin inkişafına müsbət təsir göstərdiyini vurğulayan Azərbaycan Hotellər Assosiasiyasının İdarə Heyətinin sədri Eldar Əlimuradov son 20 ildə paytaxt Bakı ilə yanaşı bir sıra bölgələrdə 10-larla müasir hotel və yerləşmə obyektlərinin inşa olunduğunu qeyd edib.

Forumda çıxış edən Azərbaycan Bələdçilər Assosiasiyasının baş katibi Tural Musayev Azərbaycan tarixinin, mədəniyyətinin, memarlığının, kulinariyasının və turizmə bağlı digər sahələrin ölkəyə səfər edən əcnəbi qonaqlara tanıdılmasında bələdçilərin xüsusi rol oynadığını, bu peşəyə ildən-ilə marağın artdığını, bələdçiliyin artıq həvəskarlıqdan çıxaraq peşəkarlaşdığını bildirib. O, ölkədəki sabitlik və təhlükəsizlik amilinin əcnəbi turistlər tərəfindən yüksək dəyərləndirilidiyini vurğulayıb.

Suverenliyimizin və ərazi bütövlüyümüzün tam bərpasından sonra Azərbaycanın ölkə xaricində təbliğində turizm blogerlərinin daha geniş və sərbəst şəkildə tanıtım kompaniyaları həyata keçirdiyini qeyd edən Azərbaycan Turizm Blogerləri Assosiasiyasının İdarə Heyətinin sədri Azər Qəribov bu formatlı təbliğat tədbirlərinin gələcəkdə də coğrafiyasının genişləndiriləcəyini bildirib.



Tədbir “Turizmin inkişafında biznes-dövlət əməkdaşlığı, son 20 il ərzində əldə edilən uğurlar” və “COP-29 ərəfəsində imkanlar və çağırışlar, turizm sənayesindən gözləntilər” mövzusunda panel müzakirələrlə davam edib, turizm nümayəndələrini maraqlandıran suallar cavablandırılıb.

Forum çərçivəsində turizm sənayesi üzrə fəaliyyət göstərən ictimai birliklər adından Prezident İlham Əliyevin siyasətinin davam etməsini arzulayan birgə bəyanat qəbul edilib. Bəyanatda dövlət başçısı tərəfindən aparılan siyasətə tam dəstək ifadə olunub.



Xəbər 1046 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +