“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto
Tramp Ermənistandakı istefalarla İrana qarşı mövqeyini ortaya qoydu - Politoloq
Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar


07.01.2024  17:56 

Əvəz Zeynallı prokurora etiraz etdi - Məhkəmə





A+  A-

“Xural TV” internet televiziyasının həbsdə olan rəhbəri Əvəz Zeynallı və onunla birlikdə mühakimə edilən “Səda TV” adlı “Youtube” kanalının idarəedicisi Elnur Şükürovun işi üzrə 8 aydır davam edən məhkəmə prosesi yekunlaşmaq üzrədir.

Xəzərnews.az Meydan TV-yə istinadla xəbər verir ki, yanvarın 7-də Bakı Ağır Cinayətlər Məhkəməsində bu iş üzrə keçirilən prosesdə hakim Əli Məmmədov məhkəmə istintaqının tamamlandığını elan edib.

Prosessual qaydalara görə, məhkəmə istintaqı başa çatandan sonra çıxışlar mərhələsi başlayır. İlk növbədə prokuror çıxış edərək, təqsirləndirilən şəxsə cəza istəyir. Bundan sonra vəkil müdafiə nitqilə çıxış edir. Ardınca təqsirləndirilən şəxs son sözünü deyir və bundan sonra hökm oxunur.

Əvəz Zeynallı və Elnur Şükürovun işi üzrə məhkəmə istintaqının yekunlaşdığı elan olunandan sonra prokuror Eldar Həmzə çıxışa başlayıb. Prokuror təxminən 5 dəqiqə çıxış edəndən sonra hakim Əli Məmmədov onun çıxışını yarımçıq dayandırıb. Hakim bildirib ki, öncədən təyin olunmuş başqa məhkəmə prosesləri var və onları keçirməlidir.

Əvəz Zeynallı prokurorun çıxışının kəsilməsinə etiraz edərək, bunun yolverilməz olduğunu vurğulayıb. O, məhkəmə prosesinin qısa müddətdə yekunlaşdırılmasını tələb edib.

Etirazlara baxmayaraq, hakim fikrini dəyişməyib. Prokurorun çıxışı yanvarın 12-də keçiriləcək növbəti məhkəmə iclasında davam edəcək.

2022-ci ilin sentyabrından həbsdə olan Əvəz Zeynallı və Elnur Şükürov külli miqdarda rüşvət alma, dələduzluq, vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə kimi əməllərdə ittiham olunurlar. Lakin onların heç biri özünü təqsirli bilmir.

Əvəz Zeynallı siyasi sifarişlə, onu susdurmaq üçün şərlənib həbs olunduğunu bildirir.

Elnur Şükürov isə Əvəz Zeynallının əleyhinə tələb olunan ifadəni vermədiyinə görə həbs edildiyini deyir.

Xəbər 1078 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

15.12.2024  22:56 

Qubada ağır yol qəzası olub


BÜTÜN XƏBƏRLƏR +