İstanbul, Kapadokya və ya Antalyada, hər bir turistin səyahət planında olan bu üç bölgədə yeni ilə “xoş gəldin” deməyə nə deyirsiniz? Yeni il planlarına hələ də qərar verməyənlər və ya 2024-cü ilin ilk anlarını dünyanın ən füsunkar yerlərində yaşamaq istəyənlər üçün Türkiyənin möhtəşəm istiqamətlərinə daha yaxından nəzər saldıq.
İstanbul - yeni cazibə mərkəzi
İstanbul tarixi abidələri, multikultural quruluşunu əks etdirən memarlığı, canlı mədəniyyət və incəsənət səhnəsi, bənzərsiz zövqləri və geniş çeşidli alış-veriş alternativləri ilə dünyanın mütləq ziyarət edilməli olan şəhərlərindən biridir. Şəhər "Travel + Leisure" (T+L) təşkilatının “2024-cü ildə Səyahət üçün Ən Yaxşı 50 Yer” siyahısına daxil edilib və növbəti il üçün tövsiyə olunan səyahət məkanı seçilib. İstanbul ziyarətçilərinə minlərlə illik tarixə sahib yarımadadan heyrətamiz Boğaza qədər, ləzzətli türk və dünya mətbəxlərindən tutmuş yüksək standartlı yaşayış keyfiyyətinə qədər bir çox şəhər təcrübəsi təqdim edir. Bunlarla yanaşı siz İstanbul gecələrində əyləncəli anlar yaşaya bilər, barlardan caz klublarına, həm yemək, həm də əyləncə təklif edən restoranlardan ənənəvi türk meyxanalarına qədər şəhərin müxtəlif əyləncə səhnəsinin unikal kəşfinə başlaya bilərsiniz.
Kapadokya - Nağıllar ölkəsində
Türkiyənin və dünyanın ən füsunkar mənzərələrindən biri olan Kapadokya Yeni ili qeyri-adi bir məkanda qeyd etmək üçün ideal seçimdir. Pəri bacalarının bənzərsiz quruluşu, on metrlərlə uzanan tunelləri olan möhtəşəm yeraltı şəhərlər, qayaüstü oyulmuş evlər, kilsələr və monastırlar, isti hava şarlarında gəzintilərin heyrətamiz təcrübəsi və fantastik mağara otelləri... Kapadokya, həmçinin Türkiyənin ən məşhur qış destinasiyalarından biridir. Dəbdəbəli otellərdən tutmuş türk mətbəxinin ən yaxşı nümunələrini təqdim edən yüksək keyfiyyətli restoranlara qədər bir çox şeyi təcrübə edə bilərsiniz. Kapadokiyada müasir şəraitlə təchiz olunmuş dəbdəbəli mağara otellərində SPA-da əla masajla günə başlamaq fərqli bir ehtiyacdır. Sevdiklərinizlə ocaq başında ləzzətli şərab növlərini dadmağıcvə isti hava şarında səmada bu füsunkar mənzərədən həzz almağı unutmayın.
Antalya - Aralıq dənizi günəşi altında
Türk Rivierasının qəlbi olan Antalya, daim günəşli, mülayim, hətta dekabr ayında belə isti havadan həzz ala biləcəyiniz zamansız bir şəhərdir. Antalya sadəcə yay məkanı deyil, il boyu ziyarət edilə bilən heyrətamiz bölgədir. Ailəvi və ya solo tətillər üçün ideal şəhər olan Antalya Yeni ili isti və günəşli atmosferdə keçirmək istəyənlərin sevimli məkanı olaraq qalır. Uzun çimərliklər, qədim şəhərlər, möhtəşəm tarixini əks etdirən muzeylər və Aralıq dənizi ləzzətləri ilə əhatə olunan Antalya fantastik mənzərələr arasında “yaxşı həyat” zövqünü ala biləcəyiniz unikal məkandır. Hər cür şəraitlə təchiz olunmuş Antalyanın dəbdəbəli otellərində yeni il gecəsi tədbirlərində şam yeməyi və əyləncədən zövq ala bilər, ertəsi gün Aralıq dənizi günəşi altında bu möhtəşəm şəhəri kəşf edə bilərsiniz. Yeni ildə Antalyada olduğunuz zaman Şaxta babanın doğulduğu, böyüdüyü və əfsanələşdiyi torpaqları ziyarət etmək üçün Patara və Demrəni də kəşfiyyat siyahınıza daxil etməlisiniz.
Xəbər 4280 dəfə oxunub.