AZAL-a məxsus təyyarənin qara qutusu tapılıb
Azərbaycan xalqına böyük faciə üz verib -Prezident
“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto


26.12.2023  13:24 

Yumurta bu səbəbə görə bahalaşıb: Rusiyaya 1 milyon 224 min ədəd yumurta ixrac edilib





A+  A-

Son 5 gün ərzində – 20-25 dekabr tarixlərində Azərbaycandan Rusiyaya 1 milyon 224 min ədəd (72 ton) yumurta ixrac edilib.

Xəzərnews.az yeniavaz.com-a istinadən xəbər verir ki, Rusiyaya yumurta ixracı şimal qonşumuzda müşahidə olunan yumurta qıtlığı ilə əlaqədar bu ölkənin rəsmi qurumları tərəfindən edilən müraciət əsasında həyata keçirilir.

Bəs görəsən, Azərbaycandan Rusiyaya yumurta ixracının artması daxili bazarda yumurta çatışmazlığına və buna paralel olaraq da qiymətlərin qalxmasına səbəb ola bilərmi?
Məlumat üçün bildirək ki, əvvəlki illərdə Azərbaycanda yumurtaya olab tələbat daxili istehsal hesabına təmin edilib. İstehsal olunan yumurtanın çox az bir hissəsi xaricə ixrac olunub.

Məsələn, ötən il 2 milyard 18 milyon ədəd yumurta istehsal olunub. İxrac olunan yumurta isə bu göstəricinin cəmi 0,6%-ini (11,8 milyon ədəd) təşkil edib. İstehsal olunan yumurtanın digər hissəsi daxili tələbata yönəldilib. 2020 və 2021-ci illərdə isə Azərbaycan 1 ədəd də olsun yumurta ixrac etməyib. Yəni istehsal olunan bütün yumurta daxili tələbata sərf olunub.

Ötən ildən fərqli olaraq bu il Azərbaycanda yumurta ixracı kəskin artıb. Bu ilin ilk 10 ayında Azərbaycanda 1 milyard 658,6 milyon ədəd yumurta istehsal olunub. 10 ayda ixrac olunan yumurta isə bu göstəricinin 2,5%-ini (41 milyon ədəd) təşkil edib.

Azərbaycandan yumurta əsasən 3 ölkəyə - Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), İraq və Qətərə ixrac edilib. 10 ay ərzində 1 ədədi 12 qəpikdən olmaqla BƏƏ-yə 26,7 milyon, İraqa 6,5 milyon ədəd, Qətərə isə 7,8 milyon ədəd yumurta ixrac olunub.

Açıqlanan rəsmi məlumatlara görə, ötən ilin ilin ilk 10 ayı ilə müqayisədə bu ilin ilk 10 ayında yumurta istehsalı 10% artıb. Lakin, ötən ilin eyni dövrü ilə müqayisədə bu ilin ilk 10 ayında xaricə satılan yumurtanın miqdarı 5 dəfə artıb.

Məlumdur ki, yerli istehsalla müqayisədə ixracın daha çox artması daxili bazarda çatışmazlığa səbəb olacaq.

Son günlər Rusiyaya yumurta ixracının həyata keçirilməsi istehsalın artım tempi ilə ixracın aratım tempi arasındakı fərqi daha da artıracaq.

Belə olan halda yerli istehsal daxili tələbatı ödəməyə imkan verməyəcək ki, bu da son nəticədə qiymətlərin artmasına səbəb ola bilər.


Xəbər 812 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +