Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri


06.12.2023  12:36 

İranın “Öncə Ermənistandır” mövqeyinə Azərbaycan kompromislərini təqdim etməlidir -Mübariz Əhmədoğlu





A+  A-

İranın təcrübəli politoloqlarından biri, hazırda televiziyada o qədər də görünməyən Qəhrəman Nuraniyə rəsmi və dini Tehranın adından Azərbaycan-Ermənistan münasibətləri ətrafında indiki yaranmış vəziyyətlə bağlı İranın mövqeyini hazırlamaq tapşırılmışdı. Aylardır region vasitəçisizdir. ABŞ və Aİ-ni Azərbaycan RF-i isə Ermənistan qəbul etmir.

Siyasi ambisiya, hikkə dağarcığı olan İran fəaliyyətsizdir. Q.Nurani mövqeyi hazırladı və efirdə də təqdim etdi. İranın mövqeyi bundan ibarətdir: Azərbaycan çox irəliləyib. Bəlli İrana aid bəlağəti təkrarladı. İranın dini liderinin adından dediklərini bir daha təkrarladı və bildirdi ki, Azərbaycana bu qədər uğur qazanmaq artıqdır. Anklav məsələsini Ermənistanın xeyrinə güzəştə getməlidir. Qərb Ermənistanın arxasında durub, Fransa Ermənistana silah verir. Əgər anklav mövzusunu Azərbaycan uzadarsa, regionda yenidən müharibə başlaya bilər. Və ya Beynəlxalq məhkəmə Ermənistanın xeyrinə qərar çıxaracaqdır. Azərbaycan anklavlardan imtina etməlidir, əlində nə varsa onunla kifayətlənməli və Ermənistanla sülh müqaviləsi imzalamalıdır. Təbii ki, İrandan bu mövqe bizim üçün gözlənilən idi, təəccüblü bir şey yoxdur. İran üçün hər şeydən, hətta İranın özündən öncə Ermənistandır. Bizim regionda münaqişə olmalıdır, İran bunu düz bilir. Azərbaycan bacarıqlı çıxdı və münaqişəni gözlənildiyindən tez həll etdi.

Münaqişənin isə təşkilatçıları tərəfindən yazılmış ömründən hələ bir qədər qalıb. İndi bu münaqişə qalan ömrünü İranın ərazisingə keçirməlidir. İran tək Ermənistan üçün yaxşı olsun deyə, münaqişənin davam etməsinə stavka edir. Qərb dünyasının, Rusiyanın mövqeyi Azərbaycan Respublikası ərazisində münaqişənin bitməsi üzərindədir. Yalnız İran yenidən axır vaxtlar “münaqişənin davam edəcəyini, alovlanacağı” fikrini gündəliyə gətirib. “Proqnozlaşdırır”. Sünik koridoru ilə də bağlı məsələlər İranın Azərbaycan-Ermənistan normallaşması ilə əlaqəli planında da yerini tapıb. “Azərbaycan Sünik ərazisini birdəfəlik unutsun.”

Təbii ki, Azərbaycanın siyasəti tək ağıl indeksinə deyil, həm də manevr indeksinə görə İrandan üstündür. Zəngəzur koridoru və yaxud Ermənistanın Sünik deyilən hissəsi hazırda dünyanın Avrasiya deyilən hissəsində ən mübahisəli məsələyə çevrilib. Rusiya Mehri dəmir yolunu həyati əhəmiyyətli hesab edir. RF üçün Mehri dəmir yolu ABŞ-ın Ermənistanda artan mövqeyinin qabağını almaq üçündür.

ABŞ başa düşür ki, Mərkəzi Asiya regionundan Azərbaycan və Türkiyəni, Qərbi birləşdirən ən asan yol məhz bu yol imiş. Ona görə Avropa İttifaqının, Amerikanın Sünik regionunda gördüyü işlər, qurduğu patrul xidmətinin hamısı Sünik regionunda vəziyyəti nəzarətə almaq, orada hərəkətin təhlükəsizliyini təmin etməkdir.

İran Xİ naziri Abdullahiyan Moskvada çox önəmli tövsiyələr verib. Özünə bir şey saxlamayıb. Ona bir az tövsiyə verək: İran Sünik özü qarışıq regiona bitişik ərazilərinin bir qismini də itirmək barədə arada düşünsün, faydasınadır. Ən yaxşı faydasına olan Sünik vilayətini və öz ərazisindən 30-40 kilometr ərazini qoyub qaçmasıdır. Qopan davanın səsi Tehranda binalarda çatlama yaradar. Rusiyanın hazırlayıb ortalığa qoyacağı Mehri yolunun işə düşməsinin qarşısını almağa Ermənistanın heç nəyi yoxdur. O yol işləyəcək və bu gün də Rusiya sərhədçiləri İran-Ermənistan sərhədində dayanıblar.

Rusiya Ermənistanda iştahını daha da artırır. KTMT bəyanat verdi, Aİ-nin müşahidəçilərini təxribata meylli qüvvələr kimi qiymətləndirdi. Lazım olarsa Aİ müşahidəçilərinin Ermənistana gəlməsinin qabağını almaqdan ötrü Rusiya Gürcüstan-Ermənistan sərhədini də öz nəzarəti altına götürəcək. Buraxılış məntəqələrini də özü idarə edəcək. Çünki Gürcüstan artıq MDB-dən kənar dövlətdir. Ermənistan o vaxt yalvara-yalvara Moskvadan xahiş edib ki, onun ərazisində MDB-nin xarici sərhədlərini, nəzarət-keçid məntəqələrini RF qorusun, idarə etsin. Rusiya qanuni əsasda oradadır.

Qərbin Zəngəzur koridoru ilə bağlı mövqeyi də Ermənistan üçün qarşısı alınmazdır. Bu da birmənalı keçəcək.

Əlbəttə, Türkiyənin əlində təsir rıçaqları hədsiz çoxdur. Türkiyə Zəngəzur koridorunu diqqətdən kənarda saxlamır. Türkiyə prezidenti R.T.Ərdoğan təklif verdi, İranın ərazisindən keçməni təsdiqlədi. İran rəsmiləri heç bir reaksiya vermədi, mətbuat dili ilə bu təklifi ələ saldılar. R.T.Ərdoğan və komandası da indi əl çəkmir və bildirirlər ki, Zəngəzur koridoru açılmalıdır. Yeganə ağıllı hiyləvari variant Qərblə Rusiyanın Zəngəzur koridorunda mövqeyini baş-başa qoymaqdır. İranın da o səviyyədə siyasi bacarığı yoxdur, belə oyun salsın və bunu udsun. İran xırda intriqalar, xüsusən müsəlman dövlətlərinə qarşı belə intriqalarda bacarıqlıdır. Müsəlman ölər, İran da ləzzət alar.

Azərbaycan anklavlar mövzusundan geri çəkilə bilməz, bizim tarixi ərazilərimizdir. Biz İranın vasitəçiliyinin tərəfdarıyıq. Əgər kompromis lazımsa buyursun, biz kompromisi deyək: Ermənistanın daxilində 2 ərazisinin və bir mülkiyyətinin sənədi Azərbaycanda var.

1. Mehri dəmir yolu Azərbaycana məxsusdur. Rabitə, Yüksək Texnologiya Nazirliyində, keçmiş Nəqliyyat Nazirliyinin arxivində bu durur və vaxtilə açıqlama verib. Moskvada da bu sənəd var, Azərbaycana məxsusdur. Azərbaycan çar Rusiyasının dövründə, SSRİ-də dəmir yoluna görə ikinci ölkə idi.

2. 1918-ci ildə osmanlıların təzyiqi ilə Azərbaycan İrəvanı ermənilərə paytaxt verdi. Bu Osmanlı imperiyasının dağılması ərəfəsində gedən oyunların nəticəsi idi. Bunun sənədləri durur və İrəvanda da var.

3. Üçüncü sənədimiz Zəngəzur əyalətinə aiddir. 1923-cü ildə Stalin o regionda yaşayan əhalinin 60 faizinin azərbaycanlı olmasına baxmayaraq həmin ərazini Ermənistana verdi, təki Azərbaycan parçalansın. Stalinin nöqteyi-nəzərində Zəngəzur Azərbaycanda ola, hələ bir İran ərazisindəki Azərbaycanın da böyük bir hissəsi sovet Azərbaycanına birləşə - Stalin belə dövlətdən qorxdu. Rusiyadan sonra SSRİ ərazisində bəlkə ikinci dövlət ola bilərdi. Ona görə Naxçıvanı ayırdı.

Kompromis ondan ibarətdir ki, Ermənistana ayağa durmaqdan ötrü biz hazırda bu niyyətimizdə müəyyən pauza elan edə bilərik. Bu pauzanın müddəti artıq İranın bacarığından asılıdır və Ermənistanla məhz bu məsələnin üstündə, yəni sən anklavlar,delimitasiya və s. bağlı Azərbaycanın şərtlərini yerinə yetir. Azərbaycanın dediyi haqqdır, rəsmi sənəddir, ver. Əvəzində isə Azərbaycan 10 il səndən Mehri koridorunun rəsmiləşməsini, Zəngəzurun və İrəvanın geri qayıtmasını bir müddət tələb etməyəcək.

Mübariz Əhmədoğlu
06 dekabr 2023-cü il




Xəbər 586 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

01.05.2024  11:21 

Rövşən Rzayev vəfat edib

30.04.2024  13:58 

Sabahın havası açıqlanıb

29.04.2024  15:24 

Tanınmış jurnalist vəfat edib

29.04.2024  08:20 

Bu yollarda tıxac var -SİYAHI


BÜTÜN XƏBƏRLƏR +