Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri


05.12.2023  11:29 

Qazaxıstan Mədəniyyət Günləri keçirildi - Foto





A+  A-

Bakıda keçirilən Qazaxıstanın Mədəniyyət Günləri başa çatıb. 2-4 dekabr tarixlərində keçirilən Mədəniyyət Günləri çərçivəsində Azərbaycan ictimaiyyəti qazax xalqının incəsənəti, folkloru ilə yaxından tanışlıq imkanı qazanıb.


Xəzərnews.az xəbər verir ki, Heydər Əliyev Mərkəzində Qazaxıstan Mədəniyyət Günlərinin qala konserti və sərgisi baş tutub. Mədəniyyət naziri Adil Kərimli, Milli Məclisin sədri Sahibə Qafarova, Qazaxıstanın mədəniyyət və informasiya naziri Aida Balayeva, Qazaxıstanın ölkəmizdəki səfiri Alim Bayel və digər rəsmilər öncə qazax mədəniyyətini özündə əks etdirən sərgi ilə tanış olublar. “Bu gün qazax rəssamların tarix və mədəniyyətimizi əks etdirən sərgisi xalqımızın keçmişinə bir səyahətdir. Bəzən siyasətdən belə güclü olan mədəniyyət xalqların həyatında mühüm rol oynayır. Sərgiyə qatılan hər kəsə təşəkkür edirəm!”- deyə Qazaxıstanın mədəniyyət və informasiya naziri Aida Balayeva təşkilatçılara və sərgi iştirakçılarına minnətdarlığını bildirib.

Xanım nazir çıxışından sonra üzərində görkəmli Azərbaycan şairi Xurşidbanu Natəvanın rəsmi olan xalçanı Milli Məclisin sədri Sahibə Qafarovaya hədiyyə edib.

Daha sonra Mərkəzin böyük zalında qala-konsert proqramı təqdim edilib.

“Qazaxıstan Mədəniyyəti günləri xalqlarımızı bir-birinə yaxınlaşdıran dostluq körpüsüdür”- deyə konsertdə səslənən bu fikirlər Azərbaycan və Qazaxıstan xalqlarının türkdilli xalqlar olaraq etnik baxımdan çox yaxın olduğunu bir daha sərgiləyib. Qeyd edilib ki, ölkələrimiz arasındakı sıx əməkdaşlıq sayəsində biz bütün sahələrdə əməkdaşlıq edirik: “Lakin mədəni, humanitar əməkdaşlığın iki ölkənin münasibətlərində ayrı önəmli yeri vardır. Bu əlaqələr xalqları bir-birinə daha da yaxınlaşdırır. Biz bundan sonra da xalqlarımızın rifahı naminə əməkdaşlığa davam edəcəyik”.

Nazir Aida Balayeva çıxış edərək Mədəniyyət Günlərinin yüksək səviyyədə təşkili üçün minnətdarlığını bildirib: “Bu günlərin keçirilməsi bizə bir-birimizi daha da yaxından tanımaq, qarşılıqlı əlaqələr qurmaq və iki ölkənin incəsənət xadimləri arasında gələcək əməkdaşlıq planlarını müəyyən etmək imkanı verib. Dost ölkələr olaraq Azərbaycan və Qazaxıstan hər zaman bir-birinin rifahı və regionda sülhə nail olmağa çalışıb. İki ölkə arasında əlaqələr xalqlarımızın qardaşlığı ilə yanaşı, dövlət başçılarımızın dostluq münasibətləri üzərində qurulub. Bu dostluq və hərtərəfli əməkdaşlıq bundan sonra da davam edəcək, xalqlarımızı bir-birinə daha da yaxınlaşdıracaq. Bu da öz növbəsində ölkələrimiz arasında mədəni-humanitar sahədə qarşılıqlı münasibətlərə yeni təkan verəcək”. Nazir qeyd edib ki, ölkələrimiz arasında dil və mədəni yaxınlıq bütün istiqamətlərdə quruculuq fəaliyyətini gücləndirməyə imkan verir: “Qazaxıstanda Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin xatirəsi əziz tutulur, adı əbədiləşdirilib. Eyni zamanda, dahi şair Məhəmməd Füzulinin, Azərbaycanda da böyük qazax siyasi və ədəbiyyat xadimlərinin adını daşıyan küçələr var”.

Daha sonra Qazaxıstan incəsənət ustalarının ifasında konsert proqramı təqdim edilib. Rəqs, vokal və milli musiqilərdən ibarət proqram tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

Bununla da 2-4 dekabr tarixlərində ölkəmizdə keçirilən Qazaxıstan Mədəniyyəti günləri başa çatıb.

Xatırladaq ki, gələn il Qazaxıstanda Azərbaycan Mədəniyyəti günlərinin keçirilməsi planlaşdırılır.





Xəbər 406 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

01.05.2024  11:21 

Rövşən Rzayev vəfat edib

30.04.2024  13:58 

Sabahın havası açıqlanıb

29.04.2024  15:24 

Tanınmış jurnalist vəfat edib

29.04.2024  08:20 

Bu yollarda tıxac var -SİYAHI


BÜTÜN XƏBƏRLƏR +