Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri


04.12.2023  17:52 

Səudiyyə Ərəbistanı: Nefti sudan ucuz ölkənin vəhhabiləri...





A+  A-

33 milyon nəfərə yaxın əhalisi olan Səudiyyə Ərəbistan Krallığı noyabrın 24-də bədnam qonşumuzla diplomatik əlaqələr qurdu. Səudiyyə Ərəbistanı Azərbaycana Ermənistanla diplomatik əlaqələrə başlaması barədə məlumat verməsi də təsadüfi deyildi.

Səudiyyə Ərəbistanı bütün bu illər ərzində Ermənistanı işğalçı dövlət kimi tanıyaraq, onunla diplomatik əlaqələr qurmaqdan imtina etmişdir.

O da bəllidir ki, Fransa və ABŞ Səudiyyə hakimiyyətini Yerevanla diplomatik əlaqələr qurması üçün təzyiq göstərirdi.

Tarixən belə olub ki, Səudiyyə Ərəbistanı erməni məsələsində həmişə Türkiyənin yanında olub. Qarabağ məsələsində də Səudiyyə Krallığı həmişə Azərbaycana dəstək verib.

2019-cu ilin aprelində isə Səudiyyə Ərəbistanı Amerika Konqresinin qondarma erməni soyqırımını tanıması üçün prosesə rəsmi şəkildə maliyyə dəstəyi verdi. Qəbul olunmuş qətnaməni müdafiə etdi. Səudiyyə Ərəbistanının Livandakı səfiri də Səudiyyə Ərəbistanının Ermənistala həmrəyliyini nümayiş etdirmək üçün Livandakı yerli Erməni Soyqırımı Memorialını ziyarət etdi. 2020-ci ildə Dağlıq Qarabağ münaqişəsi zamanı Türkiyə prezidenti Ərdoğan Qafqaz və Yaxın Şərqdəki gərginlikdə Səudiyyə Ərəbistanını günahlandırdıqdan sonra Səudiyyə Ərəbistanı türk mallarını boykot etməyə başladı...

2018-ci ilin sentyabrında iki ölkə arasında rəsmi münasibətlər mövcud olmasa da, Səudiyyə vəliəhdi Məhəmməd bin Salman və Səudiyyə kralı Salman Ermənistanı müstəqillik günü münasibətilə təbrik etdilər. 2021-ci il oktyabrın 26-da Ermənistan prezidenti Armen Sarkisyan Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərinə Ermənistan prezidenti ilk dəfə olaraq tarixi səfər etdi. Prezident Gələcək İnvestisiya Təşəbbüsü forumunda iştirak etdi və burada vəliəhd şahzadə Məhəmməd bin Salmanın yanında oturdu.

Bundan əlavə, 2020-ci il Dağlıq Qarabağ müharibəsi zamanı Səudiyyə Ərəbistanı Birləşmiş Ərəb Əmirlikləri ilə birlikdə Azərbaycana qarşı Ermənistanı gizli şəkildə dəstəklədiyi güman edilir. Səudiyyə Ərəbistanının “Al Arabiya” kanalı Ermənistan prezidenti Armen Sarkisyanın Türkiyə və Azərbaycanı qınayan xüsusi nitqinə ev sahibliyi edib və beynəlxalq ictimaiyyəti Türkiyə və Azərbaycanın münaqişəyə birgə müdaxiləsinin qarşısını almağa çağırıb.

Digər tərəfdən, Səudiyyə Ərəbistanı Ermənistana birbaşa dəstək verməkdən çəkinib. Səudiyyə Ərəbistanı Azərbaycanı İrana qarşı potensial tərəfdaş kimi gördüyünüə görə bunu açıq şəkildə etməyib. Azərbaycanın müttəfiqi Türkiyə ilə getdikcə daha çox düşmənçilik etdiyinə görə bütün bu olaylar baş verib.

Şükür, son illərdə Səudiyyə Ərəbistanı ilə Türkiyə və Azərbaycanın münasibətləri yenidən ən yüksək səviyyəyə yüksəlib. Əlbəttə, bu, çox gözəldir. Ancaq keçmişdə baş verənləri dəqiq bilməkdə də fayda var...

Azərbaycanda Səudiyyə Ərəbistanına tarixən ciddi maraq olub. Bunu nəzərə alaraq Səudiyyə haqqında maraqlı faktları sizlərə təqdim edirik. Bəri başdan onu da deyək ki, bəzi faktlar arasında müəyyən uyğunsuzluq da nəzərə çarpa bilər. Səbəbini də deyim. Faktlar fərqli mənbələrdən götürülüb. İstaənilən halda bu faktlar Səudiyyə Ərəbistanını daha yaxşı tanımağımıza yardımçı ola bilər...

1. Səudiyyə Ərəbistanı monarxiya sisteminə malik İslam ölkəsidir.
2. Səudiyyə Ərəbistanı ərazisinə görə Yer kürəsinin 14-cü yerdə qərar tutur.
3. Dünyanın ən böyük qum səhrası Səudiyyə Ərəbistanında yerləşir.
4. Səudiyyə Ərəbistanı Dünya Bankı tərəfindən Yaxın Şərqdə biznes qurmaq üçün ən yaxşı ölkə kimi qiymətləndirilib.
5. Səudiyyə Ərəbistanında xalqa pulsuz səhiyyə xidməti göstərirlər.
6. Səudiyyə Ərəbistanı dünyanın ən qabaqcıl bank sistemlərindən birinə malikdirlər.
7. Səudiyyə Ərəbistanı Ciddə adlı dünyanın ən hündür su fəvvarəsinə ev sahibliyi edir.
8. Əl Hamra Açıq Hava Muzeyi Səudiyyə Ərəbistanında yerləşən ən böyük açıq hava incəsənət qalereyasıdır.
9. Səudiyyə Ərəbistanı duzlu suyu (dəniz) duzdan təmizləyən dünyanın ən böyük zavoduna sahibdir.
10. Səudiyyə Ərəbistanında bir litr içməli su bir litr neftdən bahadır.
11. Səudiyyə Ərəbistanı Ər-Riyaddakı Kral Mərkəzi adlı binası dünyanın 31-ci ən hündür binasına ev sahibliyi edir.
12. Səudiyyə Ərəbistanının ən böyük şəhəri və paytaxtı Ər-Riyaddır.
13. Səudiyyə Ərəbistanının fond bazarı dünyada 11-ci yerdədir.
14. Səudiyyə Ərəbistanında spirtli içkilər içmək qadağandır.
15. Səudiyyə Ərəbistanı dünyada qadınlara avtomobil sürməyi qadağan edən yeganə ölkə idi. 24 iyun 2018-ci il tarixindən əvvəl qadınların avtomobil sürməsinə tam qadağa qoyulmuşdu.
16. Səudiyyə Ərəbistanı 2150000 kvadrat km. əraziyə malikdir.
17. Səudiyyə Ərəbistanı dünyada təbii çayı olmayan yeganə ölkədir.
18. Dünyanın ən böyük dəvə bazarı Ər-Riyad şəhərindədir. Buraydah dəvə bazarında hər gün minlərlə dəvə satılır.
19. Səudiyyə Ərəbistanının Məkkə və Mədinədə iki ən böyük məscidi var.
20. Dünyanın ən qədim şəhərlərdən biri ‘Mada’in Saleh’ Səudiyyə Ərəbistanında yerləşir.
21. Səudiyyə Ərəbistanı dünyanın hər hansı digər ölkəsindən daha çox neftə malikdir. Bəzi mənbələrdə isə Səudiyyə Ərəbistanı Venesueladan sonra 2-ci ən çox neft ehtiyatına malikdir.
22. Rub-Al Khali dünyanın ən böyük və genişlənməkdə olan qum səhrasıdır.
23. Qavar neft yatağı, Əl-Ahsa dünyanın ən böyük neft ehtiyatıdır.
24. Səudiyyə Ərəbistanı dünyada üçüncü ən böyük xurma istehsalçısıdır. Bəzi mənbələrdə ikinci yerdədir.
25. Səudiyyə Ərəbistanında toy mərasimləri kişilər və qadınlar üçün ayrıca keçirilir.
26. Əl-Məgər dünyanın ilk sivilizasiyalarından biri kimi xarakterizə olunur.
27. Səudiyyə Ərəbistanında bütün insanlar müsəlmandır.
28. Səudiyyə Ərəbistanının ən aşağı nöqtəsi Fars körfəzidir.
29. Ərəbistan yarımadası dünyanın ən böyük yarımadasıdır.
30. 2012-ci ildə Səudiyyə Ərəbistanı dövlət idarələrində və əksər ictimai yerlərdə siqaret çəkməyi qadağan etdi.
31. 10-cu əsrdən 20-ci əsrin əvvəllərinə qədər Məkkə və Mədinə Məkkə Şərifi kimi tanınan yerli ərəb hökmdarının nəzarəti altında idi.
32. Səudiyyə Ərəbistanında doğuşa nəzarət qeyri-qanunidir.
33. Səudiyyə Ərəbistanında Kral Xalidin adını daşıyan dünyanın ən böyük hava limanı var.
34. Səudiyyə Ərəbistanının kralı Abdullah dünyada siyasi proseslərə təsir imkanına görə 8-ci ən güclü adamıdır.
35. Qeyri-müsəlmanlara Səudiyyə vətəndaşlığına icazə verilmir.
36. Rəsmi olaraq Səudiyyə qadınları ərlərinin icazəsi olmadan xaricə səyahət edə bilməzlər.
37. Kral Feysəl 1965-ci ildə Səudiyyə Ərəbistanına televiziya təqdim etdi.
38. 2012-ci ildən əvvəl Səudiyyə Ərəbistanında qadın alt paltarlarını yalnız kişilər sata bilərdi.
39. Qara abaya qadınlar üçün Səudiyyə Ərəbistanının milli geyimidir.
40. Əksər özəl idman zalları qadın üzvləri qəbul etmir və məktəblərin əksəriyyətində qız şagirdlər üçün idman zalı dərsləri və ya bədən tərbiyəsi fənni təklif edilmir.
41. Ölkə bir çox dövlətlərə quru sərhəddə sahibdir. İordaniya, İraq və Küveyt, Qətər, Birləşmiş Ərəb Əmirlikləri və Oman və Yəmən.
42. Səudiyyə Ərəbistanı mütləq monarxiya sistemidir. Baxmayaraq ki, Kral şəriətə (yəni İslam qanunlarına) və Qurana riayət etməlidir. Quran və Sünnə ölkənin konstitusiyaları elan edilib.
43. Ölkədə qumar oynamaq tamamilə qeyri-qanuni bir hərəkətdir və qumarbazı 6 ay həbs cəzası gözləyir.
44. İslam ölkəsi olduğu üçün ölkəyə donuz əti gətirmək və ya donuz əti istehlak etmək qadağandır.
45. Homoseksual və ya transseksual olmaq bu ölkədə qanundan kənardır.
46. Səudiyyə Ərəbistanının ilk 5 ixracatı xam neft (165 milyard dollar), rafine edilmiş neft (23,9 milyard dollar), etilen polimerlər (12,5 milyard dollar), propilen polimerlər (6,33 milyard dollar) və asiklik spirtlərdir (5,14 milyard dollar).
47. Səudiyyə Ərəbistanında subay kişinin restoranın ailə ərazisində oturması qadağandır.
48. Mərcan Kompleksi təxminən 17.238.800.384 ton neftlə planetin ən böyük neft yatağıdır.
49. Səudiyyə Ərəbistanı dünyada ən çox silah idxal edən ölkədir. İkinci yerdə Hindistan gəlir.
50. Tikintisi davam edən və tamamlandıqdan sonra Səudiyyə Ərəbistanının Ciddə Qülləsi dünyanın ən hündür binası olacaq. Bu, dünyada hündürlüyü 1 Km olan ilk binadır. Bu bina Dubaydakı Bürc Xəlifə binasından 180 metr hündürdür. Dəyəri 4.5 milyard dollardır. Bina 2013-cü ildən tikilir.Hazırda tamamlama işləri gedir.
51. Səudiyyə Ərəbistanı yer üzündə baş kəsmə, əl və əzaların kəsilməsi və daşqalaq edilməsinin qanunla icazə verildiyi yeganə ölkədir.
52. Səudiyyə ənənəsinə görə hər bir şəxsin həyatına böyük hörmətlə yanaşır. Orada heç vaxt kameranızı qadınlara yönəltməyin. Kişilərin şəkillərini çəkə bilərsiniz, ancaq onların icazəsi ilə.
53. Beynəlxalq Təbiəti və Təbii Sərvətləri Mühafizə İttifaqı (IUCN) tərəfindən “təbiətdə nəsli kəsilmiş”lər siyahısına salınmış antiloplar Səudiyyə Ərəbistanının ucqar səhralarında yenidən həyata qayıtdı.
54. İslamda vəhhabilik cərəyanı Məhəmməd ibn Əbdülvahhabin (1703–1792) tərəfindən qoyulub. O, Səud tayfasının müttəfiqi olaraq tanınırdı. İndi də vəhhabilər Səud sülaləsinə son dərəcə sadiqlik nümayiş etdirir. Səudiyyə dövlətinin bütün dini işlərinə vəhhabilər baxır.

Elbəyi Həsənli

Xəbər 520 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

01.05.2024  11:21 

Rövşən Rzayev vəfat edib

30.04.2024  13:58 

Sabahın havası açıqlanıb

29.04.2024  15:24 

Tanınmış jurnalist vəfat edib

29.04.2024  08:20 

Bu yollarda tıxac var -SİYAHI


BÜTÜN XƏBƏRLƏR +