Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri


01.12.2023  19:26 

Universitetin 100 yaşı qeyd edilib - Foto





A+  A-

Dekabrın 1-də Bakı Mühəndislik Universitetində (BMU) Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin(ADMİU) yaranmasının 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

Xəzərnews.az xəbər verir ki, tədbirdə giriş nitqi ilə açan BMU-nun rektoru Yaqub Piriyev dost kollektivi rəhbərlik etdiyi ali təhsil ocağında salamlayıb və Azərbaycanın ilk yaradıcı təhsil ocağı olan Mədəniyyət və İncəsənət Universitetinin 100 illik yubiley tədbirinə ev sahibliyi etməkdən məmnunluğunu dilə gətirib.

Mədəniyyət və İncəsənət Universitetinin bir əsrlik tarixində uzun və şərəfli yol qət etdiyini deyən rektor Azərbaycanı dünyada tanıdan böyük sənətkarların, incəsənət xadimlərinin məhz bu universitetin məzunu olduqlarını, bəzilərinin isə burada çalışdığını vurğulayıb. O, ADMİU-nun digər təhsil ocaqları üçün də bir baza rolu oynadığını deyərək, illərdir öz sahələri üzrə tanınmış mütəxəssislər yetişdirən Rəssamlıq və Xoreoqrafiya Akademiyalarının məhz bu universitetdən ayrıldığını qeyd edib.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ADMİU-nun 100 illik yubileyinin keçirilməsi haqqındakı sərəncamını xatırladan natiq bu sərəncamı həm də mədəniyyətimizə incəsənətimizə yüksək dəyər, qayğı kimi qiymətləndirib.

ADMİU-nun rektoru professor Ceyran Mahmudova çıxışında səmimi qonaqpərvərliyə və isti münasibətə görə Bakı Mühəndislik Universitetinin rektoru Yaqub Piriyev başda olmaqla, bütün kollektivə təşəkkürünü bildirib: "Biz çox şadıq ki, universitetimizin 100 illik yubileyi ölkəmizin ən nüfuzlu ali təhsil ocaqlarında qeyd edilir. Dost universitetlərlə görüş bizim üçün hər zaman xoşdur. Çünki bu sayədə kollektivlər, tələbələr bir-birini daha yaxından tanımaq şansı əldə edirlər".

ADMİU-nun tarixinə nəzər salan xanım rektor bildirib ki, bu ali təhsil ocağı 1923-cü ildə Teatr Məktəbi kimi yaradılıb və illər ərzində mədəniyyətin, incəsənətin, demək olar ki, bütün sahələrini əhatə edib:

"Hazırda ali məktəbdə 5 fakültə fəaliyyət göstərir və yeni-yeni ixtisaslar yaranmağa başlayır. Təbii ki, ənənəvi sənətlərimizi inkişaf etdirməklə, yanaşı, zaman dəyişdikcə incəsənət sahəsində yaranan yeni ixtisasların bizim universitetdə öz əksini tapmasına çalışırıq".

C.Mahmudova 2023-cü ilin Ulu Öndərin 100 illik yubileyi ilə əlamətdar olduğunu xatırladaraq bildirib ki, ADMİU-da çalışan sənətkarların əksəriyyətinin Heydər Əliyevlə şəxsən tanışlığı, müxtəlif tədbirlərdə görüşməsi və bu görüşlərin xoş xatirələri onlar üçün böyük qürur mənbəyidir.

Çıxışların sonunda hər iki universitetin rektorları tərəfindən xatirə hədiyyələri təqdim olunub.

Daha sonra tədbir ADMİU-nun Musiqi sənəti fakültəsinin hazırladığı konsert proqramı ilə davam edib.

ADMİU-nun tələbəsi Əzizəxanım Kazımovanın aparıcılığı ilə baş tutan konsert magistranlar Cəlil Bəşirli, Məmməd Məmmədovun (müşayiət Aygün Səfərzadə) ifasında "Qaytağı" musiqisi ilə başlayıb.

Xalq artistləri Mələkxanım Əyyubova, Gülyaz Məmmədova, Teyyub Aslanov, Əməkdar artist Ruzə İbişova, Əməkdar Mədəniyyət işçisi Samirə Əliyeva, ADMİU-nun müəllimləri Qəlbinur İbrahimli, Səxavət Məmmədov, magistrantlar Bəxtiyar Quliyev, Sərvər Yılmaz, Xasay Şıxıyev, tələbələr Lalə İsmayılova, Mütəllim Mütəllimov öz ifaları ilə tədbir iştirakçılarına xoş anlar bəxş ediblər.

İfaçıları ADMİU-nun Xalq çalğı alətləri ansamblı (bədii rəhbər: Əməkdar artist Əliağa Sədiyev) müşayiət edib.







Xəbər 716 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

08.05.2024  11:49 

Paşinyan Moskvaya yola düşüb

05.05.2024  15:54 

Sabahın havası açıqlandı

04.05.2024  10:46 

Adil Əliyevə ağır itki üz verib

01.05.2024  11:21 

Rövşən Rzayev vəfat edib

30.04.2024  13:58 

Sabahın havası açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +