Azərbaycanda kartof bahalaşdı - Video
Əhəd Abıyev villasını 2 milyon dollara satır - Video
Mingəçevirdə ağır yol qəzası baş verib
Yaşayış binasında yanğın söndürüldü
COVID-19-dan insanların beyni niyə “dumanlanır”?
Masajçı, yoxsa kosmetoloq? – FOTO
Hansı yaşdan sonra silah əldə edə bilərsiz?
Rusiya Paşinyanı bağışlayacaqmı?
Sabahın HAVAsı... - 22 dərəcə isti olacaq
Türk həkim azərbaycanlıları təhqir etdi - SƏS YAZISI


29.11.2023  04:27 

Biz onları məğlub edənə qədər onlar yox olmayacaqlar -Netanyahu





A+  A-

“İsrailin Qəzza zolağında həyata keçirdiyi əməliyyatın məqsədi Fələstin anklavını demilitarizasiya və deradikalizasiya etməkdir”.

Xəzərnews.az xəbər verir ki, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahu alman telekanalına müsahibəsində bildirib.

“Bundan (HƏMAS-ın məhv edilməsindən) sonra biz iki şeyi etməliyik: birincisi, Qəzzanı demilitarlaşdırmaq və həmçinin onu deradikallaşdırmaq. Almaniyada, Yaponiyada və başqa yerlərdə belə edilib”, - Netanyahu bildirib.

İsrailin baş naziri hesab edir ki, əks halda HƏMAS-ın növbəti hədəfi Avropa olacaq.

“Növbəti siz olacaqsınız, bunu başa düşürsünüzmü? Almaniya, Avropa olacaq... HƏMAS İranın, “Hizbullah”ın, husilərin və digərlərinin terror oxunun bir hissəsidir. Onların məqsədi əvvəlcə Yaxın Şərqi, sonra isə dünyanı barbarlıq dövrünə, Orta əsrlərin qaranlıq dövrünə aparmaqdır... Onların istədiyi budur... Biz onları məğlub edənə qədər onlar yox olmayacaqlar”, - deyə Netanyahu bildirib.

Xəbər 950 dəfə oxunub.



06.03.2025  21:18 

Biz futbolu harda oynayırıq?


BÜTÜN XƏBƏRLƏR +