Voronejdə azərbaycanlı sahibkar həbs edilib
Yekaterinburqdakı diaspor liderimizi polis qaçırdı
Əliyevlə Zelenski bu məsələdə razılığa gəldi
Sobçak öldürülən azərbaycanlılardan yazdı
Zelenski Əliyevə zəng etdi, başsağlığı verdi
XİN Rusiyanı Azərbaycanın daxili işlərinə qarışmamağa çağırıb - NOTA
Prezident İlham Əliyev bu məhkəmələrə hakim təyin etdi
Böyük Britaniya 3 qrupu terror təşkilatı elan etməyə hazırlaşır
Rusiya kanallarının yayımının dayandırılmasının müzakirəsinə başlanılmalıdır
Rusiya Azərbaycana nota verib


21.11.2023  10:54 

Ələsgər Məmmədli saxlanılan jurnalistlərlə bağlı şərh verdi





A+  A-

“Media azadlığının, ifadə azadlığının vəziyyəti bir toplumun və dövlətin demokratiya barometridir. Həqiqəti yazmaq, gerçəkləri araşdırmaq, qaranlıqlara işıq tutmaq jurnalistin peşə borcudur. Bütün mərhumiyyətlərə baxmayaraq öz peşəsinə sədaqətlə xidmət edənlərin təqib edilməsi, hüquq adı altında komediyalar yaradılaraq təməl hüquqların məhdudlaşdırılması yolverilməzdir”.

Xəzərnews.az xəbər verir ki, bunu media eksperti və hüquq müdafiəçisi Ələsgər Məmmədli sosial şəbəkə hesabında “Abzas Media”nın rəhbər şəxslərinin saxlanılmasını şərh edərkən yazıb.

“Sevinc Vaqifqızının bu gecə terroristlərə rəva görülməyən bir biçimdə təyyarədən birbaşa polis idarəsinə aparılması normal toplum tərəfindən qəbuledilməz davranışdır və hüquqa qarşı ən böyük sayğısızlıqdır. Jurnalist tərifləri yox, cəmiyyəti narahat edən, onun inkişafına mane olan, onu düşündürən, inkişaf etdirən məsələlərdən yazanda jurnalist olur. Yaşadığımız toplumda korrupsiya olmasa hazırda 7 rayonun İcra hakimiyyətinin başçısı, keçmiş nazir, məsul vəzifəli şəxslərin heç biri məhkəmə qaydasında suçlu bulunaraq həbsdə olmazdı. Korrupsiya olmasa “Korrupsiyaya qarşı mübarizə haqqında” Qanun, Korrupsiyaya qarşı mübarizə üzrə komissiya, Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi, yüzlərlə ştat yaradılmazdı. Korrupsiya olmasa Azərbaycan Prezidentinin 4 aprel 2022-ci ildə imzaladığı Sərəncamla Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022─2026-cı illər üçün Milli Fəaliyyət Planı təsdiq edilməz, Nazirlər Kabinetinin “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 4 aprel tarixli 3199 nömrəli Sərəncamının icrasının təmin edilməsi barədə Sərəncamı imzalanmazdı. Sevinc xanım məhz bu sənədlərdə təsbit edilən problemlərə hüquq mühafizə orqanlarının daha sürətli çıxışına dəstək verən, korrupsiya ehtimalı olan məsələləri araşdıran jurnalistlərdəndir. Onun sərbəst fəaliyyətinə dəstək olmaq lazımdır, onu məhdudlaşdırmaq yox!”

Qeyd edək ki, noyabrın 21-də gecə saatlarında xarici səfərdən qayıdan “AbzasMedia”nın baş redaktoru Sevinc Vaqifqızı hava limanında saxlanılıb. Noyabrın 20-də isə “AbzasMedia”nın direktoru Ülvi Həsənli də hava limanında saxlanılıb.


Xəbər 2847 dəfə oxunub.




01.07.2025  16:33 

Çində güclü daşqın olub

01.07.2025  16:09 

Rusiya Azərbaycana nota verib

01.07.2025  15:17 

Ukrayna Rusiyaya PUA hücumu edib

01.07.2025  15:03 

Azər Zahid buraxılıb

01.07.2025  13:17 

Yasamalda yanğın VAR


BÜTÜN XƏBƏRLƏR +