Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı


12.11.2023  09:16 

Yəhudilər çox şeyi şişirdir, hətta beşqat...





A+  A-

Bilirəm ki, Hitler yəhudilərə qarşı qəddar olub. Bu mövzuda həm oxumuşam, həm də bir neçə kitab tərcümə etmişəm. Sonda bu qənaətə gəlmişəm ki, yəhudilər çox şeyi şişirdir, hətta beşqat şişirdir.

Bir yəhudi müəllifin Auşvitzlə bağlı bir kitabını tərcümə etmişəm. Təxminən 3 yaşından həbs düşərgəsində olub. Valideynləriylə birgə xatirələrini yazıb. Amma bəzən rəqəmləri elə konkret yazır ki, adam məəttəl qalır.

Məsələn, yazır ki, filan sayda qadını qaz kamerasına apardılar. 5 yaxud 6 yaşlı uşaq tutaq ki, saya bilir, amma dəqiq neçə nəfərin qaz kamerasına aparıldığını yazmağı inandırıcı deyil. Həmin müəllif 6 yaşında Auşvitzdən azad olunanda şəklini çəkiblər. Bu şəkil bütün dünyada məşhurdur. O şəkli statusuma əlavə edəcəm. İnsafla deyin, o şəkildəki qız illərlə ac qalana oxşayırmı? Həbs düşərgəsində gün ərzində bir tikə çörək yeyən, dupduru sup içən uşaq belə inkişaf edərmi?

Başqa bir kitabda isə düşərgədə olan bir nəfər yazır ki, sup qazanında ət əvəzinə diş fırçası, taxta qolbaq, daraq və sair olub. Buna da inana bilmirəm. Sup yağsız, duru ola bilər. Amma supun içinə nə məqsədlə daraq, qolbaq atsınlar ki?

Auştvizdə olan iki bacının da başına gələnlər haqda kitab yazılıb. Qızların babası evdə oturmağa normal stul tapmır. Adi, kasıb ailədir. Amma qızlar deyir ki, guya hər ikisinin qulağında brilyant sırğa olub, almanlar dartıb qulağından çıxarıblar. Hətta qızlardan biri bir az da şişirdir, yazır ki, həmin sırğanı məhz dünyaya gəldiyi gün nənəsi taxıb qulağına. Qulağa sırğa taxmaq üçün qulaq deşilir, birgünlük körpənin qulağını deşib sırğa taxarlar?

Həmin iki bacı yazır ki, guya onları at əvəzi arabaya qoşublar, içi kərpic , daş dolu arabanı neçə kilometr məsafəyə dartıblar. Vallah, bu mümkün deyil. Bir yandan yazırlar ki, gün ərzində bir dilim çörək yeyib sup içirlər, bir yandan da deyirlər içi dolu arabanı dartıblar. Bəlkə də əl arabasını dartmaq mümkündür. Amma böyük at arabasını iki cavan qız at əvəzi darta bilərmi?

Bir yerdə belə məqam var. Həbs düşərgəsinə gətirilən qızların saçını qırxırlar. Həmn iki bacının da saçını qırxırlar. Saçları qırxılandan 3-4 gün sonra bacılardan birini xəstəxanaya aparırlar. Bir neçə gün sonra geri dönəndə ağlaya-ağlaya bacısına deyir ki, saçının tam qırxıldığını niyə ona deməyib. Xəstəxanadakı güzgüyə baxanda saçının tam qırxıldığını görüb. Guya saçı qırxılanda xəyalən keçmişə qayıdıb. Yaxşı, həmin an fikri başqa yerdə olub. Bəs sonra onları yuyunmağa aparıblar, orada da saçının qırxıldığını hiss etməyib? Neçə gün işə gedib -gəlib, gecələr bitli döşəkdə yatıb, heç bir dəfə başını qaşımayıb ki, saçının tam qırxıldığını bilə?

Ya Auşvitzdən yazan yəhudi müəlliflərin kitablarının redaktorları zəifdir, ya da onlar almanları daha qəddar təqdim etmək üçün həbs düşərgəsində yaşayanların dediyi sözləri çox şişidirlər.

P. S Haqqında yazdığım 6 yaşlı qız koftasının qolunu azca yuxarı çəkən, başı yaylıqlı qızdır.

Sevil Gültən
Tərcüməçi


Xəbər 569 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

29.04.2024  08:20 

Bu yollarda tıxac var -SİYAHI

24.04.2024  10:02 

ABŞ İrana sanksiya tətbiq edib


BÜTÜN XƏBƏRLƏR +