Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri


03.11.2023  12:17 

Tenderlərə ictimai nəzarət varmı?





A+  A-

Dünyanın elə bir ölkəsini tapmaq mümkün deyil ki, orada bu və ya digər formada büdcə oğurluğu baş verməsin. Bu öğurluğun daha geniş miqyasına adətən az inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrdə rast gəlinir. Uzun illərin araşdırmaları göstərir ki, böyük büdcə oğurluqlarına ilk növbədə təbi resurslarla zəngin, zəif inkişaf etmiş ölkələrdə rast gəlinir. Resurs satmaqla “asan şəkildə qazanılan pullar” asanlıqla da korrupsiya mənbəyinə çevrilə bilir.

Büdcə vəsaitlərinin talan edilməsinə daha çox şəffaf olmayan tenderlər və alışları həyata keçirtməklə nail olunur. Tender və alışların şəffaflığı təmin edilmədikdə və bütövlükdə bu prosselər real ola biləcək nəzarətdən kənarda qaldıqda, büdcə təşkilatları özlərinə münasib ”tərəf müqabilləri” ilə asanlıqla sövdələşib, şəffa tender, şəffaf alış adı altında öz maraqlarını asanlıqla reallaşdıra bilirlər. Buna dair yüzlərlə misalllar gətirmək mümkündür. Təbi ki, bu problemin sona qədər həllini tapmaq mümkün deyil. Çünki, bir qrup ağıllı insan bu oğurluqların qarşısını almaq üçün mexanizmlər fikirləşirsə, digər qrup insanlar bu mexanizmlərin sındırılması yollarını axtarıb tapırlar. Bir qədər də obrazlı desək, bir insan ağıllı kilid düzəldirsə, digər insan o kilidi aça biləcək ağıllı açar hazırlaya bilir. Yəni büdcə oğurluqlarının qarşısını almaq üçün indiyə qədər yaradılmış mexanizmlərin heç biri bu problemin sona qədər həllinə nail olmağa imkan verməyib.

Müstəqilliyimizin ilk illərində ölkədə büdcə oğurluqlarını həyata keçirtmək olduqca asan idi. Çünki ortada büdcə vəsaitlərinin bilavasitə öz təyinatı üzrə xərclənməsini təmin edən bir mexanizm yox idi. Büdcə vəsaitləri hesabına həyata keçirilən alışlar büdcə təşkilatının rəhbərinin şəxsi baxışları əsasında baş tuturdu . Büdcə təşkilatının il ərzində keçirtiyi alışların düzgünlüyünə isə yalnız iki ildə bir dəfə Maliyyə nazirliyi tərəfindən keçirilən yoxlamalarla aydınlıq gətirmək mümkün olurdu. Belə nəzarət istənilən səmərəni verə bilmirdi. Vəsaitlər çox vaxt təyinatından yayındırılır və onların mənimsənilməsi hallarına yol verilirdi. Elə bu səbəbdən də o illərdə bu sahədə yeni mexanizmlərin ortaya qoyulmasına böyük ehtiyac var idi.

Nəhayət 4 oktyabr 1995-ci ildə Ulu Öndər Heydər Əliyevin Fərmanı ilə Azərbaycanda Xəzinədarlıq sistemi qurulmağa başladı. Yeni mexanizm büdcə təşkilatları tərəfindən böyük müqavimətlə qarşılansa da o, quruldu və bununla da büdcə vəsaitlərinin istifadəsi sahəsindəki boşluqlara son verildi. Əslində bu addım büdcə vəsaitlərindən istifadənin səmərəliliyini yüksəltmək sahəsində bir inqilab idi.

Lakin bütün bu addımların atılmasına baxmayaraq, büdcə oğurluğunu hədəfə çevirən təşkilatlar bu və ya digər yollarla vəsaitlərdən istifadə sahəsində öz qara niyyətlərini reallaşdırmağın yollarını tapa bilirlər. Xəzinədarlığın qurulması ilə büdcə oğurluqları əhəmiyyətli dərəcədə azalsa da bu sistemin fəaliyyətdə olduğu illərdə də büdcə təşkilatları tərəfindən vəsaitlərin səmərəsiz istifadəsi və mənimsənilməsinə dair onlarla faktlar mövcuddur.

Əvvəldə dediyimiz kimi, büdcə vəsaitlərinin mənimsənilməsi əsasən tenderlərin və alışların keçirilməsi zamanı baş verir. Tenderlərin keçirilməsi üçün qurulmuş mexanizm onun şəfflığına nə qədər zəmanət versə də büdcə təşkilatları əvvəlcədən sövdəlaşma əsasında keçirilən tenderdə “aşağı qiymətlə qalib gəlmiş” kompaniyalarla birgə fəaliyyət göstərərək, tender keçirildikdən və qalib elan edildikdən bir qədər sonra, öncə bəyan olunmuş tender qiymətlərinin “yüksəldiyini əsaslandırır” və bu yolla tenderin dəyərini artıraraq, saxtakarlığa yol verirlər. Bənzər vəziyyət alışlar üzrə keçirilən müsabiqələr zamanı də baş verir. Təbi ki, büdcə təşkilatlarının bu addımları keçirilmiş tenderlərin və alışların şəfaflığını heçə endirir.

Təklif edərdim ki, büdcə təşkilatlarının keçirtdikləri tenderlərin və alış üzrə müsabiqələrin keçirilməsi və sona qədər icrası üzərində ictimai nəzarət həyata keçirilsin. Belə nəzarəti büdcə təşkilatlarında yaradılmış İctimai Şuralar daha yaxşı həıyata keçirə bilərlər. Bu işə eyni zamanda Qeyri-hökumət təşkilatlarını da cəlb etmək mümkündür. Bütün bunlar sonda tenderlərin keçirilməsindəki neqativlərin maksimum aradan qaldırılmasını təmin edə bilər.

Fikrət Yusifov
İqtisad elmləri doktoru, professor


Xəbər 831 dəfə oxunub.




01.05.2024  11:21 

Rövşən Rzayev vəfat edib

30.04.2024  13:58 

Sabahın havası açıqlanıb

29.04.2024  15:24 

Tanınmış jurnalist vəfat edib

29.04.2024  08:20 

Bu yollarda tıxac var -SİYAHI


BÜTÜN XƏBƏRLƏR +