Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri


27.10.2023  09:22 

Hər uşağa görə 105 manat müavinət...





A+  A-

5-dən çox uşağı olduğuna görə sosial müavinət alan qadınların sayı 2510, uşaqlarının sayı isə 10517 nəfərdir. Bu barədə Dövlət Sosial Müdafiə Fondundan (DSMF) bildirilib. Rəsmi məlumata görə, 3 və daha çox uşaq dünyaya gətirərək onları 8 yaşınadək tərbiyə etmiş 57 yaşına çatmış güzəştli şərtlərlə yaşa görə sosial müavinət alan qadınların sayı 67 084 nəfərdir.

Qeyd edək ki, beşdən çox uşağı olan, müavinət almaq hüququ Azərbaycan Respublikasının vətəndaşları, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmamışdırsa, ölkə ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslər və əcnəbilərə verilir.

Bəs 5-dən çox uşağı olan qadınlar necə sosial yardım ala bilər və onun məbləği nə qədərdir?

Məsələ ilə bağlı danışan hüquqşünas Turan Abdullazadə Referans.az-a bildirib ki, beşdən çox uşaq doğub tərbiyə edən qadınlara, uşaqların sağ olması şərti ilə, bu hüququn yaranmasına səbəb olmuş uşağı bir yaşına çatdıqda müvainət almaq hüququ olur:

“Qeyd olunan məsələlər Sosial Müavinətlər haqqında Azərbaycan Respublikasının qanunu ilə tənzimlənir. Həmin qanunun 4-cü maddəsində müavinətlərin növləri göstərilmişdir. Həmin müavinət növlərindən biri də 5-dən çox uşağı olan qadınlara verilən müavinətdir. Qanunda göstərilib ki, 5-dən çox uşaq dünyaya gətirib tərbiyə edən qadınlara, uşağın sağ olması şərtilə bu hüququn yaranmasına səbəb olmuş uşaq bir yaşına çatdıqda artıq bu müavinət təqdim olunur”.

Hüquqşünas qeyd edib ki, 5-dən çox uşağı olan qadınlara müavinət uşağın 18 yaşı tamam olan ayın sonunadək verilir. Onun sözlərinə görə müavinətin məbləği hər uşağa görə 105 manatdır: “Tələb olunan sənədlər isə ailə tərkibi haqqında yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairələri üzrə və yaxud da sahə inzibati ərazi dairələri üzrə arayışıdır”.



Xəbər 328 dəfə oxunub.




01.05.2024  11:21 

Rövşən Rzayev vəfat edib

30.04.2024  13:58 

Sabahın havası açıqlanıb

29.04.2024  15:24 

Tanınmış jurnalist vəfat edib

29.04.2024  08:20 

Bu yollarda tıxac var -SİYAHI


BÜTÜN XƏBƏRLƏR +