Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı


09.10.2023  14:17 

DABF erməni diaspor təşkilatlarına müraciət edib





A+  A-

Dünya Azərbaycanlılarının Beynəlxalq Fondu (DABF) erməni diaspor təşkilatlarına müraciət edib.

Xəzərnews.az həmin müraciəti təqdim edir:

Otuz ildən artıq davam edən münaqişədən sonra Azərbaycan və Ermənistan arasında hərbi qarşıdurmaya son qoyulub. Hazırda Azərbaycan və Ermənistan liderlərinin iki ölkə və onların xalqları arasında sülh əldə olunması istiqamətində səyləri davam edir. Hər iki lider dəfələrlə qarşılıqlı olaraq ərazi bütövlüyü və suvurenliyin tanınması şərtilə sülh sazişinin imzalanmasının mümkünlüyünü bildiriblər.

Belə bir şəraitdə iki ölkənin ziyalıları, ictimai təşkilatları və diaspor qurumları qarşısında liderlərin sülh səylərinə dəstək verilməsi, iki qonşu xalq arasında inam və etimad körpüsünün yaradılması, xalqların dinc yanaşı yaşamasının təşviq edilməsi kimi mühüm vəzifələr durur.

Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə Qarabağ bölgəsində yaşayan etnik ermənilərin Azərbaycan vətəndaşları olduğunu, onların hüquqları və təhlükəsizliyinin Azərbaycan Konstitusiyası əsasında lazımınca qorunacağını bəyan edib.

Məhz bu reallıqdan çıxış edərək, sülhü yaxınlaşdırmaq, xalqlar arasında düşmənçilik əhval-ruhiyyəsini aradan qaldırmaq üçün iki ölkənin tərəqqipərvər qüvvələrinin birgə səylərinə ciddi ehtiyac yaranıb.

Sirr deyil ki, bir sıra beynəlxalq güclər tarixən olduğu kimi, yenə də bölgədə sabitliyin olmasını, iki qonşu xalq arasında münasibətlərin normallaşmasını istəmirlər. Beynəlxalq güclərin əlində alət olan bəzi qruplaşmalar da Azərbaycan və erməni xalqları arasında normal münasibətlərin qurulmasına mane olmağa çalışırlar.

Sıralarında çoxsaylı Azərbaycan diaspor təşkilatlarını birləşdirən DABF hesab edir ki, hər iki ölkənin diaspor təşkilatları iki xalq arasında düşmənçiliyi qızışdıran aksiyalardan çəkinməlidir. Bu kimi cəhdlər bölgədə formalaşmaqda olan sülh prosesinə və birgəyaşayışa mane olmaqdan başqa bir şey deyil.

Xaricdə fəaliyyət göstərən diaspor təşkilatları bölgədə ədavət və düşmənçiliyi qızışdırmamalı, əksinə sülh və dinc birgəyaşayışı təşviq etməlidirlər. Cənubi Qafqazdan yüz kilometrlərlə uzaqda küçələrə çıxıb qarşıdurmalara çağırış etmək, diplomatik nümayəndəliklərə basqın təşkil etmək bölgəmiz üçün də yaxşı heç nə vəd etmir.

Mədəniyyətin beşiyi olan Qarabağ hər zaman etnik rəngarəngliyi ilə zəngin olub. Bu sabit etnomühiti yenidən formalaşdırmaq, bölgədə davamlı sülhə nail olmaq üçün həm erməni, həm də Azərbaycan diaspor təşkilatları öz səylərini əsirgəməməli, münasibətlərin normallaşması və reinteqrasiyaya dəstək verməlidir. Yüz kilometrlərlə sərhəddi olan iki dövlətin bir-birinin ərazi bütövlüyünü tanıyaraq, insanlarının sülh şəraitində yaşamaqdan başqa yolu yoxdur.

Bu gün Qarabağda davam edən genişmiqyaslı abadlıq və quruculuq işləri milliyyətindən aslı olmayaraq, bölgədə yaşayacaq bütün insanların sosial rifah halının daha da yaxşılaşdırılmasına hesablanıb.

Azərbaycan dövləti Qarabağ bölgəsində yaşayan erməni sakinlərin cəmiyyətimizə dayanıqlı reinteqrasiyasının təmin edilməsi istiqamətində davamlı iş aparır. Bu məqsədlə yaradılan İşçi Qrupa Qarabağ bölgəsində sosial, humanitar, iqtisadi və infrastruktur məsələlərinin həlli üzrə müvafiq tapşırıqlar verilib. Bu fəaliyyət çərçivəsində Qarabağ bölgəsində yaşayan erməni sakinlərin qeydiyyatı aparılır, ehtiyacları öyrənilir və problemləri həll olunur.

DABF ümid edir ki, sağlam düşüncəli erməni diaspor təşkilatları Azərbaycana qarşı qeyri-sağlam mübarizədən əl çəkəcək, Qarabağda yaşayan ermənilərin Azərbaycan cəmiyyətinə reinteqrasiyasına dəstək göstərəcəklər.

DABF sülh və reinteqrasiyanın təşviqi üçün iki ölkənin diaspor təşkilatlarının əməkdaşlığını vacib sayır və bu istiqamətdə birgə səylərə dəstək verməyə hazır olduğunu bildirir.

DABF
İdarə Heyəti
İsveç/Stohkolm
09.10.2023


Xəbər 1082 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

24.04.2024  10:02 

ABŞ İrana sanksiya tətbiq edib


BÜTÜN XƏBƏRLƏR +