Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri


24.10.2023  21:07 

Bir ətək pul verib Acunla görüşə gedən adamları... - Seymur Verdizadə





A+  A-

Türkiyəli iş adamı Acun Ilıcalı İnnovativ inkişaf və fürsətlər seminarında çıxış etmək üçün Bakıya gəlib.

22 oktyabr tarixində, Bakı Konqres Mərkəzində təşkil olunan seminara gedənlər isə xəyal qırıqlığına uğrayıblar.

Belə ki, tədbirin iştirakçıları sosial şəbəkələrdə narazılıqlarını ifadə edərək, yarızarafat-yarıciddi Acunun onları aldatdığını yazıblar.

Halbuki konfransın təşkilatçıları hələ bir neçə ay əvvəldən elan etmişdilər ki, “İnnovativ inkişaf və fürsətlər” adlı seminara gələnlər bolluca motivasiya alacaq, varlanmağın, yaxşı pul qazanmağın, biznes sahibi olmağın yolları barədə məlumatlanacaqlar. İllərin təcrübəsini özündə cəmləyən Acun Ilıcalı şəxsi inkişaf, fürsətləri dəyərləndirmə, satış strategiyası və startaplar barədə öz biliklərini bölüşəcək. Guya, heç yerdə danışmadığı təcrübələrini azərbaycanlılara danışıb, heç kimin bilmədiyi mövzu və sirləri söyləyəcək.

Bu ümidlə Acunun konfrasına hazırlaşan insanlar da minimum 40, maksimum 490 manatından keçib bilet almışdı. Biletlərin baha olmasına baxmayaraq, Acunun Bakı Konqres Mərkəzində təşkil olunan seminarına gələnlər az deyildi.

Lakin konfransda iştirak edən jurnalistlərin yazdığı təhlillərdən məlum olur ki, Acun tədbirdə nə pul qazanmağın sirlərini, nə də əldə etdiyi uğurların səbəbini danışıb. Ümumiyyətlə, zəngin olmağın "Z"sindən belə danışmayıb”.

Hər kəsin bildiyi həyat hekayəsindən: Valideynlərimi itirdim, qəza keçirdim, boşandım və s. və s. həə, bir də müxbirlik dönəmində başına gələn gülməli hadisələrdən danışaraq insanların “eynini” açıb. O hekayələri TV verilişlərində tamaşaçılarını da güldürmək üçün çox danışıb.

Xəzərnews.az xəbər verir ki Yenisabah.az saytının baş redaktoru Seymur Verdizadə məsələyə münasibət bildirib. O, “Sherg.az”a açıqlamasında deyib ki, Bakıda türkiyəli iş adamının təliminin təşkil olunması yox, bu təlimdən insanların böyük gözləntilərinin olması yanlış yanaşmadır:

“Mən bir ətək pul verib Acunla görüşə gedən adamları elliklə qınamağın tərəfdarı deyiləm. İnsanlar seçimində sərbəstdir. Pulu hər kəs özü qazanır. Kim necə istəyir, o cür də xərcləyir. Məni ən çox sonradan peşman olanların halı maraqlandırır.

Bu gün səhərdən sosial şəbəkələrdə maraqlı müzakirələrə şahidlik edirəm. Orta statistik azərbaycanlının bir aylıq maaşını verib Acunu görməyə müvəffəq olan bəzi soydaşlarımız başına-gözünə döyür. Deyirlər ki, bu pulu verməyə dəyməzmiş. Sən demə, Acun onları yola verib. Bir-iki boş və mənasız xatirəsini nəql edərək görüşü başa çartdırıb. Azərbaycan insanının sadəlövhlüyü məni təəccübləndirir. Bəs nə gözləyirdiniz? Elə bilirdiniz bir saatın içində Acun sizə milyonçu olmağı öyrədəcək? Sadəlövh adamlar olmasa, Acun və onun kimiləri milyonçu ola bilməz. Acun Azərbaycanda olduğu kimi Türkiyədə də pulu sadəlövh insanların hesabına qazanır. Sonradan peşman olan, başına-gözünə döyən insanlar olmasa, Acun bu qədər varlı ola bilməz. Keçənə güzəşt deyərlər. Ümid edək ki, ötən gün aldanan və peşman olan adamlar eyni səhvi ikinci dəfə təkrarlamayacaqlar. Mən insanlarımıza pullarını kitaba, teatra xərcləməyi, mədəni zövqlərinin qeydinə qalmağı tövsiyə edirəm”.


Xəbər 445 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

04.05.2024  10:46 

Adil Əliyevə ağır itki üz verib

01.05.2024  11:21 

Rövşən Rzayev vəfat edib

30.04.2024  13:58 

Sabahın havası açıqlanıb

29.04.2024  15:24 

Tanınmış jurnalist vəfat edib

29.04.2024  08:20 

Bu yollarda tıxac var -SİYAHI


BÜTÜN XƏBƏRLƏR +