Kənan Ağababayevə vəzifə verildi – Foto
Təmir zamanı memarlıq abidəsinə ziyan dəyib
Zelenski dekabrın 8-də Londona səfər edəcək
Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu
Avropa Birliyi ləğv edilməlidir -Mask
Tanınmış jurnalist həbs edildi
Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”
Qaz limitinin ləğvi mümkündürmü? - Açıqlama


22.10.2023  00:17 

“Qalatasaray” “Beşiktaş”a qalib gəlib





A+  A-

“Qalatasaray” Türkiyə Superliqasının IX turunda İstanbul derbisində “Beşiktaş”a qalib gəlib.

Xəzərnews.az Ölkə.az-a istinadən xəbər verir ki, “cim-bom” doğma meydanında keçirdiyi qarşılaşmada rəqibini 2:1 hesabı ilə məğlub edib.

“Sarı-qırmızılılar”a 3 xalı gətirən qollara Mauro İkardi imza atıb. Argentinalı hücumçu əvvəlcə 26-cı dəqiqədə hesabı açıb. Cəmi 4 dəqiqə sonra qonaqlar meydançada azlıqda qalıblar. Qapıçı Mərt Günok rəqib hücumunun qarşısını kobudlula kəsdiyi üçün qırmızı vərəqə alıb.

“Beşiktaş” azlıqda qalmasına baxmayaraq, 69-cu dəqiqədə Aleks-Oksleyd Çamberlayn “status-kvo”nu bərpa edib. Lakin “ağ-qaralar” bu nəticəni sona qədər qoruya bilməyiblər. İkardi 82-ci dəqiqədə penaltini dəqiq yerinə yetirərək, “Qalatasaray”a 3 xal qazandırıb.

Bu nəticə ilə Okan Burukun yetirmələri 25 xalla liderliyə yüksəlib. 4-cü pillədəki “Beşiktaş” isə 16 xalda qalıb.

Xəbər 2958 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +