Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri


13.10.2023  11:22 

Qanunsuz miqrasiyanın təhlükələri - Video





A+  A-

Azərbaycan Miqrasiya Mərkəzi (AMM) Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi layihə çərçivəsində sosial çarx hazırlayıb.

Xəzərnews.az xəbər verir ki, qanunsuz miqrasiyanın fəsadlarından bəhs edilən sosial çarx Bakıda və Almaniyanın Münhen şəhərində çəkilib.

Bildirilir ki, dünyada təqribən 281 milyon miqrant var. Miqrasiya edənlərin 87 milyonu Avropada, 86 milyonu Asiyada, 59 milyonu Şimali Amerikadadır. Planetin qalan regionlarının payına ümumi miqrant axınının təxminən 18%-i düşür.

Bu gün doğulduğu ölkəni tərk edənlərin çox hissəsi qeyri-qanuni yollardan istifadə edir.

Yaxşı həyat axtarışı üçün riskə getməyə hazır olan milyonlarla miqrantın olması, onların qanuni miqrasiya kanallarından istifadə edə bilməməsi cinayətkarlar üçün münbit şərait yaradır. Azərbaycanlılar arasında qeyri-qanuni yollarla, saxta sənədlərlə emiqrasiya edənlər daha çox siyasi sığınacaq almağa üstünlük verirlər. Bu isə onların öz ölkələri ilə bağlı yalan məlumatlar vermək, mənfi imic formalaşdırmaq və uzun illər öz vətənlərinə dönmək imkanından məhrum olmaları ilə nəticələnir. Həmin şəxslərin bəziləri ölkəmizə qarşı düşmən mövqedə olan qüvvələrin əlində alətə çevrilir, hətta xarici dövlətlərin agentura şəbəkələrinə cəlb olunurlar.

Bəzən isə qanunsuz miqrasiya edənlər yol boyu konteynerlərdə havasızlıqdan boğulur, səhrada susuzluqdan ölür və ya dənizdə batırlar. Qadınlar isə cinsi zorakılığa məruz qalır, insan alveri qurbanına çevrilirlər. Azərbaycanda bütün mal-mülkünü sataraq pulunu miqrant biznesi ilə məşğul olan şəxslərə verənlər getdikləri ölkədə üzləşdikləri bütün ağır durumlara dözməyə məcbur olurlar. Belələri bəzən ucuz işçi qüvvəsi kimi qanunsuz əmək fəaliyyətinə cəlb olunur, bəzən də narkotik qaçaqmalçılığının qurbanına çevrilirlər. Onlar arasında dinini, hətta cinsini belə dəyişməyə məcbur olanlar da var.

Bir çox hallarda qanunsuz miqrasiya zamanı miqrantlarla pis rəftar edilir və onlar ən əlverişsiz şərtlərlə ölkədən çıxarılırlar. Təyinat yerinə çatmağın təhlükəsizliyi və rahatlığının səviyyəsi puldan asılıdır. Qeyri-qanuni miqrantlar sərhədi ən çox yük maşınlarında keçirlər. Ancaq onların digər ölkəyə piyada, dəmir yolu ilə və ya hətta xüsusi qazılmış tunellər vasitəsilə keçməsi halları da geniş yayılıb.

Təxmin edilir ki, məsələn, hər il ABŞ-a üç milyon insan qeyri-qanuni yollarla daxil olur və cinayətkarlar bundan 6,6 milyard dollar illik gəlir əldə edir. Eyni zamanda, girov götürmə və hədə-qorxu ilə tələb etmə halları tez-tez baş verir ki, bu da qanunsuz miqrasiya ilə bağlı müxtəlif cinayət elementlərinin mövcudluğunu təsdiqləyir. İlkin razılaşmalara baxmayaraq, qanunsuz miqrantlar başqa bir ölkəyə keçdikdən sonra vəd olunandan tamamilə fərqli aqibətlə üzləşə bilərlər.

Yol boyu miqrantların zorlanması, döyülməsi və ya ölümə tərk edilməsi halları baş verir. Onlar (yaxud ailələri) təyinat yerinə çatdıqdan sonra şantaj və ya borc əsarətinin qurbanı ola bilirlər. Sonuncu halda, zorakılıq və ya hakimiyyət orqanları tərəfindən deportasiya ilə hədələməklə cinayətkarlar yüksək məbləğdə pul tələb edə, yaxud həmin şəxsləri insan alverinin qurbanına çevirə bilər.

Sosial çarxda üç real qəhrəman var. Onlardan biri qeyri-qanuni yollarla ölkəni tərk etmiş, getdiyi ölkədə üzləşdiyi mühitdə yaşaya bilməyib geri qayıdan tanınmış şair Murad Köhnəqaladır.

Qanuni yolla - təhsil almağa gedən, tələbə kimi uğurlar qazanan, eyni zamanda Azərbaycanın diaspor işinə dəstək verən Maqsud Həsənov və uzun illər Lodonda yaşayan, hazırda isə Bakıda fəaliyyətini davam etdirən tanınmış şairə, ictimai xadim Nigar Həsənzadə.

Sosial çarxda hər üç qəhrəman öz təcrübələrini bölüşür və insanlarımızı qanunsuz miqrasiyadan çəkinməyə səsləyirlər.



Xəbər 550 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

01.05.2024  11:21 

Rövşən Rzayev vəfat edib

30.04.2024  13:58 

Sabahın havası açıqlanıb

29.04.2024  15:24 

Tanınmış jurnalist vəfat edib

29.04.2024  08:20 

Bu yollarda tıxac var -SİYAHI


BÜTÜN XƏBƏRLƏR +