Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı


09.10.2023  21:10 

Ceyhun Bayramov Mehdi Səfəri görüşü... - Nələr müzakirə olunub?





A+  A-

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının 27-ci iclası çərçivəsində ölkəmizdə səfərdə olan İran İslam Respublikasının xarici işlər nazirinin müavini Mehdi Səfərini qəbul edib.

Bu barədə Xəzərnews.az -a Xarici İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, görüş zamanı Azərbaycan-İran münasibətlərinin gündəliyində duran bir sıra məsələlər müzakirə olunub və son dövrlər həyata keçirilən qarşılıqlı yüksək səviyyəli səfərlərin bə görüşlərin münasibətlərin daha da irəli aparılmasına öz müsbət töhfəsini verdiyi vurğulanıb.

Tərəflər Şimal-Cənub nəqliyyat dəhlizinin, həmçinin bu marşrutla bərabər, Şərqi Zəngəzur iqtisadi rayonu ilə Azərbaycanın Naxçıvan Muxtar Respublikası arasında kommunikasiya bağlantılarının icrası istiqamətində həyata keçirilən tədbirlər barədə fikir mübadilə aparıblar. İqtisadi-ticarət əlaqələrinin dinamikasının artması məmnunluqla qeyd edilib və bu xüsusda, iki ölkə arasında Hökumətlərarası Komissiyanın fəaliyyəti yüksək qiymətləndirilib.

Görüşdə həmçinin, regionda baş verən son proseslər ətrafında fikir mübadiləsi aparılıb. C.Bayramov Ermənistanın siyasi və hərbi təxribatlarına son qoymaq və qanunsuz erməni silahlı birləşmələrinin Azərbaycan ərazisindən çıxarılmasını təmin etmək məqsədilə lokal xarakterli antiterror tədbirləri barədə ətraflı məlumat verib.

Azərbaycanın erməni sakinlərin Azərbaycanın Konstitusiyası və qanunvericiliyi çərçivəsində reinteqrasiyası üçün müvafiq tədbirlər həyata keçirdiyi və ölkəmizin suverenlik və ərazi bütövlüyünə hörmət prinsipi əsasında Ermənistanla davamlı sülhün qurulmasında maraqlı olduğu bildirilib.

Görüş zamanı həmçinin digər regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Vətən hər kəsin evindən, yaşadığı küçədən, uşaqlıq dostlarından, körpəykən eşitdiyi ilk nağıldan başlayır, deyirlər.

Bizlər - azərbaycanlılar üçünsə Vətən Qarabağdan başlayır.

Çünki dünyanı dərk etdiyimiz andan dönməli olduğumuz, yolumuzu gözləyən yaralı yurdumuz olduğunu öyrəndik. Bu müqəddəs məkanın and yerimiz, mücadiləmiz, mübarizəmiz, ona qovuşacağımız günün həyatımızın ən böyük qələbəsi olacağını dərk etdik.

Elə həmin andan da onun daşına-torpağına qurban olmağa, canımızı-qanımızı ona fəda etməyə söz verdik.

Qarabağı bizlərə anladan, 30 il ona qovuşmağı xəyal edən analarımıza qutsal torpaqlarımızın azadlığı üçün savaşacağımıza yəmin etdik.

Savaşdıq da! Onun nicatı, xilası üçün Qarabağ sevgisi, torpaq təəssübü ilə böyüyən oğullar, Vətən sevdalıları özünü qurban etdi. Yurdunun azadlığı, haqq savaşı üçün şəhadət gətirdi. Cismini torpağına, ruhunu səmasına əmanət etdi.

Qanı ilə Azərbacan tarixinə heç zaman unudulmayacaq böyük qəhrəmanlıq salnaməsi - Zəfər yazdı!

Azərbaycanımızın ərazi bütövlüyü bərpa oldu. Qarabağ, illərlə işğal altında qalan torpaqlarımız qarış-qarış, kənd-kənd, oba-oba azad edildi.

Cəsur Ali Baş Komandanımız cənab İlham Əliyev və qüdrətli Azərbaycan Ordusu, adı, xatirəsi ürəyimizə əbədi həkk olan oğullar bizə böyük Qələbə sevinci bizə bəxş etdi.

Artıq yeni doğulan körpələrə analar Vətənin yenidən canlanan, qurulan, çiçəklənən, məsud Qarabağdan başladığını anladacaqlar. Onlara igidliyin, Vətən sevgisinin gerçək hekayəsini danışacaqlar. O hekayəni ki, onun qəhrəmanı qalib, müzəffər, başı dik Azərbaycandır!

Xəbər 1514 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

24.04.2024  10:02 

ABŞ İrana sanksiya tətbiq edib


BÜTÜN XƏBƏRLƏR +