Kənan Ağababayevə vəzifə verildi – Foto
Təmir zamanı memarlıq abidəsinə ziyan dəyib
Zelenski dekabrın 8-də Londona səfər edəcək
Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu
Avropa Birliyi ləğv edilməlidir -Mask
Tanınmış jurnalist həbs edildi
Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”
Qaz limitinin ləğvi mümkündürmü? - Açıqlama


08.10.2023  22:32 

Yorğunluğa baxmayaraq xarakter göstərdilər - Qurban Qurbanov





A+  A-

"Xarakter göstərdilər, oyundan qopmadılar, bütün fikirləri qarşılaşmada oldu".

Xəzərnews.az xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Neftçi”yə 2:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının IX tur matçından sonra mətbuat konfransında deyib.

51 yaşlı mütəxəssis yaxşı oyun sərgilədikləri üçün hər iki kollektivə təşəkkür edib:

“Futbolçularıma da ayrıca minnətdaram. Xarakter göstərdilər, oyundan qopmadılar, bütün fikirləri qarşılaşmada oldu. Vacib görüş idi. Dövrəni qələbə ilə başa vurmaq istəyirdik. Bu da alındı. Bu stadionda oynamaq həmişə mən və futbolçular üçün çox xoşdur. Həmişə yaxşı atmosfer olur”.

Qurbanov bəzi oyunçularda yorğunluğun hiss edildiyini vurğulayıb:

“Bir az narahatlığım var idi. Avrokubok matçını Bakıda oynasaydıq, daha rahat olardı. Bütün gecəni yolda olduq. Belə qarşılaşmalarda xarakter lazım idi. Futbolçuların hazırlığı son vaxtlarda yaxşı səviyyəyə çatıb. Sonadək dinamikanı saxladılar. Yorğunluğa baxmayaraq xarakter göstərdilər”.

Xəbər 4581 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +