Kənan Ağababayevə vəzifə verildi – Foto
Təmir zamanı memarlıq abidəsinə ziyan dəyib
Zelenski dekabrın 8-də Londona səfər edəcək
Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu
Avropa Birliyi ləğv edilməlidir -Mask
Tanınmış jurnalist həbs edildi
Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”
Qaz limitinin ləğvi mümkündürmü? - Açıqlama


06.10.2023  01:52 

Qalib gəlmək istəyiriksə diqqətli və aktiv olmalıyıq -Qurbanov





A+  A-

"Futbolçularımı təbrik edirəm. Vacib üç xal əldə etdik".

Xəzərnews.az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov İsveçdə "Hakken"ə 1:0 hesabı ilə qalib gəldikləri UEFA Avropa Liqasının qrup mərhələsinin II tur matçından sonra mətbuat konfransında deyib.

51 yaşlı mütəxəssis dəstəyə görə azarkeşlərə təşəkkür edib: "Futbolçular qarşılaşmanı tam idarə edə bildilər. Rəqibin topla yaxşı davranan və sürətli oyunçuları var idi. Biz get-gedə oyunu ələ aldıq. Qalib gəlmək istəyiriksə, daha diqqətli və aktiv olmalıyıq. Bəzi epizodlarda düzgün oynamadıq. Amma ümumən matçdan razı qaldım".

Qurbanov III və IV turda üz-üzə gələcəkləri Almaniyanın "Bayer 04" klubu ilə qarşılaşmalara da toxunub: "Hər görüşdə daha ciddi olmalıyıq. Həmişə güclü rəqiblərlə oynamağımızı istəmişəm. Bu, bizə faydalı olacaq və təcrübə qazandıracaq. Rəqib hazırda də ən pik formasındadır. Öz oyunumuzdan əl çəkməməyə çalışacağıq. Onları tam yaxından analiz edəcəyik. Yaxşı mübarizə aparmaq niyyətindəyik".


Xəbər 8072 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +