Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı


06.10.2023  01:42 

Sülhməramlılar vaxtından əvvəl çıxarıla bilərmi?





A+  A-

Putinin “Valday”dakı çıxışında sülhməramlıların fəaliyyəti haqda dedikləri Rusiya qüvvələrinin Azərbaycan ərazisində gələcək fəaliyyətinə dair ehtimallar irəli sürmək imkanı verir.

- “Sülhməramlılarının missiyası yalnız atəşkəs rejiminin qorunmasından ibarət idi, orada sülhməramlıların başqa hüquqları yoxdur” sözlərindən iki nəticə çıxır.

1. Putin bununla Qarabağda Bakının mərkəzi hakimiyyəti bərpa etməsinə görə cavabdehin onlar olmadığını deyir;

2. Artıq “atəşkəs rejiminin pozulması”nın səbəbi qalmadığı – erməni silahlı dəstələri tərki-silah edildiyi üçün sülhməramlıların işinin bitdiyinə də işarə edir;

Sülhməramlıların vaxtından əvvəl çıxarıla bilərmi?

Qarabağdakı mövcud vəziyyət fonunda Putinin sözləri bu məsələni daha da aktuallaşdırdı. Moskva sülhməramlıların fəaliyyəti ilə bağlı Bakı ilə ikitərəfli saziş imzalamaq istəyini müxtəlif səviyyələrdə dilə gətirib. Antiterror tədbirlərindən sonra bu haqda yazmışdıq: 10 noyabr razılaşmasının sülhməramlıların fəaliyyətini təsnif edən maddəsinin qüvvədən düşməsi – Ermənistanın qərarverici rolunun qalmaması Rusiya qüvvələrinin Azərbaycan ərazisində mövcudluğu və mandatı məsələsini Bakıdan asılı edir. Putin də bildirir ki, Əliyev ona “sülhməramlıların burada olması məsələsi yalnız ikitərəfli əsasda həll olunacaq” deyib.

Bu o deməkdir ki, sülhməramlıların bölgədə 2025-ci ilə qədər qalması məsələsi də qüvvədən düşüb, bundan sonra çıxarılması, yaxud hansı müddətə qalması Bakı-Moskva razılaşması əsasında həll ediləcək. Və burada iki məsələ həlledici amildir.

Birincisi, sülhməramlıların yeni statusudur: Putin bildirib ki, “sülhməramlıların statusu 10 noyabr razılaşmasına əsaslanırdı, Azərbaycan əlavə razılaşmaya ehtiyac görmədi və onlarsız saziş imzalamaq mənasız idi”.

Burada söhbət sülhməramlılara hüquqi mandatın verilməsindən gedir və 44 günlük müharibədən sonra Rusiya Azərbaycan ərazisinə yerləşdirdiyi sülhməramlıların mandatının tanınmasını çox istəsə də, Bakı bundan imtina edib. Anriterror tədbirlərindən sonra sülhməramlıları 10 noyabr bəyanatına əsaslanan statusu sıradan çıxdığı üçün yeni statusu da Bakı müəyyən edəcək.

Sual yaranır: Bakı sülhməramlıların Qarabağda ciddi nəzarət imkanları olan vaxt buna razılıq verməyibsə, indi – bütün bölgədə mərkəzi hakimiyyətin bərpa edildiyi və artıq ehtiyacın olmadığı halda razılaşarmı?!

Proseslərin analizi Bakının bunu etməyəcəyini – sülhməramlıların qalma müddətini uzatmayacağını deməyə əsas verir.

İkincisi, sülhməramlılara ehtiyacın olub-olmamasıdır: Qarabağda çox az sayda erməni əhalisinin qaldığı bəllidir və onlar yalnız Azərbaycan vətəndaşlığını qəbul edərək, ərazimizdə yaşaya biləcəklər. Rəsmi Bakı Ermənistana getmiş ermənilərin – məhz Qarabağ sakini olmuş şəxslərin geri qayıdışına şərait yaradacağını açıqlayıb, hərçənd, burada da iki mühüm amil var:

- Gedənlərin böyük əksəriyyətinin qayıdacağı inandırıcı deyil;

- Qayıdanlar Laçın postundan keçdikdən sonra Azərbaycan vətəndaşlığını qəbul etməlidir və bu, onların birbaşa reinteqrasiyanı qəbul etməsi deməkdir;

Bu iki amil Rusiya sülhməramlılarının bölgədə uzunmüddətli fəaliyyətinə ehtiyacın qalmadığını deməyə əsas verir: az sayda erməni əhalisinin Azərbaycan vətəndaşı kimi reinteqrasiya prosesini həyata keçirmək üçün uzun zaman lazım olmayacaq;

Və ən mühüm məqamı yenə Putinin özü dilə gətirir: sülhməramlıların əsas missiyası atəşkəsin qorunması idi; artıq ərazimizdəki separatçıların və terrorçuların təmizlənməsi atəşkəsin pozulması səbəbinin də aradan qalxması deməkdir və beləliklə, Rusiya qüvvələrinə ehtiyac da yoxdur.

Rusiyanın məqsədi Qarabağda uzunmüddətli qalmaqdan daha çox, Cənubi Qafqazdakı təsir imkanlarını qoruyub saxlamaq və kənar oyunçuların müdaxiləsinin qarşısını almaqdır. Bunun üçün plasdarm rolu artıq Qarabağ deyil.

Xəbər 5212 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

24.04.2024  10:02 

ABŞ İrana sanksiya tətbiq edib


BÜTÜN XƏBƏRLƏR +