Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri


20.09.2023  13:53 

Sepah ABŞ-ın Ermənistandakı təlimin təhlükə hesab etmir





A+  A-

İran Silahlı Qüvvələrinin baş qərargah rəisi, Ali dini rəhbər S.Ə.Xamneinin yaxını M.Bagiri və İran prezidentinin komandası ABŞ-ın Ermənistandakı təlimlərini ən azı İranın nüvə obyektləri üçün təhlükə kimi görürlər. Ona görə də ABŞ-ın Ermənistanda hərbi təlimlər keçirdikdən sonra İranın şimal sərhədlərinə qoşun yığılması ilə bağlı yayılan fikirləri qətiyyətli şəkildə təkzib etdilər. Bu adamlar Azərbaycanın Ermənistanı hərbi yolla əzməsində sanki maraqlı tərəf kimi göründülər.

Ermənistan ərazisindən ABŞ çox asanlıqla PUA və raketlərlə İranın nüvə obyektlərini məhv edə bilərlər. ABŞ-ın Ermənistan daxilində hərbi hazırlığı çox güclüdür. ABŞ-ın Ermənistandakı səfirliyi dünyada ikinci ən böyük səfirlik binasıdır. O binada 300-400 ABŞ hərbi dəniz piyadası tam ekipirovkada yerləşə bilir.

İran parlamentinin təhlükəsizlik komissiyasının sədrinin müavini, Sepaha yaxın Şəhriyar Heydər yenidən Ermənistanın sərhəd bütövlüyünü İran üçün “qırmızı xətt” elan etdi. Ermənistanda Sepaha bağlı bəzi qüvvələr hələ də sakitləşməyiblər. Sanki yeni təlimat gözləyirlər.

“Səhər” telekanalının siyasi verilişlərinin siyasi- psixoloji tarazlığı pozulub. Paralel olaraq İran mətbuatı son 4-5 gündə Azərbaycanla Ermənistanı bərabərləşdirirlər;

Sanki işğalçı ilə işğal edən İran üçün eyni hüquqludur;

30 il işğala məruz qalmış dövlətin müsəlman olması da İranda həmin qüvvələr üçün maraqlı deyil;

1994 - cü ilin martında əksəri diplomat olan 33 İran vətəndaşını Novruz bayramında
Moskvadan Tehrana aparan təyyarənin də Qarabağ erməniləri tərəfindən vurulması da onların nəzərində deyil;

Guya Azərbaycan və Ermənistan müstəqil dövlət deyillər, Qərb qüvvələrinin təsiri altındadır;

ABŞ-ın Ermənistanda hərbi təlim keçirməsinin fərqi yoxdur. Türkiyə və İsrail də Azərbaycanın arxasındadır;

Azərbaycan və Ermənistan silah idxal edən dövlətdən silah ixrac edən dövlətə çevriliblər;

Sadəcə Ermənistanı da Azərbaycana qoşurlar. Reallıqda bu Azərbaycanın əleyhinədir. Çünki Azərbaycan əksər silahlarla özünü təmin edə bilir, bəzi silahlarını da xaricə sata bilir. Sepah sanki M.Baqiri və prezident komandasının əvvəlki fikirlərini “geri oxutdurmaq istəyir”.

Sepahı Ermənistan ərazisində ABŞ-ın İrana təhlükəsini görməməyə vadar edən bir neçə səbəb ola bilər:

ı. Sepahın İranda hakimiyyəti dindarlardan almaq ərəfəsində olduğu barədə məlumatlar və şərhlər yayılıb. İslam inqilabından sonra İran prezidentlərinin hamısı təbii ki, dindar şəxslər olublar. Xomeynidən sonra İranın ali dini lideri S.Ə.Xamnei seçildi. Xamnei də o vəzifəyə prezidentlikdən gəlmişdi.

S.Ə.Xamneinin ilk ayətullah prezident olması ilə başlanan era indi İ.Rəisinin ayətullah prezident olması ilə bu era artıq bitmiş hesab olunur. Dindarların nüfuzu əhali arasında azalır. Ona görə hakimiyyəti Sepaha verməlidirlər. Hakimiyyətin Sepaha keçməsində ABŞ-ın maneçilik törətməməsi çox vacibdir. Sepah ABŞ-ın Ermənistandakı hərbi təlimlərə loyallıq göstərir. Sanki aralarında müəyyən danışıqlar gedir və bəlkə də bu danışıqları da ermənilər aparıblar.

ıı. İran PUA-larının detallarının 70%-i xaricdən gəlir. Bu dövlətlər içərisində Kanada, Yaponiya, ABŞ kimi dövlətlərin adı var. Bununla bağlı ABŞ-da olan erməni lobbisi müəyyən işlər görür və Sepah maraqlıdır.

ııı. Sepah indi də inanır ki, ermənilər Azərbaycanın qatili olacaq. Sepah Azərbaycan üçün başqa qatil hazırlamayıb və hazırlamaq da çətin olacaq. İranın Azərbaycana hücum etməsi ciddi ideya kimi qəbul olunmur. Çünki 44 günlük müharibə dövründə İran Azərbaycanın gücünü tək Ermənistana qarşı görmədi. Həm də özünün ətrafında olan həlqəni gördü. Azərbaycan hətta Pakistanla nüvə, raket əməkdaşlığına gedə bilər. İran müəyyən məsələləri nəzərə almalıdır.

İranın Cənubi Qafqaz regionu üzrə vahid siyasəti olmalıdır. Bu əgər Sepahın siyasəti olacaqsa, o zaman ABŞ daha da qızışa bilər. Prezident C.Bayden vətəndaşlarını İrana getməməyə çağırdı. Yeganə haldır ki, ABŞ prezidenti ölkəsinin vətəndaşlarına digər ölkəyə getməyi qadağan edir. Təhlükəli vaxtlarda belə bəyanatlarla ölkələrin Xİ nazirləri çıxış edirlər. ABŞ-da belə bəyanatları ABŞ Dövlət Departamenti yayır. İndi isə İranla bağlı hərbi variant Baydenin masasına tərəf yaxınlaşır.

Mübariz Əhmədoğlu
Siyasi İnnovasiya və Texnologiya Mərkəzi


Xəbər 1178 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

08.05.2024  11:49 

Paşinyan Moskvaya yola düşüb

05.05.2024  15:54 

Sabahın havası açıqlandı

04.05.2024  10:46 

Adil Əliyevə ağır itki üz verib

01.05.2024  11:21 

Rövşən Rzayev vəfat edib

30.04.2024  13:58 

Sabahın havası açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +