Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri


19.09.2023  15:16 

ABŞ-ın Ermənistandakı hərbi təlimlərinin məqsədi İranın... - Təhlil





A+  A-

ABŞ-ın Ermənistandakı səfiri K. Kvin ABŞ-ın Ermənistanda keçirdiyi hərbi təlimlərin məqsədinin “Nüvə silahının qarşısını almaqdan ötrü imkanların inkişafı” olduğunu açıqladı.

Əlbəttə, kütləvi qırğın silahlarından da söhbət gedir; Regionda ABŞ-ı narahat edən kimyəvi, bioloji silahlar yoxdur. Bu ancaq nüvə silahı ola bilər.

Ermənistanın 4 qonşusu var. Onlardan yalnız İranda nüvə texnologiyası güclü şəkildə inkişaf edir. 10-cu Dağ Diviziyasının komandanı general-mayor Qriqori Andersonun sonradan hərbi təlimlərə qatılması əsasən dağlıq ərazinin öyrənilməsindən söhbət getdiyini qeyd etməyə əsas verir. Ermənistanın Türkiyə və Gürcüstanla girişi dağlıq ərazi deyil. Əsas dağlıq ərazi Ermənistanın İranla sərhədindəki ərazisidir. Bu əlamət də ABŞ-ın təlimlərində əsas hədəfin İran olduğunun daha güclü dəlilidir. Bu iki generalın hərbi təlimlərə sonradan qatılması da diqqət çəkir. ABŞ təlimlər elan olunduğu andan İranın güclü müqavimətini gözləyirmiş. Bu olmadığına görə hərbi təlimlər ABŞ-ın əsl istəkləri üzrə reallaşdı və bu istəkləri də ABŞ-ın Ermənistandakı səfiri açıqladı.

Bu kontekstdən keçmişə baxdıqda əlavə arqumentlər də üzə çıxır. Ermənistan Birləşmiş Ərəb Əmirlikləri ilə sıx əlaqəyə malikdir, əlaqələrə can atır. BƏƏ o cümlədən Qətər ilə Ermənistanın əlaqəsində əsas fəlsəfə kiçik xristian və müsəlman dövlətlərinin əməkdaşlığı vasitəsilə İslam və xristian dünyasının xoş münasibətini nümayiş etdirməkdir. BƏƏ Ermənistan üçün həm də Səudiyyə Ərəbistanına gedən yol kimi 5 il bundan qabaqdan nəzərdə tutulmuşdu. BƏƏ Ermənistan üçün həm də pul kisəsidir. Son vaxtlar BƏƏ bunların hamısına etinasız yanaşıb. Ermənistan əvvəlki yox cavabları aldıqca BƏƏ ilə əlaqəni intensivləşdirirsə, demək əlavə mahiyyət yaranıb. Bu mahiyyət də çox böyük ehtimalla İranla əlaqəlidir.

Ermənistan İranın şimalında, BƏƏ isə İranın cənubunda yerləşən qonşusudur. BƏƏ-nin İranla üç ada problemli var. BƏƏ Ermənistana anti-İran plastarm kimi də yanaşa bilər. Çünki Ermənistan BƏƏ ilə vizasız rejim haqqında müqavilə imzalamaqla artıq 3 adanı BƏƏ-nin tərkib hissəsi kimi tanıdı.

Aşkar şəkildə belə müqavilə imzalanırsa Ermənistan İrandan qorxmur və bu müqavilənin imzalanmasının ABŞ təlimləri ilə eyni vaxta düşməsi Ermənistanın sona qədər anti-İran mövqedə olduğunun göstəricisidir. Təbii ki, İrandan qorunma işini də güclü surətdə qurmalıdır. Çünki Rusiya Ermənistan üçün ABŞ-ın hərbi təlimləri fonunda Ermənistanın təhlükəsizliyinə təminat verməyəcək.

İqtisadiyyat naziri V.Kerobyanın İraqa elan olunmadan səfərinin də mahiyyəti bəlli deyil. Çünki səfirin qeyd etdiyi kimi birgə təlimlərdə imkanların inkişafından söhbət gedir. İmkanların inkişafı kontekstindən həm də ABŞ-ın keçmişdə İran ətrafında gördüyü digər işlər də maraq kəsb edir. ABŞ-ın İraqa ikinci hücumunun katalizatoru İraqda yaşayan ermənilər oldu. Erməni Apostol Kilsəsinin İraq yeparxiyasının başçısı Avaq Asaduryan Mərkəzi Kəşfiyyat İdarəsinin agenti imiş

Bu qaydada İraqın bütün vacib şəhərlərində nüfuzlu ermənilər və din xadimləri Mərkəzi Kəşfiyyat İdarəsinə işləyirmiş. Məhz İraq ermənilərinin həm İraqda, həm də ABŞ-da təşkil etdiyi piketlər ABŞ-ı İraq üzərinə müharibənin “zəruriliyinə” inandırdı.

N.Paşinyan İrana səfəri zamanı Tehran və İsfahanda Erməni Apostol Kilsəsinin yeparxiyasında oldu. Məhz oradan qayıtdıqdan sonra ardıcıl surətdə İsrailə dörd nümayəndə heyəti göndərdi. Bunlardan ikisi rəsmi nümayəndə heyəti idi. Hesab etmək olar ki, hansısa yolla ABŞ İrandakı dindarlarla da müəyyən işlər qurur.

Məlumatın toplanması, etiraz aksiyalarının keçirilməsi və s. formasında olduğunu yalnız İran özü bilir və müəyyən edə bilər.

İrana qarşı Ermənistanın ərazisindən istifadə olunması və buna Yerevanın razılıq verməsi aydındır. İran rəsmilərinin Ermənistanın anti-İran platformaya çevrilməsinə inanması çox çətindir; İranın Ermənistandakı səfirləri vəziyyətlə bağlı yalnız pozitiv raporlar göndərə bilərlər.

Amerikanın hesablamalarında da əsas parametrlərdən biri Tehranın Ermənistana sonsuz inamıdır.

Bizim regiona erməniləri gətirən, onlara dövlət yaradan Rusiyadır. Əgər ermənilər onların atası olan Rusiyaya qarşı xəyanət edirsə, deməli qarşıda İrana xəyanət etmək onların əlində çox asandır. Çünki İranın bütün elitası Ermənistana inanır. Bu gün Urmiyada ermənilər xeyli aktivdir. İranın müsəlman gəncləri xristianlığı qəbul edir, bu yolla Avropaya gedir. İran gənclərinin cinsi azlığa çevrilməsi prosesi də bu qaydada gedir.

ABŞ-ın Ermənistandakı səfirliyi İrana qarşı regional casusluq mərkəzidir. Bütün Cənubi Qafqazda anti-İran mövzular məhz ABŞ-ın Ermənistandakı səfirliyində toplanır və qərarlar qəbul edilir.

Mübariz Əhmədoğlu
Siyasi İnnovasiya və Texnologiya Mərkəzi


Xəbər 1118 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

05.05.2024  15:54 

Sabahın havası açıqlandı

04.05.2024  10:46 

Adil Əliyevə ağır itki üz verib

01.05.2024  11:21 

Rövşən Rzayev vəfat edib

30.04.2024  13:58 

Sabahın havası açıqlanıb

29.04.2024  15:24 

Tanınmış jurnalist vəfat edib

29.04.2024  08:20 

Bu yollarda tıxac var -SİYAHI


BÜTÜN XƏBƏRLƏR +