Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı


11.09.2023  18:47 

Azərbaycan Qarabağa görə təcili hərəkətə keçməlidir...





A+  A-

Birləşmiş Millətlər Təşkilatının tərkib hissəsi olan Dünya Qida Proqramının rəsmi məlumatına görə, hər il 9 milyon insan acından ölür. 5 yaşından kiçik 149 milyon uşaq adekvat qida çatışmazlığı səbəbindən sağlam böyüyə bilmir. 2022-ci ilin iyul ayında Dünya Ərzaq Proqramı aclıqla üzləşən təxminən 828 milyon insandan 345 milyonunun kəskin aclıq keçirəcəyi barədə xəbərdarlıq etmişdi. Keçən il təxminən 193 milyon insan kəskin şəkildə qida çatışmazlığından əziyyət çəkib. Ukrayna münaqişəsinin ərzaq qiymətlərinə və mövcudluğuna təsiri və Afrika Buynuzu bölgəsində son 40 ilin ən pis quraqlığı vəziyyəti daha da pisləşdirib.

Ukrayna taxılı bu il Afrikaya çatmasa, qitədə 10 milyonlarla insan fəlakətlə qarşılaşacaq. Hələ orası da var ki, çirkli su içdiyinə görə və ya susuzluqdan hər il 3.5 milyon insan vəfat edir...

Biz belə bir dünyada yaşayırıq. Belə bir fonda Qərbin təbliğat maşını gecə-gündüz həyəcan təbili çalır ki, bəs Qarabağda ermənilər "acından ölür", onlar "genosidə məruz qalıb". Azərbaycan Laçının buraxılış-keçid məntəqəsini dəhliz statusunda açmasa, ermənilər keçən əsrdə olduğu kimi, bu dəfə də "fəlakətlə üzləşəcək". Bu dəfə osmanlı türkləri yox, onların qan qardaşı olan azəri türkləri "erməni soyqırımı törədəcək". Bu dəfə "soyqırım" top-tüfənglə yox, aclıq üzərindən həyata keçiriləcək.

Siyasətdən xəbərdar olan hər kəs bilir ki, Qarabağ ermənilərinin əsas hədəfi Azərbaycana reinteqrasiyadan yayınmaq, keçmiş Dağlıq Qarabağa müstəqillik qazandırmaq, ən pis halda isə Azərbaycan daxilində muxtar quruma çevrilməkdir. Onlar arzusunda olduqları Laçın dəhlizi yolu ilə yenidən silahlanmaq və ilk fürsətdə Azərbaycana qarşı siyasi və hərbi təxribatlara əl atmaqdır. Yəni Qarabağ erməniləri, Ermənistan, dünya erməni mərkəzləri, ermənilərə dəstək verən siyasi paytaxtlar bu hədəflərə varmaq üçün Qarabağda ermənilərin kütləvi aclığı ilə bağlı beynəlxalq səviyyədə şou göstərirlər. Qarabağdakı ermənilər isə bütün dünyanın gözü qarşısında nə Azərbaycanın, nə də Rusiyanın göndərdiyi humanitar yardımı qəbul edirlər. Təbii ki, dünyanın siyasi mərkəzləri söhbətin mahiyyətindən yaxşı xəbərdardır. Ancaq özlərini elə aparırlar ki, guya ermənilərin "aclıqdan” qırıla biləcəyindən səmimi şəkildə narahatdırlar.

Haqlı olaraq ortaya belə bir sual çıxır. Bu necə olur ki, Qərb acından ölən 9 milyon insanın xilası üçün əlini ağdan qaraya vurmur. Afrikada 100 milyonlarla insanın aclıqdan əziyyət çəkməsinin qarşısını almaq üçün real addım atmır. Ancaq Qarabağdakı ermənilərin aclıq şousuna bu qədər önəm verirlər. Bu şounun daha effektiv olması üçün min oyundan çıxırlar. Aydındır ki, Qərbin ermənilər üçün axıtdığı göz yaşının arxasında duran siyasi maraqlar var. Bu maraqlar qədim Romadan gələn "parçala, hökm sür” siyasətinə söykənir. Qərb də Rusiya və İran kimi Azərbaycan və Türkiyəyə (bütövlükdə Türk Dünyasına) təzyiq imkanlarına malik olmaq üçün erməni kartından yararlanmaq istəyir.

Fikir verin: Beynəlxalq Cinayət Məhkəməsinin keçmiş baş prokuroru Luis Moreno Okampon Qarabağ ermənilərinin "aclığını” genosid kimi dəyərləndirir. Ancaq hər il 9 milyon insanın acından real şəkildə ölməsindən bir kəlmə də danışmır. Niyə? Çünki o 9 milyon aclıq qurbanının Luis Moreno Okamponun dilini aça biləcək pul-parası yoxdur. Ancaq erməni lobbisinin pulu var. Və məhz erməni lobbisinin pulu kriminal keçmişi olan sabiq baş prokuroru belə sərsəm fikirlər səsləndirməyə təşviq edir.

Hazırda Efiopiya, Somali, Cənubi Sudan, Yəmən və Əfqanıstan aclıqdan əziyyət çəkir. Demokratiyadan dəm vuran, insan haqlarının keşiyində durduğunu bağıra-bağıra car çəkən ABŞ-ın isə illik hərbi büdcəsi 800 milyard dollara yaxınlaşır. Yəni Amerika insan öldürmək üçün xərclədiyi pulun 5-10 milyardından keçsə, dünyada aclığın kökünü kəsmək olar. Eləcə də Avropa İttifaqı bu sahədə təşəbbüsü ələ alsa, vəziyyət kökündən dəyişər. Gecə-gündüz insanlıqdan, mərhəmətdən dəm vuran Qərb bunu etmir. Etmək istəmir. Ancaq elə həmin Qərb Qarabağda ermənilərin şou göstərməsini ayaq üstə alqışlayırlar. Onlara canıyananlıq edirlər. Bəs bu Afrikada ölənlər insan deyil? Şübhəsiz ki, bu məsələnin irqçiliklə bağlı tərəfi də var. Məsələn, Ukrayna müharibəsi başlayanda Qərbə qaçan insanlar arasında qaradərili tələbələr də var idi. Tələbələr sosial şəbəkələrdə kəskin şəkildə etiraz edirdilər ki, bizimlə heyvan kimi davranırlar, bizi Avropa ölkələrinə buraxmırlar, çünki biz qaradərili insanlarıq. Etirazlar o həddə gəlib çatdı ki, 55 ölkənin üzv olduğu Afrika İttifaqı bu məsələ ilə bağlı bəyanat verdi və Avropada yaşanan irqçiliyə etiraz etdi...

Bu mövzu daha da genişləndi. Düşünün ki, BBC-nin Kiyevdə yayımladığı reportajda belə deyilirdi: "Mənim üçün çox emosional anlardır, çünki mavi gözlü və sarı saçlı avropalıların öldürüldüyünü görürəm”.

Bu reportaj ciddi etirazla qarşılandı. "Twitter"də (X) BBC irqçilikdə ittiham olundu. İstifadəçilərdən biri belə yazmışdı: "Ancaq "mavi gözlü və sarı saçlı" insanların Yaxın Şərq və Afrikaya bomba atması yaxşıdır. "Mavi gözlər və sarı saçlar" ifadəsi Hitlerin "Mein Kampf” əsrində ari irqi haqqında işlənib”.

Məşhur "Al-Jazeera” televiziyası "Double standards: Western coverage of Ukraine war criticised” ("İkili standartlar: Qərbin Ukrayna müharibəsini işıqlandırması tənqid edilib) adlı məqaləsində bu barədə geniş söhbət açılıb...

"Al-Jazeera” də Qərbi ikili standartlarda ittiham edir. Bizim isə bu cür ittihamları daha kəskin şəkildə ortaya qoymağımız gərəkir. Bu kimi arqumentlərdən istifadə edərək Qərbin ermənilərin marağına köklənmiş təbliğat maşınını sıradan çıxarmaq olar. Bu, mümkündür.

Qarabağda erməni separatizminin yenidən canlanmasına heç bir halda imkan vermək olmaz. Ona görə də problemi indi, kökdən həll etmək lazımdır. Hazırda Türkiyə birmənalı şəkildə Azərbaycanın yanındadır. Yaxın gələcəkdə Türkiyədə siyasi hakimiyyət dəyişə bilər. Ən azı nəzəri baxımdan Türkiyədə ermənilərə qucaq açan siyasi partiyaların iqtidara gəlməsi mümkündür. Cümhuriyyət Xalq Partiyası başqanı Kamal Kılıçdaroğlu kimiləri bundan sonra da olacaq. Ona görə də Azərbaycan tərəddüd etmədən bu prosesi bitirmək üçün hərəkətə keçməlidir. Geriyə yol yoxdur.

Elbəyi Həsənli
Sürix


Xəbər 840 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

24.04.2024  10:02 

ABŞ İrana sanksiya tətbiq edib


BÜTÜN XƏBƏRLƏR +