“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?


31.08.2023  18:33 

İnsanlar banklardan niyə üz çevirir?





A+  A-

“Vergi tutulmağa başlanılsa depozitlər azalacaq” dediyimiz zaman “azalmaz” dedilər. Amma azalma davam edir, həm də bu dəfə daha çox - 43,3 milyon manat azaldı. Amma bu azalmada təkcə vergini günahlandırmaq doğru deyil.

Digər ciddi səbəblər də vardır. Məsələn, infilyasiyanın 12% ətrafında olduğu vaxtda depozit faizlərinin az qala bundan iki dəfə az olması insanları banklardan üz çevirməyə vadar edən ciddi səbəblərdən biridir. Çünki Əhməd kişi maliyyəçi olmasa da oturub kobud hesablama edərək görür ki, hazırkı infilyasiya göstəricisi və depozit faizləri daxilində banka qoyduğu 10 000 manat pul bir ildən sonra artaraq 10 700 manat olacaq. Vergi tutulandan sonra isə əlində 10630 manat qalacaq. Sonra da kalkulyatoru götürüb infilyasiyanın 11-12% zərərini çıxır və görür ki, bir il əvvəl əlində olan 10 min manat pul bir ildən sonra 9400 manata qədər dəyərsizləşəcək.

Bəs Əhməd kişi pulunu neynir? Evində saxlayır?

Xeyr.

Çünki o bilir ki, evində saxlasa 10 min manatı bir ildən sonra 8 min 800 manata qədər dəyərsizləşə bilər. Buna görə də o, üz tutur daşınmaz əmlak bazarına.

Məhz buna görə biz bu gün daşınmaz əmlakın qiymətində fasiləsiz artım müşahidə edilir. Yeri gəlmişkən, 2023-cü ilin yanvar-iyul aylarında Azərbaycan ÜDM 0,7 faiz artdığı halda tikintidə artım 5%-dək olmuşdur. Bu da yuxarıda qeyd etdiklərimi isbatlayan amillərdən biridir.

Amma depozitlərin azalma səbəbləri bununla da bitmir. Növbəti səbəb əmanətçilərin inam indeksləridir. Ölçüsündən asılı olmayaraq adında “bank” sözü yazılan istənilən maliyyə təşkilatının bağlanması bank sektoruna hesablanması mümkün olmayacaq qədər zərər verir. Bunu hesablamaq üçün heç bir metodologiya yoxdur. İnsanlarda əksərən maliyyə savadlılığı və risklərin idarə edilməsi bacarıqları peşəkar olmadığı üçün (bu təbii haldır) əslində riskin nə qədər olduğunu aşkarlaya bilmirlər, sadəcə qorxurlar və etibar etmirlər.

Bircə dəfə köhnə dağ kanatının qırılıb bir nəfərin öldüyünü görən adamı kanata mindirmək olarmı? Nə qədər deyilsə ki, digər kanatlar sağlamdır, yenə onun ürəyini rahatlamaq olmaz.

Eldəniz Əmirov
İqtisadçı


Xəbər 1159 dəfə oxunub.




30.04.2024  13:58 

Sabahın havası açıqlanıb

29.04.2024  15:24 

Tanınmış jurnalist vəfat edib

29.04.2024  08:20 

Bu yollarda tıxac var -SİYAHI


BÜTÜN XƏBƏRLƏR +