Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı


30.08.2023  09:32 

Fransa Qarabağda təxribata hazırlaşır





A+  A-

Fransa Prezidenti Emmanuel Makron avqustun 24-də “Le Point” qəzetinə verdiyi müsahibədə Xankəndindəki vəziyyətlə bağlı “diplomatiya bitdi” demişdi. Makron Fransanın əsas hədəfinin Laçın yolunun məhdudiyyətsiz açılması, Qarabağ ərazində qalan ermənilərə xarici yardımların çatdırılması, Ermənistan sərhədlərinin toxunulmazlığının təmin olunması olduğunu bəyan edib. Əlavə edib ki, bu məqsədlərə nail olmaq üçün Azərbaycana həm rəsmi Parisin, həm də beynəlxalq strukturların təzyiqini təmin etmək niyyətindədir.

Fransanın “Le Fiqaro” qəzeti Parisin BMT Təhlükəsizlik Şurasına Xankəndindəki "humanitar vəziyyətə" dair Azərbaycanı qınayan və üzərinə öhdəliklər qoyacaq yeni qətnamə layihəsi təqdim etmək niyyətində olduğunu yazmışdı.

Dünən Makron ölkəni xaricdə təmsil edən bütün səfirlərin və diplomatik heyətin qarşısında çıxış edərək Qarabağ ərazində qalan ermənilərlə bağlı problemləri Fransa diplomatiyası qarşısında ən önəmli məsələ kimi qoyub. Onun çıxışında işlətdiyi ifadələr Azərbaycan Xarici İşlər Nazirliyinin kəskin etirazına səbəb olub.

“Fransa Prezidentinin leksikonunda “Laçın humanitar dəhlizi” kimi ifadələrə yer verməsi, bu istiqamətdə təzyiq dili ilə danışması qəbuledilməzdir və Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmətsizlikdir”, - bəyanatda bildirilir.

Fransa hökumətinin kəskin anti-Azərbaycan ritorikası bütövləkdə Qərbin, Avropa İttifaqının vasitəçiliyi ilə davam edən sülh prosesinə kölgə salır, etimad mühitini sıfırlayır. Prezident səviyyəsində Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə qarşı açıq-aşkar hörmətsizlik, Xankəndindəki Rusiya dəstəkli hərbi xuntanın ayaqda saxlanılması cəhdləri Qərbin regiondakı strateji maraqlarına zidd olmaqla yanaşı onun başlıca düşməni Rusiyanı qane edir.

Makron hökumətinin açıq-aşkar sabotaj siyasətinə ABŞ-ın, Avropa İttifaqının münasibəti bəlli deyil. Hər halda məntiqlə Fransanın Rusiyanı Cənubi Qafqazdan qovmaq niyyətində olan supergüclərin maraqlarını nümayişkaranə şəkildə tapdalaması cavabsız qalmamalıdır. İstər Vaşinqton, istərsə də Brüssel, Avropa İttifaqının ən güclü dövləti Almaniya Makrona “dur” deməlidir. Amma çılğına dönmüş Makron bölgədə vəziyyəti gərginləşdirəcək daha bir avantüraya əl atıb.

Dünən erməni “Telegram” kanalları durmadan Fransanın dəstəyi ilə Azərbaycanın icazəsi olmadan Xankəndinə hava dəhlizi açılacağını paylaşır. Qeyd olunur ki, Lixtenşteyn şahzadəsi Maykl missiyaya rəhbərlik etməyə hazır olduğunu bildirib. Ona bir çox indiki və keçmiş dövlət başçılarının dəstək verdiyi bildirilir.

Hava dəhlizi nə deməkdir? Yəni Ermənistan vasitəsi ilə Qarabağın ermənilər yaşayn ərazisinə təyyarələrin, vertolyotların uçuşlarını təmin etmək, onların bölgəyə giriş-çıxışını təmin etmək, istədikləri mal-məhsulları çatdırmaq.

Azərbaycan aprelin 24-dən etibarən Laçın yolunda Nəzarət Buraxılış Məntəqəsi yaratmaqla dövlət sərhədinə nəzarəti tam bərpa edib. Amma hava sərhədləri 44 günlük müharibə dövründən onun nəzarəti altındadır. Qarabağ səmasında Azərbaycanın icazəsi olmadan heç bir avia nəqliyyat, dronlar uça bilməz. Hazırda yalnız Rusiya sülhməramlılarına məhdud uçuş icazəsi verilib, onlar Gümrüdəki bazalardan hərbçilərin ehtiyaclarını gətirirlər. Əlbəttə, burada özfəaliyyət də var, onlar fürsətdən istifadə edib bir sıra malları Ermənistandan gətirib yerli ermənilərə baha qiymətə satmaqla xeyli varlanıblar.

Beləliklə, Fransa “humanitar dəhliz açmaq” adı altında Azərbaycanın hava sərhədlərini pozmaq üçün beynəlxalq koalisiya yaratmağa çalışır. Onun Avropadakı Lixtenşteyn kimi əlaltıları dərhal bu təşəbbüsə dəstək verirlər.

Bəs bu avantüraya Azərbaycanın reaksiyası necə olacaq?

Politoloq Fərhad Məmmədov deyir ki, Fransa Azərbaycanla Ermənistan arasında müharibə istəyir və buna nail olacaq. Onun sözlərinə görə, Azərbaycan hakimiyyətinin icazəsi olmadan Ermənistandan Xankəndinə hava dəhlizi Ermənistanla müharibəyə başlamaq üçün bəhanədir: “Təyyarədə kimin olmasından asılı olmayaraq - Lixtişteyn şahzadələri, Lüksemburq baronu və ya Makronun anası... bu təyyarə Azərbaycanın hava məkanına daxil olduğuna görə Azərbaycan Silahlı Qüvvələri üçün qanuni hədəf olacaq. Beləliklə, Fransa və onun əlaltıları regionda sülhün “qorunması” üçün əllərindən gələni edirlər”.

Ekspert qeyd edir ki, burada təyyarənin Ermənistana düşməməsi vacibdir, Türkiyə və Gürcüstan hava sahəsini bağlayaraq şahzadənin İrəvana düşmə bilməməsini təmin edə bilər: “Fransanın təşəbbüslərinə səssiz qalan Paşinyanın yəqin ki, artıq ruhu bədənini tərk edib. O, başa düşməlidir ki, bu təxribatın nəticəsi Ermənistanın özündə qurbanlara və itkilərə səbəb olacaq. Və bu zaman ona heç bir Aİ missiyası kömək etməyəcək, onlar məhv edilmiş canlı qüvvəni və hərbi infrastrukturu saymalı olacaq. Bu dəfə ötən ilin sentyabrından daha çox öldürmək lazım gələcək...”

F.Məmmədov hesab edir ki, ABŞ və Almaniya Fransanın fırıldaqçı şahzadə ilə birgə törətmək istədiyi təxribatının hansı nəticələrə səbəb ola biləcəyini anlamalıdır.

“Yeri gəlmişkən, Makron niyə özü Qarabağa uçmur?! Yoxsa, onun əvəzinə Fransadan kimsə gələcək?! Həqiqət anı yaxınlaşır... Yenə də belə məqamlar ərəfəsində Türkiyənin Müdafiə naziri və Baş Qərargah rəisi Bakıya gəldi”, - təhlilçi vurğulayıb./Azpolitika.info

Xəbər 626 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

24.04.2024  10:02 

ABŞ İrana sanksiya tətbiq edib


BÜTÜN XƏBƏRLƏR +