Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı


29.08.2023  12:02 

Müraciətimə cavab verən yoxdur... - Qazi





A+  A-

“İki ildən çoxdur ki, heç bir yerdə işləmirəm. Bugünədək işlə təmin olunmamışam. Ailəliyəm, iki övladım var. Çox ciddi şəkildə şəxsi evə-mənzilə ehyiyacım var. Amma nə evlə, nə ev tikdirmək üçün torpaq sahəsi ilə, nə də mənzillə təmin olunmuşam. Bilmirəm dədrimi kimə deyim, qulaq asan yoxdur”.

XəzərNews.az xəbər verir ki, bu sözləri biləsuvarlı Qazimiz, Aprel döyüşlərinin və İkinci Vətən Müharibəsinin iştirakçısı Şamxal Hüseynov dilə gətirib.

Qeyd edək ki, Şamxal Hüseyn oğlu Hüseynov 1988-ci ilin oktyabr ayının 28-də Biləsuvar rayonunun Çaylı kəndində sadə bir ailədə dünyaya gəlib. Ailənin dörd övladından, iki qardaşdan biridir. 1995-2006-cı illərdə Əlimərdan Hüseynov adına Çaylı kənd 1 saylı orta məktəbdə oxuyub. Orta məktəbi bitirdikdən bir müddət sonra, 2007-ci ildə həqiqi hərbi xidmətə, Vətənin keşiyinə yollanıb.

2008-ci ilin mart ayının 15-də Azərbaycan Silahlı Qüvvələrinin Təlim-Tədris Mərkəzində Gizirlik kursuna daxil olub və 9 aydan, Gizirlik kursunu bitirdikdən sonra təyinatla Naxçıvan Muxtar Respublikasına (NMR) göndərilib. Bir neçə il NMR-də hərbçi-Gizir kimi xidmət etdikdən sonra 2015-ci ilin yanvar aylnın 10-da Füzuli rayonu istiqamətində yerləşən “N” saylı hərbi hissəyə göndərilib, orada tank komandiri kimi fəaliyyətə başlayıb. 2016-cı ilin Aprel döyüşlərində iştirak edib-Lələtəpə istiqamətində.

Eyni zamanda, bir peşəkar hərbçi, bir Vətən sevdalısı kimi 44 günlük Vətən Müharibəsinə qatılıb və və döyüşlərin ilk günündə, sentyabrın 27-də, günorta, təxminən saat 3 radələrində Cəbrayıl rayonunun Nüzgar kəndi istiqamətində ağır yaralanıb, axşam saat 6-7-cən döyüş meydanında yaralı vəziyyətdə qalıb.

Üzü, bədəni yanıb, gözündən qəlpə yarası alıb. Sonra onu döyüş meydanından çıxararaq, təcili xəstəxanaya, oradan isə Bakı şəhərində yerləşən Hərbi Hospitala göndəriblər. Həmçinin, M.Ə.Əfəndiyev adına 2 saylı Şəhər Klinik Xəstəxanası və 5 saylı Şəhər Klinik Xəstəxanasında müalicə-müayinə olunub. Hərbi Hospitalda iki dəfə gözündən əməliyyat olunub. Sonra səhhəti ilə bağlı ona 3-cü qrup əlillik təyin olunub, Ordudan təxris edilib.

Müharibədən öncə 3-cü dərəcəli “Qüsursuz xidmətə görə” və “Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi (1919-2018)” yubiley medalları, müharibədən sonra isə “Cəsur döyüşçü”, “Cəbrayılın azad olunmasına görə”, o cümlədən “Vətən müharibəsi iştirakçısı” medallarına layiq görülüb. Şamxalın digər qardaşı da hərbçidir, 2016-cı ildən Azərbaycan Ordusunda xidmət edir. 35 yaşlı Şamxal həm də ailəli, iki övlad-bir qız və bir oğlan atasıdır.

Və özünün də qeyd etdiyi kimi, hazırda da heç bir yerdə işləmir, işlə təmin olunmayıb. Həmçinin, özünün, ailəsinin şəxsi evi-mənzili yoxdur, valideynləri ilə bir yerdə yaşayır. Eyni zamanda, ev-mənzil tikmək üçün torpaq sahəsi də verilməyib. Onun çox ciddi şəkildə həm işə, həm də şəxsi evə-mənzilə ehtiyacı var.

Qazimiz isə çıxış yolu kimi təklif irəli sürür ki, Biləsuvrada olmasa belə, yaxın rayonlardan birində qazilər, şəhid ailələri üçün çoxmərtəbli bina tikilsin və həm Şəhid ailəri, həm də Qazilər orada mənzillə təmin olunsun…

“Bu təklifimi bir neçə dəfə səsləndirmişəm. Biləsuvarda tikmirlər, heç olmasa, yaxınlıqdakı rayonlardan, boş ərazilərdən birində Şəhid və Qazi ailələri üçün çoxmərtəbəli bina tiksinlər və oradan həm bizlərə-qazilərə, həm də şəhid ailələrinə ev-məzil versinlər. Bununla da problem həll olunsun. Çünki bir çox qazilərimiz kimi mənim də şəxsi evə-məzilə ehtiyacım var. Ötən müddətdə hər yerə müraciət etsəm də, müraciətimə cavab verən yoxdur. Bir çox yerlərdə qazilərimiz torpaq sahəsi ilə təmin olunsalar da, bizdə elə hey deyirlər ki, boş torpaq yoxdur. Yaxşı onda nə edim, nə edək? Nə vaxtacan gözləyim, gözləyək? Səhhətim də yerində deyil, dözə bilmirəm…Bir daha qeyd edirəm ki, həm evə, həm də işə ciddi ehtiyacım var. Artıq aidiyyatı qurumlar, şəxslər boş vədlər verməkdən əl çəkib, bu məsələyə bir əncam etsinlər!” /Yenisabah.az

Xəbər 875 dəfə oxunub.




29.04.2024  08:20 

Bu yollarda tıxac var -SİYAHI

24.04.2024  10:02 

ABŞ İrana sanksiya tətbiq edib


BÜTÜN XƏBƏRLƏR +