Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri


15.08.2023  11:18 

Xalqın canı candır, Rasiminki badımcan?..





A+  A-

Bilirsiz, qardaş, salavat quata (qüvvətə) bağlıdır. Ziyalı gücü haradan almalıdır? Əlbəttə ki, xalqdan. Xalqın gücü varmı? Rasim Balayev deyir ki, mən acından öləndə haradaydınız? İndi dövlət mənə sahib çıxıb, başlamısız ağzınıza gələni danışmağa...

Dübbədüz deyir. Əgər ziyalının real gücü olmasa, xalqın problemindən nə qədər danışsa da, bunun heç bir faydası olmayacaq. Uzağı mənim kimi 10-15 layk qazanacaq.

Tutulsa, heç kəsin səsi çıxmayacaq. Məni DTX aparanda neçə nəfər çıxdı ortaya?

Neçə nəfər dedi ki, Nadir müəllim xalqın problemlərindən yazır?

Neçə status yazıldı?

İlqar Məmmədov Kürdəxanıda yatanda neçə nəfər ona "peredaça" apardı, ailəsinə kömək etdi?

Rasim Balayevin əleyhinə təbliğat təşkil edənlərin çoxu xaricdə oturub və gücü heç də xalqdan yox, başqa yerlərdən alırlar. Biri elə Qənimət Zahid. Digəri Tural Sadıqlı. Onlara pulu xalqmı verir?

Odur ki, kiminsə haqqında nəsə deyəndə əvvəlcə güzgüdə özünüzə baxın.

Qənimət və turalkimilərin təsirində olan müxbir Rasim Balayevə deyir ki, siz prezidentə "xalq sizi sevir" dediniz. Onun problemlərini söyləyə bilməzdiniz?

Allah başı adama düşünmək üçün verib, amma təəssüf ki, çoxları onu çiynində qarpız kimi gəzdirir. Həzarat, məgər xalq prezidentə nifrət edir? Belədirsə, o necə 20 il hakimiyyətdə qala bilir? Xalq qorxurmu? Yaxşı, bu boyda xalq qorxursa, 75 yaşlı şəkər xəstəsi olan arıqlamış, zəifləmiş adam nə edə bilər? Xalqın canı candır, Rasiminki badımcan?..

O da hamı kimi yaşamaq istəyir də. Onun da ailəsi, oğul-uşağı var. Niyə onların yanında başıaşağı olmalıdır? Sizə görə? Məgər siz qorxaqlar, divar dalından qışqıranlar buna layiqsiniz? Niyə özünü sizə qurban verməlidir?!..

Ziyalıdır, ona görə? Olmur ziyalı, istəmir. Ona belə ziyalılıq lazım deyil. Ziyalını ziyalı edən onun xalqıdır, edə bilmirsiniz də, qardaş, əl çəkin. Rasim Balayev Soljenitsın kimi Amerika ziyalısı olmaq istəmir. Qənimət kimi Fransada oturub qəhrəmanlıq etmək istəmir. O, hakimiyyəti də başa düşməyə çalışır, xalqı da. Çalışır ki, orta mövqe tutsun.

İmkan daxilində barışdırıcı rol oynasın. Zatən ziyalı elə bu cür də olmalıdır. Bu gün prezidentə "xalq sizi dəstəkləyir" deyər, onun rəğbətini qazanar, sabah hansısa probleminizi onun diqqətinə çatdırar və həllinə nail olar. Amma çoxunuz bunu anlamırsınız və gözünüzü əcnəbilərdən pul alıb guruldayan qənimətlərin ağzına dikmisiniz. Özünüz qorxaq və bacarıqsızsınız, başqalarına da paxıllıq edirsiniz.

Amma mən diqqət etdim, ölkədə həm prezidenti, həm də Rasim Balayevi sevənlər, dəstəkləyənlər çoxluqdadır və yaxşı ki, belədir.

Nadir Qocabəyli

Xəbər 692 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

08.05.2024  11:49 

Paşinyan Moskvaya yola düşüb

05.05.2024  15:54 

Sabahın havası açıqlandı

04.05.2024  10:46 

Adil Əliyevə ağır itki üz verib

01.05.2024  11:21 

Rövşən Rzayev vəfat edib

30.04.2024  13:58 

Sabahın havası açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +