Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri


12.08.2023  09:23 

Şair-qəzəlxanın söz bulağı... - Ədəbiyyat





A+  A-

Bu, şair-qəzəlxan Tərlan Hüseynidir. Masallı rayonunun Boradigah qəsəbəsində yaşayır. Dediyinə görə, heç orta məktəbi düz-əməlli oxumayıb. Amma onun əruzun bütün bəhrlərində sözü ilmələrə düzüb, ona məna vermək istedadına heyran olmamaq mümkünsüzdür. Demək, bu, bir fitrət məsələsidir, beyindən qəlbə süzülən söz bulağı heç zaman tükənməz.

(Qəzəllər)

Verərək can hədəf uğrunda sədaqətlə Şəhid,

Yetişir zirvəyə izzətlə, şərafətlə Şəhid.


Vətən adında müqəddəs deyilən bir yer var,

Qoruyur daima bu yurdu məharətlə Şəhid.


Diri ikən şəhid, olduğda şəhidsə diridir,

Varır ölməzliyə ruhani ləyaqətlə Şəhid.


Göstərir haqqı, şəhadət verib öz qanıynan,

Qovuşur haqqa xususən bu şəhadətlə Şəhid.


Qanının qiyməti əfsəlsə behiştdən hətta,

Gedir ünvanına minnətlə, fəxarətlə Şəhid.


Səbt edir adını Şahi-şühəda dəftərinə,

Yetir öz Rəbbinə ən ali səadətlə Şəhid.


Tərlan, adıyla ətirləndi sözun, ilhamın,

Qoxuyur gül kimi köksündə təravətlə Şəhid.


* * *

Hər kimin ki, danışarkən sözü məna doludur,

Sözü məlum eləyir ki, özü məna doludur.


Yalan insanı salır əsli həqiqqətdən uzağ,

Sözün hikmətdir əsasən, düzü məna doludur.


Nə qədər sirri və hikmətlərə sahib, dünya,

Olsa insanda bəsirət gözü, məna doludur.


Heç nə bica deyil əslində xeyir, yaxud şər,

Bu həyatın görünən hər üzü məna doludur.


Aləmi-seyrdə mənaları kəsb etmişsə-

Kim, onu seyr elədikcən izi məna doludir.


Demə haqqın çırağı söndü görunməzsə əgər,

Külün altında da olsa, közü məna döludur


Tərlan, hər kim düşünub ömrunə məna qatmış,

Yaşamı haqq, gecəsi-gündüzü məna doludur.


* * *

Fikrin ki ola qayəsi bəd zənni-gumanlığ,

Etdikdə doğur qəlbə bu zənn ilə yamanlığ.


Dolduğca zülm, bağlar aman babını qəlbin,

Rəhmət qapısı bağlana qalmaz ki, amanlığ.


Az sevgi də bir qiyməti olduqda dəyərdir.

Müsbətdir, əgər bir gülə sahibsə tikanlığ.


Müdrük düşünən olmayır hər bir kəsə məlum,

Məlum olur zirvəli dağ başı dumanlığ.


Haqq ayəsi batilnən uyub bir yerə sığmaz,

Sığmaz necə ki, bir yerə nur ilə qaranlığ.


Hər an’ömürdən gedir ahəstə xəbərsiz,

Təsüf edir insan’düşündükcə bir anlığ.


Tərlan, əbədi zində olur mənəvi zövqi,

Məna seçimiynən sözü etdikdə yavanlığ.

* * *

(Seyyid Əzimin məşhur “Olmaz” qəzəlinə təxmis)


Gəldikdə bu qəlbin səsi lal eyləmək olmaz,

Bəd rəng ilə insani cəmal eyləmək olmaz,

Hər kam ilə dünyadə vüsal eyləmək olmaz,

Dünyadə bina cahi cəlal eyləmək olmaz,

Qəmxanə olan mülkdə hal eyləmək olmaz.


Düz sözlərə öyrətginən əvvəl dili, axtar,

Düzlükçün o əql adlı gözəl mənzili axtar,

Gəl batma cəhalətlə, gəzib sahili axtar,

Nadan ilə əyləşmə gedib aqili axtar,

Bu cəhl ilə bir kəsbi-kəmal eyləmək olmaz.


Sən sanma ki, güc sahibi, qüdrət də mənimdir,

Daim qalacaq mülk, bu sərvət də mənimdir,

Fəxr etmə təkəbbürlə bu izzət də mənimdir,

Dünyada durub söyləmə cənnət də mənimdir,

Həqqdən bu təmənnanı sual eyləmək olmaz.


Allahə sucud ilə əyil, qəddini gəl bük,

Ol səcdə edən torpağı sən eylə təbərrük,

İstərsən əməl olmaya çiynində ağır yük,

Sal yadə bəqa mülkünü, cəm eylə tədarük,

Səyyadi-əcəl gəlsə məcal eyləmək olmaz.


Haqq nuri oyandırmada zülmət yuxusundan,

Hər kim ki oyanmır, qalıb əlbət yuxusundan,

Nadan, bir ayıl, sən bu cəhalət yuxusundan,

Bidar olusan qəbrdə qəflət yuxusundan,

Ondan sora dünyanı xəyal eyləmək olmaz.


Tərlan, əməlin yaxşısı möhkəm təməl istər.

Yaxşı əməlin yaxşı, bədi, bəd bədəl istər.

Hər bir şeyi istərsə, O, xalis gözəl istər,

Seyyid, hərəmi-həşrdə Xaliq əməl istər,

Məhşərdə durub cəngü cidal eyləmək olmaz.


* * *

"Dedim, ey qönçə dəhan, bağrımı qan eyləmisən,

Dedi, bica yerə eşqimdə fəğan eyləmisən".


Dedim, etdim dilimin əzbəri ey gül, adını,

Dedi, eşqi necə ism ilə rəvan eyləmisən.


Dedim, ancağ sənə aşiq biriyəm dünyadə,

Dedi, aşiqlyi yəqin, ya güman eyləmisən?


Dedim, ağlar gözümün şahidi zülmət gecələr,

Dedi, həsrət yağışından nə əyan eyləmisən.


Dedim, ahımla fərağında sənin naləm var,

Dedi, dağ sirkələnibdirmi, haçan eyləmisən?


Dedim, eşqim ilə etdim nə qədər möcüzələr,

Dedi, sən hansı Züleyxanı cəvan eyləmisən?


Dedim, ən zirvəyə Tərlan kimi pərvaz edirəm,

Dedi, bu sözləri enməklə bəyan eyləmisən.



Xəbər 1703 dəfə oxunub.




08.05.2024  11:49 

Paşinyan Moskvaya yola düşüb

05.05.2024  15:54 

Sabahın havası açıqlandı

04.05.2024  10:46 

Adil Əliyevə ağır itki üz verib

01.05.2024  11:21 

Rövşən Rzayev vəfat edib

30.04.2024  13:58 

Sabahın havası açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +