Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri


07.08.2023  11:59 

Toydan sonra gələn vay...





A+  A-

Onunla ötən gün Hüseyn Cavid parkında qarşılaşdıq. Əllərini arxada cütləyib məyus halda gəzişirdi. Məni görəndə çöhrəsi işıqlandı, gözlərinin içi güldü. Köhnə dostlara xas olan mehribanlıqla görüşüb hal-əhval tutduq.

Üç ay əvvəl ailə həyatı quran oğlunu soruşdum, gənclərin necə yola getdiyi ilə maraqlandım.

Bir andaca nitqi tutuldu, çöhrəsinə qara buludlar çökdü. Titrək səslə, həm də çox həvəssiz cavab verdi: "Qardaş, başımıza iş gəldi. Üç ay əvvəl toylarını etdiyimiz gənclər bizə "toy" tutdular".

Əməlli-başlı narahat oldum: "Salamatlıqdır?"

Cavabı belə oldu: "Onlar salamatdır. Mən isə çoxdan ölmüşəm. Neçə vaxtdır ruh kimi dolaşıram".

Oğlunun toyunda iştirak etdiyim üçün o məclisi yaxşı xatırlayıram. Hamının gözlərinin içi gülürdü, hamının üzündən xoşbəxtlik yağırdı...

Görəsən, bu az vaxtda nə olub ki, dostum yeriyən ölüyə çevrilib?

Sual dolu baxışlarımın sifətinə zilləndiyini görəndə könülsüz halda danışmağa başladı: "Bizim evimizi "qonşudan qalma dala" prinsipi yıxdı".

Ürəyimdə dedim: "Bu, əvvəllər belə çürükçü deyildi. Görəsən, niyə belə uzaqdan başladı?"

Sən demə, səbəbi varmış: "Oğlumun işinə biz qarışmamışdıq. Qızı özü tapmışdı. Martın 1-də nişan elədik. Nişandan əvvəl qız sifariş göndərdi ki, bibilərim sözbazdır, yaxşı gəlin. Əlimizdə cəmi iki min manat pul vardı. Üç min manat da yoldaşımın adına bankdan kredit götürüb nişan apardıq. Mənim belə işlərdən başım çıxmır. Amma bir dəfə eşitdim ki, şokoladın bir kiloqramını 75 manata alıblar".

Bu cür lüzumsuz tədbirlərin əleyhinə olsam da, onu təsəlli etməyə çalışdım: "Ağlın bizə getməsin, indiki gənclərin həyata baxışı bir qədər fərqlidir. Çox dərinə getmə".

Deyəsən, sözlərim xoşuna gəlmədi. Bu dəfə incik səslə reaksiya verdi: "Elə gəlin də sənin kimi danışırdı: “Nişan bir dəfə olur, 8 Mart bir dəfə olur..."

Özünəməxsus şəkildə gəlininin ağzını yamsılayanda, dostumun üç ay ərzində əməlli-başlı dəyişdiyinə əmin oldum.

Söhbətinə qaldığı yerdən davam elədi: "Bir həftə sonra 8 Mart oldu. Yenə eyni sifariş gəldi. "Məni bibilərimin yanında biabır eləməyin, yaxşı gəlin". Oğlum dirəndi ki, qızıl dəsti alaq. Bizdə pul yox idi. Bu dəfə oğlan özü banka girdi. Üç min manat da 8 Martda xərcimiz çıxdı".

Yeri olmasa da, zarafatımdan qalmadım: "Yəqin apreldə də qızın anasının ad gününə getmisiniz..."

Dərindən ah çəkib belə dedi: "Apreldə o qapıya iki dəfə getdik. Əvvəl Ramazan bayramında sovqat apardıq, sonra da qızın ad gününü keçirdik. Bu dəfə də mən banka girdim. İki min beş yüz manat da burdan belimizə yükləndi”.

Araya sükut çökdü. Amma uzun sürmədi. Dostum söhbətinə qaldığı yerdən davam elədi: "May ayı başladığı üçün qızın ad günündən bir həftə sonra toy elədik".

Qeyri-ixtiyarı dilləndim: "Şükür, canınız qurtardı".

Dərhal reaksiya verdi: “Canımız bir az gec qurtardı".

Aramızda belə bir dialoq keçdi:

- Toydan sonra da bibi söhbəti davam elədi?

- Toydan sonra gəlin təzə paltarlar, bahalı telefon istədi. Oğlum da almadı. Dedi ki, mən də, dədəm də, nənəm də hər ay banka kredit ödəyirik.

- Gəlin nə dedi?

- Dedi ki, nə gündəsiniz... Mən sizin kimi acından ölən adamlarla bir damın altında yaşaya bilmərəm. Gətirdiklərini də qoltuğuna vurub çıxıb getdi. İş məhkəmədədir. Yaxın vaxtlarda rəsmi qaydada boşanacaqlar.

Bu söhbət məni yorduğu üçün başqa sual vermədim. Heç onun da danışmağa həvəsi yox idi. Baxışlarımızla sağollaşıb ayrıldıq.

Yolboyu beynimdən ancaq bir fikir keçirdi: "Bilsəydim, ailəni belə urvatsız edəcəklər, əziyyət çəkib toylarına getməzdim..."

Ara yerdə 100 manatım getdi...

Seymur VERDİZADƏ
Yenisabahaz.az


Xəbər 490 dəfə oxunub.




05.05.2024  15:54 

Sabahın havası açıqlandı

04.05.2024  10:46 

Adil Əliyevə ağır itki üz verib

01.05.2024  11:21 

Rövşən Rzayev vəfat edib

30.04.2024  13:58 

Sabahın havası açıqlanıb

29.04.2024  15:24 

Tanınmış jurnalist vəfat edib

29.04.2024  08:20 

Bu yollarda tıxac var -SİYAHI


BÜTÜN XƏBƏRLƏR +