“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?


03.08.2023  18:06 

Kimdir baiskar: Şahruddin, yoxsa Qurban hoca?





A+  A-

2012-ci ilin sonunda “Neftçi” UEFA Avropa Liqasının qrup mərhələsinə düşəndə hər bir azərbaycanlı kimi mən də sevinirdim ki, deyəsən ölmüş futbolumuz yenidən dirilir. Doğrudur, sonradan “Neftçi” bu estafeti “Qarabağ”a verdi. Hətta “Qarabağ” meydanlarda daha artığını etdi, Bakıda və səfərdə dünya “divləri” ilə kəllə-kəlləyə gəlməyi belə bacardı.

Qurban Qurbanovun vaxtında təkmilləşdirdiyi komanda sözsüz ki, ona və Azərbaycana baş ucalığı gətirdi. Çətin “Atletico Madrid”, “Internazionale”, “Chelsea” oyunlardan çıxan Ağdam klubu üçün bu, bəlkə də utopiya idi. Çünki adı “qaçqın komanda” olan “Qarabağ” işğal dövründə Qarabağın məhz Azərbaycana aid olduğunu bar-bar bağıraraq bunu futbol vasitəsilə çatdırırdı. Yaxşı, bəs nə oldu o “Qarabağ”a? Yaşıl meydanlarda ən məşhur futbolçuların, vingerlərin qarşısında ətdən divar hörən, əks-hücumlarda rəqib qapısı önündə şou göstərən komandaya nə oldu? Kimdir baiskar? Şahruddin, yoxsa Qurban hoca?

Mənə elə gəlir ki, hər ikisi. Cavab isə çox sadədir. Şahruddin daim qabağa çıxmaları, etdiyi səhv hərəkətlər ucbatından “Qarabağ”ı geridən geriyə salıb. “Anji”dən böyük ümidlərlə gətirdiyimiz qapıçı bu gün “Qarabağ”ı nə az, nə çox 27 milyon manat ziyana salıb. Etdiyi elementar səhvlər üzündən komandamız qruplara düşə bilmədiyi üçün bu qədər sərvət əlimizdən çıxıb. Bəs Qurban hocanın ona güvənməsinin səbəbi nədir? Yaxud hər oyun sonrası Benzia və Diakabi transferlərindən istənilən nəticəni ala bilmədiyimizi söyləyəndə Qurban hoca niyə israrla bu reallıqları qəbul etmir?

Dünən Bakı Olimpiya Stadionundakı atmosfer çox möhtəşəm idi. Hətta Rakuv şəhərinin təmsilçisini keçəcəyimizə inam da böyük idi. Amma olmadı. Səbəbkar sağ olsun, yenə də qapıda dayanmışdı. Hamımız ondan ehtiyat edirdik, bircə Qurban hocadan başqa. Razıyam, indiki zamanda yaxşı qapıçı tapmaq normal hücumçu tapmaqdan çox çətindir. Amma “Qarabağ” bunu etməyə məcburdur. Çünki Şahruddindən heç də geriyə qalmayan ikinci qapıçı Luka Quqeşaşvilinin də necə qollar buraxdığını gördük.

Daha nəyi gözləyirsən, Qurban hoca? Sən futbolçularından razı ola bilərsən, amma biz artıq sənin taktiki gedişlərindən və oyun tərzindən heç də razı deyilik. Ən azı qol vuran Redon Cicanı oyundan almaq, 3 müdafiəçi ilə oynamaq cəhdlərin isə heç anlaşılan deyil. Biz artıq səndən daha çoxunu istəyirik, hətta daha artığını. Çünki nə indi 2010-cu illərdi, nə də “Qarabağ” o “Qarabağ”dı. Nə də artıq bu klub “qaçqın komandası” sayılmır. Bəlkə vaxtı çatıb? Bəlkə oyanasan, Qurban hoca?

Rafi MÜSLÜMOV
Yenisabah.az

Xəbər 3113 dəfə oxunub.



29.04.2024  15:24 

Tanınmış jurnalist vəfat edib

29.04.2024  08:20 

Bu yollarda tıxac var -SİYAHI


BÜTÜN XƏBƏRLƏR +