“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?


24.07.2023  10:27 

“TuranBank”da nə baş verir?





A+  A-

Hazırda ölkədə ümumilikdə 24 bank fəaliyyət göstərir. Bu banklardan 2-si dövlət, 22-si isə kommersiya bankıdır. Buna qədər Azərbaycanda 14 bankın lisenziyası ləğv olunub. Yenə də kulislərdə banklarla bağlı heç də xoş olmayan xəbərlər gəzir. Belə ki, cumhuriyyet.az-a daxil olan məlumata görə banklardan da bəzilərinin yaxın zamanlarda bazarı tərk edəcəyi gözlənilir. Azərbaycanda bank sisteminin öz axarı ilə yaranmadığı və inkişaf etmədiyi sirr deyil. Əsasən oliqarx və yüksək vəzifəli məmurların müdaxiləsindən sonra bank sektoru böyüməyə başlayıb.

Azərbaycanda fəaliyyət göstərən bankların əksəriyyətinin hansısa yüksək vəzifəli məmura bağlı olması ilə bağlı məlumatlar yayılır və əsasən də təkzib olunmur. Bank sektoruna müxtəlif məmurlar tərəfindən nəzarət olunur. O banklardan bir çoxu isə hələ də “vurulmuş” məmurların kurasiyasındadır. İllərlə dövlətin verdiyi imtiyazlardan özünə bank yaradan sabiq məmurlar indi də bu sektordan əl çəkmək istəmirlər. İslahatla ayaqlaşa bilməyən bankları əllərində saxlamaqla indi gəlir yerlərini qorumaq niyyətindədirlər.

Digər tərəfdən, “vurulmuş” məmurların nəzarətində olan bu bankların eyni zamanda ölkə iqtisadiyyatının inkişafına qatqı payı çox azdır. Eyni zamanda isə onlar bu banklar vasitəsilə siyasi və iqtisadi maraqlarını təmin etmək üçün ölkə iqtisadiyyatına həm də ciddi problemlər yarada bilər. Ortada Beynəlxalq Bankın sabiq İdarə Heyətinin sədri Cahangir Hacıyev kimi acı təcrübə var. C.Hacıyevin qanunsuz olaraq ölkədə 10 milyard dollar civarında vəsait çıxardığı bildirildi. Təbii ki, o, törətdiyi maliyyə cinayətlərinə görə, 15 il müddətinə həbs olundu.

Eldar Mahmudov vəzifəsindən uzaqlaşdırılandan sonra Cahangir Hacıyevin törətdiyi cinayətlər üzə çıxdı. Bu baxımdan vəzifəsindən uzaqlaşdırılmış məmurların hansısa banka nəzarət paketini əlində saxlaması strateji baxımdan təhlükəlidir. Lakin dediyimiz kimi, hələ də sabiq oliqarx məmurlara bağlı olan banklar var və onlar həmin banklara nəzarət paketinə sahibdirlər. Yayılan məlumatlara görə, həmin bankların yaxın zamanlarda bazarı tərk edəcəyi gözlənilir. Hazırda bağlanması gözlənilən iki bankın adı çəkilir. Onlardan biri “Bank BTB”-dir ki, bu bankın AMEA-nın sabiq prezidenti, akademik Ramiz Mehdiyevin kurasiyasında olması ilə bağlı mediada kifayət qədər informasiyalar var.

Qeyd edək ki, “Bank BTB”nin əsas səhmdarı Ramiz Mehdiyevin gəlini Nigar Mehdiyevadır. O, bankın 75 faizlik hissələrinə sahibdir. Bank səhmlərinin 19 faizi isə onun qardaşı Rza Sadiqə məxsusdur. Bağlanması gözlənilən digər bank isə “TuranBank” ASC-dir.

Qeyd edək ki, “TuranBank” ASC Azərbaycan Sahibkarlar (işəgötürənlər) Təşkilatları Konfederasiyasının prezidenti Məmməd Musayevin bankı kimi tanınır. Məmməd Musayevin oğlu Fuad Musayev isə “TuranBank” ASC-nin Müşahidə Şurasının sədridir. Məmməd Musayev bank sektorunda kifayət qədər tanınan şəxsdir. O, Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti olmaqla yanaşı, “Aqrarkredit” Səhmdar Kredit Təşkilatının İdarə Heyətinin sədri, Azərbaycan Banklar Assosiasiyasının Rəyasət Heyətinin üzvüdür. Qeyd edək ki, Məmməd Musayev Mərkəzi Bankın sabiq rəhbəri Elman Rüstəmova yaxınlığı ilə tanınır. Onun bank sistemində əldə etdikləri, eyni zamanda tutduğu yüksək postların da, məhz Elman Rüstəmovun xidmətinin olduğu bildirilir. Nəzərə alsaq ki, Elman Rüstəmov da artıq “vurulmuş məmur” hesab olunur, onun da kurasiyasında olan bank və ya bankların bağlanması ehtimalı yüksəkdir.

“Turan Bank”la bağlı ən ciddi təhlükəli məqam bu bankda yerləşdirilən əmanətlərin sığortalanmamasıdır. Bununla bağlı cumhuriyyet.az olaraq bildirək ki, Əmanətlərin Sığortalanması Fondu (ADİF) milli valyutada 10%-lə banklarda yerləşdirilən manat əmanətlərini sığortalayır. Amma “TuranBank”da 36 aylıq yerləşdirilən manat əmanətlərinin faizləri hər rüb 10.20%, 6aydan bir 10.30%, ildə bir dəfə 10.40%, faizi müddət sonu əldə olunsa 10.5%-lə əmanət qəbul olunur. Bu hallarda isə sizin pullarınız birmənalı olaraq risklə üz-üzə qalır. Çünki pulunuz hər an bata bilər. Belə ki, ADİF xarici valyutada 2,5%-lə banklara yerləşdirilən əmanətləri sığortalayır. Sözügedən bank isə ən azı 100 dollar olmaqla banka 36 ay müddətində yerləşdirilən əmanətin faizlərini hər rüb əldə edərsə 3,1%, 6 aydan bir 3,15%, ildə bir dəfə 3,2%, faizi müddət sonu əldə edərsə isə 3,25% -lə əmanət rəsmiləşdirilir. Bu isə ADİF tərəfindən sığortalanmayan əmanətlər sinfinə aiddir.

Bu arada cumhuriyyet.az-a daxil olan məlumata görə “Turan Bank” biznesmen müştərilərini itirib. Bankın son hesabatına görə, banka əmanət yerləşdirən fiziki şəxslərin depozitləri 1 il ərzində 70 milyon 273 min manat və ya 27.3% artaraq 327 milyon 904 min manata yüksəlib. Amma hüquqi şəxslərin bankdakı əmanəti 58 milyon 451 min manat və ya 36.6% azalaraq 101 milyon 370 min manata enib. Beləliklə, bank biznesmen müştərilərini əlində tuta bilməyib.

“Turan Bank”ın Azərbaycan Mərkəzi Bankına olan borcu da 1 il ərzində 6 milyon 494 min manat artaraq 113 milyon 747 min manata yüksəlib. Bu da “Turan Bankı” AMB-yə borcunu artıran 4 bankdan biri edib.

Xəbər 877 dəfə oxunub.




30.04.2024  13:58 

Sabahın havası açıqlanıb

29.04.2024  15:24 

Tanınmış jurnalist vəfat edib

29.04.2024  08:20 

Bu yollarda tıxac var -SİYAHI


BÜTÜN XƏBƏRLƏR +