Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri


22.07.2023  10:44 

Xristian abidələri məscidlərin minarələri ilə əvəz olunub, yoxsa..?!





A+  A-

Multikultural və çoxkonfessiyalı Azərbaycanda bütün xalqlar və dinlərin nümayəndələri əsrlərdir dinc yanaşı yaşayırlar. Ölkəmizdə olan çoxsaylı xristian və yəhudi icması cəmiyyətimizin ayrılmaz hissəsidir, onların abidələri və ibadət yerləri, kilsələr, sinaqoqlar Azərbaycan dövləti tərəfindən mühafizə olunur. Təsadüfi deyil ki, Roma Papası Fransisk 2016-ci ilin oktyabr ayında ölkəmizə səfəri zamanı Azərbaycanı dini tolerantlıq üzrə dünyada model ölkə kimi qiymətləndirib.

Məlumdur ki, Azərbaycanın tarixi inkişafının xüsusiyyətləri, coğrafi mövqeyi, əhalisinin etnik tərkibi bu ərazidə müxtəlif dinlərin mövcudluğuna şərait yaratmışdır. Əhalisinin əksəriyyəti müsəlman olan (96% müsəlman, 4% - xristianlar, yəhudilər, bəhai, krişnaçılar və digər) Azərbaycan ilk səmavi dinlər sayılan yəhudilik və xristianlığın erkən dövlərdən etibarən yayıldığı məkandır. Odur ki, tarix boyu müxtəlif millətlərin, dinlərin vətəni olan Azərbaycanın hər bir guşəsində kilsə və sinaqoqlara, məscidlərə, habelə atəşpərəst məbədlərinə rast gəlmək olar.

2020-ci ildə 30 ilə yaxın müddət ərzində erməni işğalı altında qalan ərazilərimiz azad edildi. Ermənilər tərəfindən dağıdılan, tövlə kimi istifadə edilməklə təhqir olunan məscidlərimizlə yanaşı, Alban xristian memarlığını özündə əks etdirən IV-XVI əsrlərə aid Alban kilsələri - Laçın rayonu ərazisində yerləşən Ağoğlan monastrı, Kəlbəcər rayonunda Xudavəng monastrı, Xocavənd rayonunda Amaras monastrı, Ağdərə rayonunda Müqəddəs Yelisey məbəd kompleksi və Gəncəsər monastrı kimi əsir abidələrimiz artıq yenidən əmin əllərə qaytarıldı.

Qarabağın işğaldan azad edilməsindən qısa zaman sonra Ermənistan və dünyada mövcud olan erməni diasporu beynəlxalq ictimaiyyəti inandırmağa çalışırdı ki, Azərbaycanlılar kilsələri dağıdacaq, xristian abidələrini məscidlərin minarələri ilə əvəz edəcəklər.

UNESCO da daxil olmaqla, bəzi beynəlxalq qurumlar və şəxslər heç bir əsas olmadan Azərbaycanın azad etdiyi suveren ərazilərindəki xristian abidələrinin taleyindən narahatlıq ifadə edirdilər. UNESCO-nun reaksiyasından belə təəssürat yaranırdı ki, sanki xristian abidələri müsəlman abidələrindən daha önəmlidir. Bu, onu göstərir ki, mənsubiyyətindən asılı olmayaraq bütün dini, mədəni abidələr qorunmalı olduğu halda, UNESCO və bəzi siyasi dairələr tərəfindən açıq-aşkar dini zəmində ayrı-seçkilik edilir. Təəssüf doğuran haldır ki, UNESCO da ya məqsədli şəkildə bu proseslərə cəlb olundu.

Hələ o zamanlar müəllif Reyçl Abraham “JewishPress.com”-da (ABŞ) yayımladığı məqaləsində “İsraildə Azərbaycan Evi”nin rəhbəri, İsrail-Azərbaycan əlaqələri üzrə ixtisaslaşmış mərhum politoloq Arye Quta istinad edərək UNESCO-nun xristian abidələri ilə bağlı Azərbaycana qarşı qərəzinin obyektiv olmadığını bəyan edirdi: “UNESCO rəsmiləri vətəndaşı olduqları dövlətlərin milli gündəliyini önə çəkməklə məşğul olmamalı, təşkilat hansısa dövlətin siyasi təsir alətinə çevrilməməlidir. Bu, onun imicinə, müstəqilliyinə çox böyük zərbədir. Mədəni irsin qorunması ümumbəşəri öhdəlikdir və siyasi məqsədlər üçün istifadə olunmamalıdır. Azərbaycanın mövqeyi haqlı və davamlıdır”.

Düzdür, Azərbaycan tərəfindən, ölkə prezidenti səviyyəsində bu iddialar cavablandırıldı, əsassız olduğu bəyan edildi, nəyinki Qarabağda, ümumilikdə Azərbaycanda mövcud olan kilsələrə münsaibətin heç də məscidlərə olan münasibətdən fərqlənmədiyi bəyan olundu.

Prezident İlham Əliyev Kəlbəcər rayonunun erməni işğalından azad edilməsi ilə əlaqədar xalqa müraciətində bildirdi ki, xristian abidiləri Azərbaycanın mədəni sərvətidir, Qafqaz Albaniyasının irsidir: “Xristian abidələri Azərbayan dövləti tərəfindən qorunur. Bütün dünya bilməlidir ki, Kəlbəcərdə mövcud olan kilsələr qədim Qafqaz Albaniyası dövlətinə məxsusdur. Bunu təsdiqləyən bir çox tarixi sənədlər var. Bu, heç kəsə sirr deyil. Sadəcə olaraq, erməni “tarixçiləri” və saxtakarlar qədim Alban kilsələrini saxtakarlıqla erməniləşdiriblər, öz yazılarını oraya əlavə ediblər və bu kilsələri özününküləşdiriblər. Amma biz imkan vermədik. Azərbaycanda bu məsələ ilə bağlı kifayət qədər böyük elmi baza var, əsərlər var. Bu əsərlər nəinki elm ictimaiyyətinə, bütövlükdə dünya ictimaiyyətinə çatdırılır və çatdırılmalıdır”.



2020-ci ilin dekabrında Azərbaycan Prezidentinin köməkçisi, Administrasiyanın Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin “The Washington Times” qəzetində (ABŞ) çap olunan yazısında deyilirdi: “Azərbaycan guya xristian irsinə təhdid yaratmaqda günahlandırılır. Əlbəttə ki, biz belə ittihamların qarşısını ala bilmərik. Lakin fakt ondan ibarətdir ki, Azərbaycan son 30 ildə müxtəlif dinlərin inkişafına töhfə verib, dini tikililəri bərpa edərək onların keçmiş şöhrətini geri qaytarıb. Bu, 30 il işğal altında qalmış, işğaldan bu yaxınlarda azad edilmiş ərazilərə nədən şamil olunmamalıdır?”

Bütün bu açıqlamalara və müəllif yazılarına baxmayaraq təhdidlər bu gün də davam edir. Məsələn, rusiyalı politoloq Qleb Kuznetsov öz bloqunda yerləşdirdiyi, “Vzqlyad” adlı Rusiya internet nəşrinin də çox həvəslə yaydığı “Разрушение карабахского храма – признак войны на уничтожение армян” adlı məqalədə təxminən belə yazırdı: “Azərbaycan tərəfi qalib gəlsə, bu, “ərazi bütövlüyü uğrunda” müharibə deyil, bu, məhvetmə müharibəsidir. İnsanların məhvi, tarixin məhvi və mədəniyyətin məhvi...”

Göründüyü kimi, bəzi politoloqlar bir az da irəli gedərək Azərbaycanın ərazi bütövlüyü uğrunda savaşa dini don geyindirməyə çalışırdılar.

Əlbəttə, bu kimi nümunələr kifayət qədərdir.

N.Niftiyev

Məqalə “Kamillik” Vətəndaşların Hüquqi Maarifləndirilməsi İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirdiyi “Azərbaycanda tolerantlıq: “Cənubda çalınan kilsə zəngləri və sinaqoqlar” layihəsi çərçivəsində hazırlanıb.



Xəbər 800 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

08.05.2024  11:49 

Paşinyan Moskvaya yola düşüb

05.05.2024  15:54 

Sabahın havası açıqlandı

04.05.2024  10:46 

Adil Əliyevə ağır itki üz verib

01.05.2024  11:21 

Rövşən Rzayev vəfat edib

30.04.2024  13:58 

Sabahın havası açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +