“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?


20.07.2023  14:25 

Turqay Deniz: “Biz faktiki olaraq “üç dövlət - bir millət“ik“





A+  A-

Şimali Kipr Türk Respublikası Azərbaycanla əlaqələri bütün sahələrdə inkişaf etdirməkdə maraqlıdır.

XəzərNews.az xəbər verir ki, bu barədə Şimali Kipr Türk Respublikası Ticarət Palatasının prezidenti Turqay Deniz region plus-a müsahibəsində bildirib.

“Əməkdaşlıq üçün əsas fəaliyyət sahəsi təbii ki, ilk olaraq turizm sahəsidir, gözəl çimərliklərimiz var, iqlimimiz çox əlverişlidir. Ölkəyə investisiya yatırmaq baxımından qış aylarında yaşlılar üçün sağlamlıq pansionatları şəbəkəsi yaratmaq üçün geniş imkanlarımız var. Bu pansionatlara dünyanın bir çox ölkələrindən, xüsusilə Şərq və Avropadan yaşlı şəxslərin cəlb edilməsi planlaşdırılır.

Şimali Kipr Türk Respublikası tam kəşf olunmamış istiqamətlərdən biri hesab olunur... Bu kontekstdə «first come, first serve» prinsipi burada uyğundur, yəni "kim birinci gəlsə, qazanacaq”, - deyə o bildirib.

Ticarət sahəsində əməkdaşlıq perspektivlərinə toxunan Turqay Deniz qeyd edib ki, süd məhsullarının Azərbaycana idxalı mümkündür: “Hellim" pendir çeşidimiz var. Bu, dünyada odda əriməyən yeganə pendir növüdür və bu gün dünyanın bir çox mətbəxlərində öz layiqli yerini alır. Biz istəyirik ki, o, Azərbaycanda da tanınsın. Azərbaycanda da müxtəlif növ pendirlər var. Yeməklərimizin, şirniyyatlarımızın, qida sənayesinin məhsullarının kifayət qədər oxşar olduğunu nəzərə alsaq, onların qarşılıqlı təchizatı ilə məşğul ola bilərik”.

İkitərəfli əməkdaşlıq üçün mümkün sahələrdən biri də onun fikrincə, gəmilərin təmiri və servis xidməti ola bilər.

“Biz Türkiyə ilə geniş ticarət dövriyyəsi qurmuşuq. Belə ki, ticarət dövriyyəmizin 60% - dən çoxu Türkiyənin payına düşür. Uzaq Şərq ölkələri ilə ticarət dövriyyəsi 9%, Avropa ilə isə 15% təşkil edir. Bəs niyə Azərbaycanla ticarət əlaqələrimiz yoxdur? Axı, geniş istifadə olunan "bir millət, iki dövlət" ifadəsi var. ŞKTR– nin də türk ölkəsi olduğunu nəzərə alsaq, biz faktiki olaraq "üç dövlət-bir millət"ik. Odur ki, biz Azərbaycanla bütün sahələrdə yaxınlaşmağa çalışırıq.

Qeyd edək ki, Turqay Deniz 1958-ci ildə yaradılmış Şimali Kipr Türk Respublikası Ticarət Palatasının prezidentidir. Palata bu gün 3500-dən çox üzvü birləşdirən və Şimali Kipr Türk Respublikasının ən böyük və ən əhəmiyyətli təşkilatıdır, Beynəlxalq Ticarət Palatasının (ICC) və bir çox digər təşkilatların üzvüdür. Bundan başqa, Palata "Yaşıl xətt" haqqında müddəaların həyata keçirilməsində Avropa İttifaqı Komissiyasının yeganə korporativ tərəfdaşı və Avropa kiçik biznes Alyansının (ESBA) üzvüdür.

Turqay Denis iyulun 15-17-də İslam Ticarət-Sənaye və Kənd Təsərrüfatı Palatasının Direktorlar Şurasının 18-ci iclasında iştirak etmək məqsədilə Bakıya gəlib.

Xəbər 614 dəfə oxunub.




30.04.2024  13:58 

Sabahın havası açıqlanıb

29.04.2024  15:24 

Tanınmış jurnalist vəfat edib

29.04.2024  08:20 

Bu yollarda tıxac var -SİYAHI


BÜTÜN XƏBƏRLƏR +