Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri


20.07.2023  09:42 

“Dedilər ki, bir “çetlik“ narkotik veriləcək, götür“





A+  A-

Bu ilin aprelində sosial şəbəkələrdə və müxtəlif saytlarda fotosu yayılaraq, deputat Fazil Mustafaya qarşı silahlı hücumun iştirakçılarından biri kimi təqdim edilən, daha sonra narkotik ittihamı irəli sürülən İlkin Süleymanovun məhkəməsi başlayıb.

XəzərNews.az "Meydan TV"yə istinadən xəbər verir ki, onun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində Novruz Kərimovun sədrliyilə, Rasim Sadıqov və Leyla Əsgərova-Məmmədovadan ibarət hakimlər kollegiyası baxır.

Bildirilir ki, 1992-ci il təvəllüdlü İlkin Süleymanova qarşı Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədilə külli miqdarda narkotik əldə etmə, daşıma, saxlama) maddələrilə ittiham irəli sürülüb. Tutularkən onun cibindən 3 qram narkotik tapıldığı iddia olunur.

Lakin İlkin Süleymanov məhkəmədə bildirib ki, bu ittiham saxtadır. Onun sözlərinə görə, narkotiklə heç bir əlaqəsi yoxdur, heç siqaret də çəkmir. Yaşadığı Binəqədi rayonu, Xocasən qəsəbəsində qəssablıqla məşğul olur:

"Səhər saat 8-də işə gedirdim, axşam 10-a qədər işdə olurdum. Mənim telefonuma baxın, görün ki, ət müştərilərindən başqa kimlərləsə danışıqlar, mesajlar var? Mənim heç məscidə getməyə vaxtım olmur, əti o tərəfə çəkib, işdə namaz qılıram. Mənim 30 yaşım var, iki körpə uşağım qalıb, niyə bədbəxt eləyirlər? Üç banka kreditim tökülüb qalıb. Baxın da mənim əllərimə. Onsuz da öz dərdim özümə bəsdir. Mənim, ailəmin həyatını məhv etməyin. Nə atam var, nə qardaşım. Yaşlı anam var”.

İlkin Süleymanovun sözlərinə görə, cinayət işinin materiallarında onu Binəqədi rayonu, 4-cü polis bölməsinin əməkdaşlarının saxladığı göstərilsə də, bu yalandır. O bildirib ki, 40-cı polis bölməsinin əməkdaşları saxlayaraq, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparıblar:

"Orada Səbuhini, Azəri soruşdular. Səbuhini ümumiyyətlə tanımırdım. Azər ət alan müştərim olub. Sulutəpə, Xocasənin yarısı bizdən ət alırdı. Halal ət kəsirdik, ona görə. Araşdırdılar, gördülər ki, mənlik bir şey yoxdur. Oradan məni 4-cü bölməyə gətirdilər

Orada mənə dedilər ki, bir "çetlik" narkotik veriləcək, götür. Razılaşmadım ki, nə danışırsız, mən heç siqaret çəkmirəm. Dedilər ki, "onda gedib həyətinizdən daha çox çıxaracağıq, ananı bura gətirəcəyik". Qandalı qollarıma elə vurmuşdular, barmaqlarım gömgöy idi. İki gün ərzində ailəmə yerim barədə heç bir məlumat verilməmişdi. Mənə "vətən xaini" deyirdilər. Telefonumda Kərbəla ziyarətindəki şəklimi göstərdilər. Özümü öldürmək istəyirdim. Fikirləşdim ki, iki gündə mənim başıma bunları gətirənlər bundan sonra da anamla bağlı dediklərini eləyərlər. Ona görə dediklərinə razılaşdım".

Məhkəmədə 4-cü polis bölməsinin əməliyyat müvəkkili Elçin Xalıqov dindirilib. O iddia edib ki, İlkin Süleymanovu daxil olmuş əməliyyat məlumatı əsasında saxlayan şəxslərdən biri olub. Onun sözlərinə görə, üstünə baxış zamanı cibindən narkotik tapılıb.

İlkin Süleymanov isə polis əməkdaşının yalan danışdığını vurğulayıb:

"Başdan-ayağa yalan danışır. Mənə bölmədə "bakılım-bakılım" deyirdi. İndi burada gözümün içinə baxa-baxa şərləyir".

Məhkəmə prosesi avqustun 9-da davam edəcək.

Qeyd edilir ki, İlkin Süleymanovun ittiham olunduğu maddələrdə 5 ildən 12 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Nəşr bildirir ki, İlkin Süleymanov aprelin 2-də saxlansa da, yaxınları onun yerini aprelin 4-də axşam öyrənə bilib. O, həbs olunduğu ilk günlərdə – adı deputata qarşı sui-qəsddə hallanarkən yaxınları silahlı hücum baş verən zaman onun Xocasəndə olduğunu – çörək alıb evinə getdiyini sübut edən kamera görüntülərini nəşr vasitəsilə yaymışdı.

Xəbər 472 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

04.05.2024  10:46 

Adil Əliyevə ağır itki üz verib

01.05.2024  11:21 

Rövşən Rzayev vəfat edib

30.04.2024  13:58 

Sabahın havası açıqlanıb

29.04.2024  15:24 

Tanınmış jurnalist vəfat edib

29.04.2024  08:20 

Bu yollarda tıxac var -SİYAHI


BÜTÜN XƏBƏRLƏR +