Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri


19.07.2023  13:34 

Vəziyyət daha kritikdir... - Deputat yazır





A+  A-

Rəsmi məlumatlara görə, bu il Azırbaycanda 1 058 398,9 hektar sahədə taxıl əkilib ki, bunun 658 383,7 hektarı buğda, 400 015,2 hektarı isə arpa sahəsidir. Yenə rəsmi məlumata görə,hazırda orta məhsuldarlıq arpa üzrə 30,2 sentner, buğda üzrə isə 34,4 sentner təşkil edir.

Amma cari təsərüffat ilində Şəki rayonunda payızlıq əkinlər üzrə məhsuldarlıq əlverişsiz iqlim şəraiti səbəbindən son dərəcə aşağı səviyyədə olmuşdur. Əslində bu təbii fəlakət hesab edilməlidir. Hazırda əksər təsərrüfatlarda sahələrdən 13-17 sentnet məhsul yığılır. Arpa əkinləri üzrə vəziyyət daha kritikdir.

Nəzərə alsaq ki, Şəkidə əsasən dəmyə əkinçiliyidir və kübrə, toxum, herbisid və pestisidlərin bəzən süni şəkildə şişirdilmiş qiymətləri hər hektar üzrə maya dəyərini xeyli artırıb. Bu gün təkcə maya dəyəıri qarşılamaq üçün hər hektar üzrə məhsuldarlıq 20-22 sentner səviyyəsində olmalıdır.

Qeyd etdiyimiz rəqələrin müqayisədindən göründüyü kimi bu il taxıl əkən Şəki təsərrüfatlarının xeyli hissəsində kəndli 9 ay əziyyət çəkməsinin qarşılığında ziyandadır.

Təklif edərdik ki, dövlət Şəkidə və buna bənzər vəziyyət yaranmış digər yerlərdə də kəndliyə münasibətdə dəstəkləyici tədbirlər görsün. Buna misal olaraq 2014-cü il təcrübəsini göstərə bilərik.

2014-cü ildə quraqlıq olduğundan Şəki rayonunun fermer təsərrüfatlarına dövlət pulsuz toxum vermişdi. Onu da xüsusilə qeyd etmək lazımdır ki, bu il məhsuldarlıq zəif olduğundan, kəndli təsərrüfatlarının xeyli hissəsi özlərini toxumla təchiz edə bilməyəcəklər. Çünki, yetkin olmayan taxıldan toxum kimi istifadə əlacsızlığın göstərici olmaqla yanaşı, həm də növbəti ildə yaxşı məhsul olmayacağını əvvəlcədən şərtləndirir.

Digər bir məsələ taxılın aqiyməti ilə bağlıdır. Doğrudur, dövlət dolyısı ilə idxal hesabına unun qiymətini tənzimləyir. Lakin bu gün bazarda qiymətlər 30 qəpik civarındadır.

Məhsuldarlığın aşağı, maya dəyərinin yüksək olması kontekstində bu kəndli təsərrüfatlarının iflasına yol açır. Təklif edərdik ki, dövlət özü xarici ölkələrin təcrübəsində olduğu kimi alıcı qismində çıxış edərək kəndlidən istehsal etdiyi məhsulu uyğun qiymətə qəbul etsin və bununla da kəndli təsərrüfatlarının iflasının qarşısını alsın.

Əli Məsimli
Millət vəkili


Xəbər 613 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

08.05.2024  11:49 

Paşinyan Moskvaya yola düşüb

05.05.2024  15:54 

Sabahın havası açıqlandı

04.05.2024  10:46 

Adil Əliyevə ağır itki üz verib

01.05.2024  11:21 

Rövşən Rzayev vəfat edib

30.04.2024  13:58 

Sabahın havası açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +