Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri


12.07.2023  16:04 

Molla Pənah Vaqifə həsr olunan kitab işıq üzü görüb





A+  A-

2023-cü ilin Şuşa şəhərinin Türk Dünyasının Mədəniyyət paytaxtı elan olunması, eləcə də Türk Dünyasının görkəmli şəxsiyyətlərinin ədəbi irsinin təbliği məqsədi ilə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən Azərbaycanın böyük şairi Molla Pənah Vaqif haqqında “Özü vəzir, sözü şah” adlı yeni kitab nəşr edilib.

XəzərNews.az xəbər verir ki, kitabda Molla Pənah Vaqifə həsr olunmuş Azərbaycan və əcnəbi şairlərin şeirləri, onun əsərlərinə yazılan nəzirələr, ədibin həyat və yaradıcılığı barədə Azərbaycan və dünya qələm adamlarının fikirləri toplanıb. Həmçinin nəşrdə “Vaqif” dastanı və Səməd Vurğunun eyni adlı məşhur dram əsəri və Vaqifin Molla Vəli Vidadi ilə deyişməsi yer alır.

Topluda tanınmış Azərbaycan rəssamlarının çəkdiyi və şairin təsviri sənətdəki obrazını canlandıran əsərlər, eyni zamanda müxtəlif illərdə Azərbaycan teatrlarında səhnələşdirilən “Vaqif” tamaşalarından çəkilmiş fotolar da əks olunub.

Kitab, layihənin rəhbəri, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyevanın “Molla Pənah Vaqif və bu kitab haqqında bir neçə söz” adlı Ön sözü ilə açılır. Yazıda Günay Əfəndiyeva Molla Pənah Vaqifin ədəbi fəaliyyətinin Türk Dünyası üçün kəsb etdiyi önəmdən bəhs edib: “Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu olaraq, Türk dünyasının qiymətli söz və fikir adamlarının yaradıcı irsi, onlar haqqında qələmə alınan əsərlər bizim üçün çox böyük əhəmiyyətə malikdir. “Özü vəzir, sözü şah” kitabı da bu yöndə Fondun fəaliyyətinin növbəti nümunəsidir.

Kitabda şairin şəxsiyyətinə və ədəbi irsinə həsr olunan poetik əsərlər, təsviri sənət inciləri bir daha göstərir ki, Vaqif yaşayır və daim Türk xalqları ilə bir yerdədir”.

Qeyd edilməlidir ki, “Zərdabi” nəşriyyatında çap olunan kitabın tərtibçisi və redaktoru şair Fərid Hüseyn, bədii tərtibatçısı Əməkdar İncəsənət xadimi Ziyadxan Əliyev, məsləhətçisi Əməkdar Mədəniyyət işçisi Barat Vüsal, izahların müəllifi tərcüməçi Məhəmməd Nuridir.

Xəbər 594 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

04.05.2024  10:46 

Adil Əliyevə ağır itki üz verib

01.05.2024  11:21 

Rövşən Rzayev vəfat edib

30.04.2024  13:58 

Sabahın havası açıqlanıb

29.04.2024  15:24 

Tanınmış jurnalist vəfat edib

29.04.2024  08:20 

Bu yollarda tıxac var -SİYAHI


BÜTÜN XƏBƏRLƏR +