Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri


08.07.2023  10:11 

“Xaş-xaş” əməliyyatı: 25 nəfər saxlanıldı





A+  A-

Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində narkotik tərkibli bitkilərin kultivasiyası, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan və oğurluq cinayəti törədən şəxslərə qarşı silsilə əməliyyatlar keçirilib. Keçirilən əməliyyatlar nəticəsində ümumilikdə 25 nəfər şübhəli şəxs qismində saxlanılıb.

XəzərNews.az Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupuna istinadla xəbər verir ki, “Xaş-xaş-2023” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər planına uyğun olaraq keçirilən tədbirlər zamanı rayon ərazisində narkotik tərkibli çətənə bitkilərinin kultivasiyası ilə məşğul olan 16 nəfər tutulub:

“Onların yaşadıqları evlərin həyətyanı sahələrində, çöllük və qəbiristanlıq ərazilərində aqrotexniki qaydada qulluq göstərməklə yetişdirdikləri külli miqdarda çətənə kolları polis əməkdaşları tərəfindən aşkar edilərək götürülüb.

Şöbənin Cinayət Axtarış Bölməsinin və Narkotiklərlə Mübarizə Qrupunun əməkdaşları tərəfindən keçirilən növbəti əməliyyatlar nəticəsində isə Ağdaş rayonu ərazisində narkotik vasitələrin satışı, eləcə də qanunsuz dövriyyəsini təşkil edən daha 8 nəfər saxlanılıb. Şəxsi axtarış zamanı onlardan müxtəlif növ narkotik vasitələr aşkarlanaraq maddi sübut kimi istintaqa təqdim olunub.

Keçirilən digər əməliyyat-istintaq tədbirləri zamanı isə şəhər ərazisində yerləşən fərdi yaşayış evlərinin birindən xalçalar və digər məişət əşyaları oğurlayan rayon sakini tutulub. Araşdırma zamanı həmin şəxsin zərərçəkmişin yaxın qohumu, əvvəllər də bir neçə dəfə məhkum olunmuş Vüsal Gözəlov olduğu müəyyən edilib. V.Gözəlov ifadəsində ələ keçirdiyi əşyaları dəyərindən dəfələrlə ucuz qiymətə ayrı-ayrı şəxslərə satdığını bildirib. Davam etdirilən tədbirlərlə həmin əşyalar satdığı şəxslərdən maddi sübut kimi götürülərək istintaqa təhvil verilib.

Faktlarla bağlı Ağdaş Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir”.

Xəbər 780 dəfə oxunub.




04.05.2024  10:46 

Adil Əliyevə ağır itki üz verib

01.05.2024  11:21 

Rövşən Rzayev vəfat edib

30.04.2024  13:58 

Sabahın havası açıqlanıb

29.04.2024  15:24 

Tanınmış jurnalist vəfat edib

29.04.2024  08:20 

Bu yollarda tıxac var -SİYAHI


BÜTÜN XƏBƏRLƏR +