“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?


07.07.2023  09:03 

Deputata məxsus şirkətin 9 milyondan çox borcu var





A+  A-

"Kaspi-Yıldız” Azərbaycan-Türkiyə Müştərək Müəssisəsi külli miqdarda vergi borcunu ödəməkdə çətinlik çəkir.

XəzərNews.az Qaynarinfoya istinadla xəbər verir ki, şirkətin külli miqdarda vergi borcunun olması ötən il üzə çıxıb. Həmin vaxt yayılan məlumatlarda qeyd edilirdi ki, "Kaspi-Yıldız”ın 9 666 469,63 AZN vergi borcu var. Hazırda isə şirkətin vergi borcu 9 390 743,36 təşkil edir. Məlum olur ki, şirkət 1 il ərzində vergi borcundan cəmi 275 726, 27 AZN ödəyə bilib.

"Kaspi-Yıldız” Azərbaycan-Türkiyə Müştərək Müəssisəsi 1996-cı ildə təsis edilib. Şirkətin təsisçilərindən biri deputat İqbal Məmmədovdur. O, 2010-cu ilə qədər şirkətə rəhbərlik edib. Deputat seçildikdən sonra qardaşı Asif Məmmədovun "Kaspi-Yıldız”ın rəhbərliyinə keçib.

Asif Məmmədov 2006-2011-ci illərdə Balakən, 2011-2013-cü illərdə isə Şamaxının icra başçısı vəzifəsində çalışıb. Asif Məmmədovdan sonra şirkətə İqbal Məmmədovun digər qardaşı Çingiz Məmmədov rəhbərlik edib. Hazırda şirkətin qanuni təmsilçisi Məmmədov Ramiz Fərman oğludur. O, İqbal Məmmədovun qardaşı oğludur.

"Kaspi-Yıldız” yanğınsöndürmə balonların, yanğın dəsti, bir qapılı və iki qapılı yanğın qutuları istehsalı və satışını, yanğın siqnalizasiyasının və qazlı yanğın söndürmə sistemlərinin, kamera-nəzarət sistemlərinin yanğından muhafizə sistemlərinin və vasitələrinin quraşdırılmasını, texniki baxışını və təmirini, yaşayış və dövlət binalarının, kommersiya obyektlərinin həmin avadanlıqlar və sistemlər vasitəsilə təchiz edilməsini həyata keçirir.

İqbal Məmmədov həm də Lerikdə fəaliyyət göstərən "Relax” İstirahət Mərkəzinin sahibi kimi tanınır.

2019-cu ildə "Relax” İqbal Məmmədovun yaxın qohumlarının obyektə yoxlamaya gələn vergi əməkdaşlarını döyməsi ilə gündəmə gəlmişdi.

İş üzrə istirahət mərkəzinin təşkilati-sərəncamverici və inzibati funksiyaları yerinə yetirən vəzifəli şəxsləri - Nərimanlı Mirhəmid İqbal oğlu, Nərimanlı Orxan Çingiz oğlu, Əsgərov Pərviz Əvəzoviç, İmanov Famil Kamran oğlu, Şahverdiyev Rahim Bəhlul oğlu və Abbasov Amir Nağızadə oğlu Cinayət Məcəlləsinin 309.2 (vəzifə səlahiyyətlərini ağır nəticələrə səbəb olmaqla aşma) və 315.2-ci (hakimiyyət nümayəndələrinə həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdi.

Xəbər 664 dəfə oxunub.




30.04.2024  13:58 

Sabahın havası açıqlanıb

29.04.2024  15:24 

Tanınmış jurnalist vəfat edib

29.04.2024  08:20 

Bu yollarda tıxac var -SİYAHI


BÜTÜN XƏBƏRLƏR +