Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı


06.07.2023  09:45 

“Baş həkim özünü elə aparır, sanki padşahdır” - Şikayət





A+  A-

“5 saylı Şəhər Klinik Xəstəxanasında İcbari Tibbi Sığorta paketinə daxil olan MRT müayinəni bizə pulla satdılar”.

XəzərNews.az xəbər verir ki, bunu Meydan TV-yə Camal Şabanov adlı vətəndaş deyir.

O bildirir ki, iyunun 13-də beyin qan dövranı pozğunluğu diaqnozu ilə 5 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

İlkin müayinə zamanı ona Maqnit Rezonans Tomoqrafiyadan (MRT) keçmək lazım olduğunu bildiriblər:

“Xəstəxanada mənimlə rüşvət davasına çıxdılar. Dedilər ki, səni tibbi sığorta ilə MRT-yə göndərməliyik. Göndərmək istəmirdilər, pul gözləyirdilər. Sığorta ilə olan MRT müayinəni oğluma pulla satdılar. Oğlum polisə şikayət edəcəyini dedi. Qorxudan pulu geri qaytardılar. Oğlum hay-küy saldı ki, atama kömək edin. Dedilər ki, atanı taksiyə qoy, “Həyat” klinikasına apar, orada MRT müayinədən keçsin”.

“Oğlum polisə şikayət edəcəyini deyəndən sonra məni axşam saat 6-dan sonra Təcili Yardıma maşınına qoyub, silkələyə-silkələyə “Həyat” klinikasına apardılar. Ora çatanda məlum oldu ki, MRT edən işçi saat 5-də evinə gedib. Təzədən məni maşına qoyub silkələyə-silkələyə 5 nömrəliyə qaytardılar. Qulağımla eşitdim, məni maşından düşürəndə, Təcili Tibbi yardım maşınının sürücüsü dedi ki, bu sağ qaldı ki. Anladım ki, bunun hamısı baş həkimin oyunlarıdır”, – deyə o bildirib.

Camal Şabanov iddia edir ki, xəstəxanada həm də antisanitariya baş alıb gedir:

“Təsəvvür edin, palatada siçovullar qaçırdı. Ziyarətimə gələn qohumlarımdan rüşvət alıb, sonra yanıma buraxırdılar. Orada bir gün qaldım, növbəti gün ərizə yazıb, özüm oradan qaçdım. Baş həkim özünü elə aparır, sanki padşahdır. Bu cür vəziyyəti o, yaradıb. Rüşvətxorluğu o yaradıb”.

Məsələ ilə əlaqədar Meydan TV-nin göndərdiyi sorğunu 5 saylı Şəhər Klinik Xəstəxanasının mətbuat xidməti cavabsız buraxıb.

MRT və KT müayinəsi icbari tibbi sığorta icbari sığorta zərfinə daxildir.

Xəbər 745 dəfə oxunub.




29.04.2024  08:20 

Bu yollarda tıxac var -SİYAHI

24.04.2024  10:02 

ABŞ İrana sanksiya tətbiq edib


BÜTÜN XƏBƏRLƏR +