“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan


04.07.2023  11:34 

Təkanlar dərində olub, təhlükəsi yoxdur - Qurban Yetirmişli





A+  A-

“Azərbaycanın şimal hissəsində - Siyəzən, Quba rayonları ərazisində yerin 65 km dərinliyində 5,5 maqnitudalı zəlzələ olub. Bütün şimal rayonları, Abşeron və Bakıda da hiss olunub. 10 saniyədən bir az çox çəksə də, heç bir fəsad törətməyib”.

Bunu AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli Xəzər dənizində bu gecə baş vermiş zəlzələ ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, FHN əməkdaşları da hazırda yerlərdə araşdırma aparır: “Əhaliyə müraciət edirəm ki, sosial şəbəkələrdəki şayiələrə deyil, rəsmi məlumatlara inansınlar. Rahat evinizdə yatın. Dünənki təkanlar çox dərində olub, heç bir təhlükəsi yoxdur. O dalğa yaşayış məntəqələrində heç bir fəsad törədə bilməz. Əsas təkan ilk saniyələrdə olub. Ondan güclünün olması ehtimalı yoxdur. Sonra da təkanlar olub, lakin zəif olub və ancaq cihazlar qeydə ala bilib”.

Onun sözlərinə görə, Azərbaycanda köhnə seysmik rayonlaşdırma xəritəsi var, lakin müasir tələblərə cavab vermir: “Biz bu məsələni qaldırmışıq və hazırda FHN ilə birgə bu istiqamətlərdə iş aparırıq”.

Direktor bildirib ki, ölkə 8-9 ballıq zəlzələ bölgəsində yerləşir. FHN-in layihələndirmə idarəsində bina tikintiləri zamanı bu məsələ nəzarətdədir.

Qeyd edək ki, RSXM-nin Zəlzələlərin tədqiqatı bürosunun məlumatına görə, 00:01-də Xəzər dənizində zəlzələ qeydə alınıb. Zəlzələ Quba, Xaçmaz, Siyəzən, Sumqayıt və Bakı şəhərlərində, eləcə də Abşeron yarımadasının ətraf əraziıərində 5-4 bala qədər hiss olunub./“Qafqazinfo”

Xəbər 1077 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +