Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri


03.07.2023  18:03 

İtirilmiş nəsil... – KÜNCDƏN BAXIŞ





A+  A-

Son dövrlərdə gənclərin kriminal aləmə, radikal dini qruplaşmalara, kosmopolitizmə, yad dəyərlərə meyili artıb. Bunların çox sayda fundamental səbəbləri var. Cəmiyyətin quruluşu, psixoloji-mənəvi aurası, sosial-iqtisadi vəziyyəti əsas səbəblərdəndir.

Əvvəla gənclərin enerjilərini xərcləyəcək yerləri olmalıdır. Sovet dövründə gənclər idmana, yaradıcılıq fəaliyyətinə, texniki mərkəzlərə pulsuz şəkildə cəlb edilirdi. O zaman gənclər asudə vaxtlarını səmərəli keçirirdilər. Onların zərərli meyillərə vaxtları da qalmırdı, cəmiyyət və dövlət isə onlara belə şərait yaratmamışdı da.

İndi əhalinin azı 80%-nin imkanı yoxdur övladlarını belə mərkəzlərə göndərsin.

Qiymətlər çox bahadır. Ən ucuz idman və ya yaradıcılıq kurslarının aylıq abunə haqqı 50-100 manat arasındadır. Bir ailədə orta hesabla 2-3 uşaq olduğunu nəzərə alsaq, bu, orta statistik azərbaycanlı üçün əlçatan deyil. Nəticədə, boş qalan yeniyetmələr, gənclər zərərli şeylərə meyil edirlər. Bura narkomaniya da daxildir. Kütləvi şəkildə yayılan bəla gəncləri əlimizdən alır. Belə görünür ki, cəmiyyət, dövlət də bunun qarşısını almaqda maraqlı deyil. Əks halda gənclərin birini belə boş buraxmazdıq.

Uşaq və gənclərin mənfi meyilləri məktəblərdə də müşahidə olunur. Şagirdlər məktəbə kitabla yox, smartfonla gəlir. Qızlar kosmetika ilə, oğlanlar bıçaqla, təsbehlə. Təhsil ocaqlarının əlindən tərbiyə funksiyası alınıb. Təhsilin başında yararsız eksperimentlər aparılır. Güya, şagirdyönümlü təhsil sistemi qururuq. Buna görə də məktəblərdə anarxiya yaranıb. Nəticə özünü göstərir.

Gənclər internetdəki biabırçı fəaliyyətlərinə real həyatda da davam edirlər. Bir çox valideynlər övladlarını kiçik yaşdan talehin ümidinə buraxıb. Hər azyaşlının əlində bahalı smartfon var. İnternetdən yaşlarına uyğun olmayan, zərərli materiallara baxırlar. Psixologiyaları alt-üst olur. Təsir altına tez düşürlər.

Valideynlər psixoloqların dedikləri cəfəngiyyatları kənara atıb, uşaqlara köhnə qaydada tərbiyə verməlidirlər. "Uşağa dəymə", "azadlıq ver" deyərək, ortaya belə kütlə çıxarmışıq.

Bu da xalqın gələcəyinin indidən məhv edilməsi deməkdir. Media kriminal seriallar, axmaq şoular, zərərli verilişlər nümayiş etdirir. Əvvəllər televiziyalarda uşaqlar, gənclər arasında intellektual yarışlar olurdu. İndi AzTV-dən başqa heç bir kanalda bunu görmürük. AzTV-dəki belə verilişlərə isə valideynlər uşaqlarını baxdırmırlar. Başqa kanallarda intellektual verilişlər demək olar ki, yox dərəcəsindədir– İTV istisna olmaqla. Əvəzində onlara fasiləsiz əyləncə, arsızlıq, eqositlik, özünəvurğunluq, maddiyyata tapınma, pulun yeganə dəyər olduğu təbliğ olunur.

Məktəblərdə baş verənləri, uşaq cinayətlərinin, narkomaniyanın ildırım surəti ilə artmasını görürük. Belə çıxır ki, biz bunları gördüyümüz halda qarşısını almağa ya maraqlı deyilik, ya da acizik. Maraqlı olsaydıq, tədbirlər görərdik. Əksinə, "müasirlik", "azad cəmiyyət" deyərək, "kim nə istəyir etsin" prinsipi ilə hərəkət edirik.

Kitab oxuyan, teatra, muzeyə gedən uşaq, gənc görürsünüz ətrafınızda? Demək olar ki, yox. Bu halda hansı sağlam gənclikdən danışmaq olar?

Əmin olun ki, azı 80% gəncin mənəvi, mədəni irsimizdən xəbəri yoxdur. Böyük tarixi şəxsiyyətlərimizdən, dünyanın bu gün də öyrəndiyi alimlərimizdən, filosof-şairlərimizdən, tariximizdən, mədəniyyətimizdən bixəbərdilər. İnanmırsınız çıxın küçəyə qarşınızdan gələn 20 gəncə bir neçə sual verin və cavablara baxın. Bu, min illərlə gələn milli-mənəvi dəyərlərimizin qırılma nöqtəsidir. Bundan sonra gələn nəsil sanki bizə aid deyil. Azərbaycanlı olmaq xüsusiyyətini itiririk.

Ümumən, cəmiyyətin ab-havası sonrakı nəsilləri formalaşdırır. Bunların günahkarı indiki uşaqlar, gənclər deyil. Günahkar bizim nəsildir. Biz cinayətkar nəsilik. Çünki özümüzdən sonra gələnlərə mənəvi, milli dəyərləri, əxlaqı sistemi ötürə bilmədik. Biz bunu bacarmadıq. Ona görə də, indi uşaqlar, gənclər yad ideologiyalarla böyüyürlər.

Nəsə edə bilərikmi? Əlbəttə! Sadəcə, etmək istəmirik. İstəsək, hər şey etmək olar.

Gənclərlə bağlı xüsusi dövlət proqramı olmalıdır. Cəmiyyət isə özünə gəlməlidir.

Azadlığın anarxiya demək olmadığını artıq həm əyani, həm qiyabi olaraq görmüşük.

Əgər sağlam gələcək istəyiriksə, bu işlərə dünəndən başlamalıyıq. Çünki artıq az qala gecdir.

Elçin Bayramlı
TvPress.Az


Xəbər 577 dəfə oxunub.




05.05.2024  15:54 

Sabahın havası açıqlandı

04.05.2024  10:46 

Adil Əliyevə ağır itki üz verib

01.05.2024  11:21 

Rövşən Rzayev vəfat edib

30.04.2024  13:58 

Sabahın havası açıqlanıb

29.04.2024  15:24 

Tanınmış jurnalist vəfat edib

29.04.2024  08:20 

Bu yollarda tıxac var -SİYAHI


BÜTÜN XƏBƏRLƏR +