Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri


23.06.2023  17:35 

Söyüdlü hadisələri üçün plakat hazırlayan saxlanılıb





A+  A-

Söyüdlü kəndinin sakini Coşqun Tapdıq oğlu Musayev iyunun 22-ci gecə saatlarında saxlanıldığı deyilir.

XəzərNews xəbər verir ki, bu barədə Meydan TV-yə onun yaxınları məlumat veriblər.

Bildirilib ki, o, axşam saatlarında evindən aparılıb və indiyədək hər hansı məlumat almaq mümkün olmayıb.
DİN bununla bağlı hər hansı aıqlama verməyib.

Adının açıqlanmasını istəməyən kənd sakini bildirib ki, Coşqun Musayevin saxlanılmasına səbəb aksiyadakı plakatları hazırlamasıdır.

“Maşını da elə çöldə qalıb, yeri- yurdu bəlli deyil. Səbəb plakatları düzəltdirməsidir. Əslində normal bir şeydir, cinayət törətməyib ki… Lakin “beşinci kolon”a bağlayırlar, nə bilim ağızlarına gələni danışırlar.

Deyirlər, guya çevrilişə cəhd edib. Bu, absurd iddiadır”.
Adamların təşkilatlanmasına gəlincə, kənd sakini bunu belə izah edib:

“Sosial şəbəkədə Söyüdlü kəndi sakinlərinin qrupu var, xeyir-şər işlərinə, kənd yolunun düzəldilməsinə yardımlar yığırıq, problemlər olanda danışırıq.

Pandemiyada toplaşıb kasıblara əl tutduq. Bu məsələ də orada müzakirə olundu, plakatlar hazırlandı. Müasir dünyadı, plakat düzəltdirməyə nə var? Adını qoyublar “çevriliş”. Hamısı yalan söhbətdi, Gədəbəydə nə çevriliş?”.

İyunun 22-də Gədəbəyin Söyüdlü kəndinə sakinlərdən başqa şəxslərin girişi məhdudlaşdırılıb.

Daxili İşlər Nazirliyi (DİN) səbəb kimi ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsini göstərib.
Kəndin sakinləri isə bildirirlər ki, əsl səbəb iyunun 20-21-də etdikləri etiraz aksiyasıdır, onları nəzarətdə saxlamaq istəyirlər.

Söyüdlü kəndinin sakinləri iki gün ard-arda evlərinin yaxınlığında qızıl mədənləri üçün ikinci süni gölün salınmasına etiraz edib.

Sakinlər kəndlərində ikinci belə yaradılacaq su hövzəsinin kimyəvi maddələrlə dolu olduğunu, bunun isə sağlamlığa zərər vurduğunu bildiriblər.

Onların sözlərinə görə, bu su hövzələri onların əkin və örüş sahələrində salınır.

Bu da əkinə, meyvəyə, ağaclara və insanların sağlamlığına zərər vurur.

Aksiyada kənd sakinlərindən həbs edilənlər var.
İyunun 20-də Gədəbəy rayonunun Söyüdlü kəndində etiraz aksiyasında saxlanılan 5 nəfər kənd sakininin hər birinə 20 sutka inzibati həbs cəzası verilib. Onların haqqında həbs qərarlarını Gədəbəy rayon Məhkəməsinin hakimi Füzuli Mirzəquliyev çıxarıb.

Meydan TV-nin məhkəmədən əldə etdiyi məlumata görə, saxlanılanlar haqqında rayon polis şöbəsində İnzibati Xətalar Məcəlləsinin 513-cü (toplantıların təşkili və keçirilməsi qaydasının pozulması) maddəsilə protokol tərtib olunub. Saxlanılanlardan ikisi icazəsiz aksiyanın təşkilində, üçü isə bu aksiyada iştirakda ittiham olunur. Beş nəfərin məhkəməsi ayrı-ayrılıqda keçirilsə də, hamısına eyni hakim baxıb.

Ayın 21-də də daha 5 nəfərin saxlanıldığı bildirilir. Daha 1 nəfər isə 1200 manat cərimə edilib.

Saxlanılan kənd sakinləri izahatlarında da deyiblər ki, heç bir qanun pozuntusuna yol verməyiblər. Sadəcə, Söyüdlü kəndində qızıl zavodu üçün ikinci tullantı gölünün inşasına etiraz edirlər. Çünki göl həm təbiətə, həm də sağlamlıqlarına ziyandır.

Saxlanılanlara dövlət hesabına vəkil təyin edilib. O isə məhkəmədə çıxışında kənd sakinləri üçün cərimə cəzası kəsilməsini istəyib.

Lakin hakim Füzuli Mirzəquliyev məhkəmə qarşısına çıxarılmış Söyüdlü sakinlərinin hər birinə 20 gün inzibati həbs cəzası verilməsi haqda qərar çıxarıb.

Kənd sakinləri həbs edilən yaxınları ilə görüşə bilmədiklərini, onlara apardıqları sovqatı geri qaytardıqlarını bildirir.

Söyüdlü sakinləri daha öncə də eyni şikayətlərlə etiraz etmişdilər.

Sakinlər bildirirlər ki, 2012-ci ildə kəndlərinin yaxınlığında qızıl mədəninin tullantılarından yaranan göl salınıb.

Onlar bundan sonra bağlarında meyvə qalmadığını, arı təsərrüfatlarının dağıldığını deyiblər.

Sakinlər həmçinin gölün suyunun içməli sulara qarışacağından ehtiyat edir, bunun nəticəsində yaranacaq xəstəliklərdən qorxurlar.

Nazirlər Kabineti məsələ ilə bağlı komissiya yaradıldığını deyir. Komissiya dövlət məmurlarından formalaşıb, tərkibində müstəqil ekspert yoxdur.

Hakimiyyət hadisəyə təxribat donu geyindirir, yerli mediada bununla bağlı eyniməzmunlu materiallar dərc olunur, hadisəni işıqlandıran müstəqil media hədəfə alınır.

Xəbər 1444 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

01.05.2024  11:21 

Rövşən Rzayev vəfat edib

30.04.2024  13:58 

Sabahın havası açıqlanıb

29.04.2024  15:24 

Tanınmış jurnalist vəfat edib

29.04.2024  08:20 

Bu yollarda tıxac var -SİYAHI


BÜTÜN XƏBƏRLƏR +